Ukraynadakı səfirliyimiz Azərbaycan maraqlarının yorulmaz müdafiəçisi rolunda

06 dekabr 2018
Ukraynadakı səfirliyimiz Azərbaycan maraqlarının yorulmaz müdafiəçisi rolundaSon iki ildə həyata keçirilən layihələr səfirliyimizin fəaliyyəti haqqında nələr deyir?

Ölkələr arasında siyasi-diplomatik münasibətlərin inkişafında səfirlik institutunun rolu olduqca böyükdür. Lakin bu da bir həqiqətdir ki, yalnız siyasi münasibətlərin tənzimlənməsi və inkişafı ilə yanaşı, həm də öz xalqlarının milli-mənəvi dəyərlərinin, mədəniyyətlərinin təbliği baxımından da onların üzərinə böyük məsuliyyət düşür. Bu baxımdan Azərbaycanın Ukraynadakı səfirliyinin son illər həyata keçirdiyi layihələr, xalqımızın, dövlətimizin maraqlarının qorunması, onun tarixi və mədəniyyətinin təbliği baxımından həyata keçirdiyi işlər sözün həqiqi məansında təqdirəlayiqdir.

Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə görülən işlərin miqyasını anlamaq üçün bəzi nüasnlara diqqət yetirmək kifayətdir.

Son iki ildə Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən dost ölkədə Azərbaycanla bağlı bir sıra mədəni layihələr həyata keçirilib. Belə ki, 2017-ci ildə Kiyev şəhərinin mərkəzində Azərbaycan-Ukrayna dostluq parkı açılaraq, yerli sakinlərin ixtiyarına verilib. Ötən il Lvov şəhərindəki 1-saylı Klinik xəstəxananın nəzdində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva adına müasir avadanlıqlarla təchiz olunmuş oftalmoloji mərkəz açılb. Bu ilin iyul ayında Kiyevin əsas mərkəzi küçələrinin kəsişdiyi yerdə Müslüm Maqomayev adına istirahət parkı salınıb. Orada dahi Azərbaycan oğlunun 8 metrlik abidəsi ucaldılıb. İyulun 18-də Azərbaycan və Ukraynanın mədəniyyət nazirlərinin iştirakı ilə həmin parkın təntənəli açılışı olub.

Bu il iyunun 22-də Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Ticarət Evinin də açılışı reallaşıb. Açılış mərasimində hər iki ölkənin iqtisadiyyat nazirləri iştirak edib. Bununla yanaşı, səfirliyimizin təşəbbüsü ilə şəhərin digər mərkəzi parklarından birinə Nizami Gəncəvinin adinın verilməsi ilə bağlı Kiyev Şəhər Meriyası qərar çıxarıb. Yaxın gələcəkdə o parkda Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzinin inşa olunacağı nəzərdə tutulub. Orada dahi Azərbaycan şairinin abidəsidə ucaldılacaq.

Ukraynadakı səfirliyimiz gördüyü işlər bununla yekunlaşmır. Hazırda səfirliyimizin ərazisində diplomatik korpusumuzun əməkdaşları üçün yaşayış binası inşa olunur ki, tikintinin gələn ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.

Azərbaycanın Ukraynadakı səfirliyi həmçinin ermənilərin son iki əsrdə xalqimiza və torpaqlarımıza qarşı həyata keçirtdikləri işğalçılıq və soyqrım siyasətinin Ukrayna ictimaiyyətinə çatdırılması üçün ardıcıl tədbirlər həyata keçirir. Belə ki, səfirliyin təşəbbüsü ilə son iki ildə Xocalı soyqrımı ilə bağlı silsilə tədbirlər həyata keçirilmiş, Ukraynanın müxtəlif vilayət və şəhərlərinin mərkəzi hissələrində fevral ayının 10-dan sonunadək Xocalıya ədalət biqbordları yerləşdirilmişdir.

Bununla yanaşı, Ukraynanın hava limanında ənənəvi olaraq Azərbaycan mədəniyyət günləri təşkil olunur. Kiyev şəhərindəki Heydər Əliyev adına istirahət parkında 2017-ci il may ayının 10-dan başlayaraq Etno-Caz festifalının keçirilməsi milli-mənəvi dəyərlərimizin Ukraynada təbliğ olunmasında müstəsna rol oynayır. Səfir Azər Xudiyev Moldovada diplomatik nümayəndə işləyərkən Kişinyov şəhərinin mərkəzində Nizami Gəncəvi adına parkın salınmasına və orada dahi Azərbaycan şairinin abidəsinin ucaldılmasına müfəffəq olub. Həmin park 21 aprel 2005-ci il tarixində Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin Moldovaya rəsmi səfəri çərçivəsində açılaraq yerli sakinlərin ixtiyarına verilib.

Azər Xudiyev ölkəmizin Sloveniyadakı müvəqqəti işlər vəkili olduğu dövrdədə Azərbaycanla bağlı bir sıra mədəni layihələr həyata keçirib. Belə ki, 2015-ci ildə Lyublyana şəhərinin mərkəzində diplomatik nümayəndəliyimiz tərəfindən Nizami Gəncəvinin abidəsinin, 2016-ci ildə isə əfsanəvi partizan Mehdi Hüsüynzadənin abidəsinin ucaldılması tarix boyu Azərbaycanla Slovenya xalqları arasında mədniyyət körpüsü rolunu oynayacaq. Onu da qeyd edək ki, diplomatik nümayəndəliyimizin müraciəti ilə Sloveniya parlamenti 2015-ci ildə Xocalı Soyqrımı ilə bağlı qərar qəbul edib.

Bütün bunlar Ukraynadakı səfirliyimizin dövlətimizin maraqları baxımından yorulmadan çalışdığını, bu istiqamətdə örnək fəaliyyət ortaya qoyduğunuz göstərir.

Ümdi edirik ki, Ukraynadakı səfirliyimiz bu yöndəki fəaliyyətini bundan sonra da uğurla davam etdirəcək və dövlətimiz adına yeni-yeni müvəffəqiyyətlərə imza atacaq.
Xəbəriniz olsun

13.12.2018 - Nazir Eldar Əzizovun qardaşına yüksək vəzifə verdi

13.12.2018 - Ermənistan rəsmisi Bakıya gəlir

13.12.2018 - Azad Rəhimov qohumunu 5-ci mərtəbədən atan şəxsə ən ağır cəzanı istəyir - Xaricdən vəkillər gələcək

13.12.2018 - Daha bir jurnalist həbs təhlükəsi ilə üzləşib – Müraciət

12.12.2018 - İŞDƏN ÇIXARILAN BAŞ NAZİR MÜAVİNİ İNTİHAR ETDİ! – Naxçıvanda şok

11.12.2018 - Ərinin balkondan atdığı qadın nazirin yaxın qohumudur

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

Facebook