“Nar Wi-Fi” ilə 4G artıq evinizdə

03 dekabr 2018
“Nar Wi-Fi” ilə 4G artıq evinizdəÖlkənin ən gənc və innovativ mobil operatoru “Nar” yüksək sürətli internetə çıxış imkanı verən “Nar Wi-Fi” internet paylayıcısını təqdim edir. Bu avadanlıq sayəsində 30-dan artıq cihaz eyni anda istənilən məkanda sərfəli qiymətə yüksək sürətli internetə (LTE / 4G) çıxış əldə edəcək.

Yeni mənzilə və ya ofisə köçənlər, yaxud evində ənənəvi internetə qoşula bilməyənlər üçün “Nar Wi-Fi” ruterini özünüzlə götürmək yetərlidir ki, qısa müddətdə 4G interneti evinizdə olsun. Avadanlıq “Nar” 4G-LTE şəbəkəsinin əhatə etdiyi hər yerdə internetə çıxış əldə etmək imkanı verir. “Nar Wi-Fi” ev, bağ, ofis və biznes məkanlarını fiber optik kimi 20 Mbps sürətli internetlə təmin edən naqilsiz texnologiyadır.

Avadanlığıabunəçinin özü rahat şəkildə quraşdıra bilər. Abunəçilər avans ödəniş etməklə həm qurğunu əldə edəcək, həm də 6 aya qədər internetə çıxış imkanı qazanacaqlar. Müvafiq tarifli SIM kartı ruterə daxil etdikdən və enerji mənbəyinə qoşduqdan sonra qurğu avtomatik olaraq işə düşəcək. Azərbaycada kiçik və orta biznesin inkişafı üçün yüksək sürətli internetə çıxış imkanı verən “Nar Wi-Fi”-ın müştərinin növünə (pərakəndə və ya biznes) görə fərqli, sərfəli qiymətləri, sürət və internet həcminə görə isə müxtəlif paket variantları var. Qeyd edək ki, “Nar Wi-Fi” ilə internet ADSL ilə müqayisədə daha sürətlidir və abunəçilərə 60 GB-a qədər limitsiz internet paketləri təqdim edilir.

“Nar Wi-Fi” və cihazın satış məntəqələri haqqında daha ətraflı məlumatı nar.az saytından öyrənmək olar.
Xəbəriniz olsun

13.12.2018 - Nazir Eldar Əzizovun qardaşına yüksək vəzifə verdi

13.12.2018 - Ermənistan rəsmisi Bakıya gəlir

13.12.2018 - Azad Rəhimov qohumunu 5-ci mərtəbədən atan şəxsə ən ağır cəzanı istəyir - Xaricdən vəkillər gələcək

13.12.2018 - Daha bir jurnalist həbs təhlükəsi ilə üzləşib – Müraciət

12.12.2018 - İŞDƏN ÇIXARILAN BAŞ NAZİR MÜAVİNİ İNTİHAR ETDİ! – Naxçıvanda şok

11.12.2018 - Ərinin balkondan atdığı qadın nazirin yaxın qohumudur

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

Facebook