Səudiyyə şahzadəsinə şok - Əlcəzair prezidenti onu qəbul etmədi

03 dekabr 2018
Səudiyyə şahzadəsinə şok - Əlcəzair prezidenti onu qəbul etmədiSəudiyyəli jurnalist Camal Qaşıqçının qətlindən sonra ilk dəfə xarici ölkəyə səfər edən Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman Əlcəzairdə gözlənilməz sürprizlə qarşılaşıb.

“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi xəbərə görə, dekabrın 2-də Əlcəzairə gedən şahzadə ölkənin baş naziri Əhməd Uyahya tərəfindən qəbul edilib və hər iki şəxs təkbətək görüşüb.

Bu gün isə o, Əlcəzair lideri Əbdül Əziz Buteflika ilə görüşmək istəyib. Prezident isə qrip olduğu üçün şahzadə ilə görüşməyib.

Qeyd edək ki, oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda jurnalist Camal Qaşıqçının öldürülməsindən sonra bu ölkəyə qarşı təzyiqlər başlayıb. Şahzadə Məhəmməd bin Salman G20 sammitindən öncə Tunisə səfər etmiş, lakin orada etirazla qarşılanmışdı. Tunislilər əllərində mişarla küçəyə çıxmışdılar.

Bundan başqa, G20-yə qatılan şahzadə sammit iştirakçılarından gözlədiyi yaxınlığı görməyib. O, yalnız Rusiya prezidenti Vladimir Putinlə zarafatlaşıb.
Xəbəriniz olsun

13.12.2018 - Nazir Eldar Əzizovun qardaşına yüksək vəzifə verdi

13.12.2018 - Ermənistan rəsmisi Bakıya gəlir

13.12.2018 - Azad Rəhimov qohumunu 5-ci mərtəbədən atan şəxsə ən ağır cəzanı istəyir - Xaricdən vəkillər gələcək

13.12.2018 - Daha bir jurnalist həbs təhlükəsi ilə üzləşib – Müraciət

12.12.2018 - İŞDƏN ÇIXARILAN BAŞ NAZİR MÜAVİNİ İNTİHAR ETDİ! – Naxçıvanda şok

11.12.2018 - Ərinin balkondan atdığı qadın nazirin yaxın qohumudur

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

Facebook