HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08 dekabr 2018
HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTOVəkil Adil İsmayılov Azərbaycan Beynəlxalq Bankının (ABB) 3 milyard 300 milyon dollar xarici borcu ilə bağlı şəkil paylaşıb. Həmin şəkildə ABB-nin borcları haqda müfəssəl məlumat yer alıb. Məlum olur ki, təkcə Cargill şirkətinə 715 milyon dollar borcu var.

Yada salaq ki, Cahangir Hacıyev həbsinin ilk günlərindən məhkəmədən bir neçə şəxslə üzləşdirmə aparılmasını tələb edib. O şəxslərdən biri maliyyə naziri Samir Şərifov idi.

2015-ci ildə o, istintaqa vəsatətlə müraciət edib ki, Samir Şərifovla üzləşdirilməsi təmin olunsun. Sabiq bankir üzləşdirmənin protokollaşdırılmasını və cinayət işinin materiallarına əlavə olunmasını da tələb edirdi. Cahangir Hacıyevin mövqeyi belə idi ki, o, Beynəlxalq Bankdan kreditləri təkbaşına verməyib. Çoxmilyonluq kreditlərin verilməsinə nəzarət edən qurumların rəhbərləri də bu işlərdə məsuliyyət daşıyır. Məlumdur ki, Mərkəzi Bank ildə bir neçə dəfə ölkədə fəaliyyət göstərən bankları, həmçinin Beynəlxalq Bankı yoxlayıb və bu gün də yoxlayır.

Bundan başqa, Beynəlxalq Bankın 51 faizi dövlətə məxsus olub və dövləti bankda Maliyyə Nazirliyi təmsil edib. Cahangir Hacıyev də bu baxımdan Elman Rüstəmov və Samir Şərifovla üzləşmə tələb edir ki, kreditlərin verilməsində özbaşına qərarlar qəbul etmədiyini sübut edə bilsin.

HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTOVə əgər çoxmilyonluq kreditlərin verilməsində qanunsuzluq olubsa, bu, Mərkəzi Bankın ildə bir neçə dəfə Beynəlxalq Bankda keçirdiyi auditin yekun sənədlərində öz əksini tapmalı idi. Üstəlik, Beynəlxalq Bankdan verilmiş 8 milyard manatdan artıq kredit 1 günün içində verilməyib. Bu proses – kreditlərin verilməsi – illərlə davam edib və hər il azı 4 dəfə Mərkəzi Bankın auditorları Beynəlxalq Bankda yoxlamalar aparıblar. Necə olub ki, Mərkəzi Bank auditorları illərlə Beynəlxalq Bankdakı qanunsuzluqları üzə çıxara bilməyiblər?

Digər tərəfdən, Maliyyə Nazirliyi rəhbərliyinin, Samir Şərifovun bu illər ərzində Beynəlxalq Bankdakı durumdan xəbərsiz olması inandırıcı görünmür. Dövlət Beynəlxalq Bankdakı 51 faizlik payını Samir Şərifova (Maliyyə Nazirliyinə.red.) həvalə etibar edib və məlum olub ki, nazir həmin payın taleyinə elə də isti münasibət göstərməyib. Niyə? Dövlətin milyardlarının batmasında Samir Şərifovun rolu müəyyən olunmalı deyilmi?

Cahangir Hacıyevin maliyyə naziri ilə üzləşdirmə tələb etməsi, dövlətin maraqlarının təmin olunması baxımından da tam uyğun və əsaslıdır(musavat.com).
Xəbəriniz olsun

15.01.2019 - DİN Bakıda böyük rezonans doğurmuş qətl haqda

15.01.2019 - Ali Məhkəmə Beytulla Hüseynovu azad edir

14.01.2019 - Özünü polis bölməsinin qarşısında yandıranla bağlı - DİN-dən açıqlama

14.01.2019 - “Nar”-ın korporativ müştərilərinin sayı artmaqdadır

14.01.2019 - "Bazarstore"a silahlı basqın: Vəzifəli şəxs yaralandı

14.01.2019 - Daha bir intihar: özünü 8-ci mərtəbədən atdı

14.01.2019 - Rektor əvəzi xanım şöbə müdirini işdən çıxardı, "Bulvar"ın rəis müavininə vəzifə verdi - BDU-da dəyişiklik

14.01.2019 - Media nümayəndələri eyni vaxtda 500 tələbənin biliyinin yoxlandiği imtahan prosesini izləyiblər

14.01.2019 - Sumqayıt 9 saylı məktəb direktorunun macəraları və ya "Təhsilin HƏQİQƏTİ"

13.01.2019 - Kəlbəcər girovunun məktubu: “Narahat olmayın, sağam”

13.01.2019 - Mirşahinin tutdurduğu QHT sədrinin oğlu azad edildi: "Mun sifətli "dostlar", bir az ləyaqətli olun"

13.01.2019 - Azərbaycanda polis İlkin Tapdıqov özünü güllələdi

12.01.2019 - Fransada “sarı jiletlilər”in nümayişi... - 24 nəfər saxlanıldı

Facebook