Daha bir jurnalist həbs təhlükəsi ilə üzləşib – Müraciət

13 dekabr 2018
Daha bir jurnalist həbs təhlükəsi ilə üzləşib – MüraciətKeçmiş ekologiya və təbii sərvətlər naziri, Qərbi Kaspi universitetinin rəhbəri Hüseynqulu Bağırov Anaxeber.info saytının baş redaktoru Azər Talıbovu xüsusi ittiham qaydasında məhkəməyə verib.

Cumhuriyyet.net-in məlumatına görə, bu barədə jurnalistə Bərdə Rayon Məhkəməsindən bildiriş gəlib və sabiq nazir saytın rəhbərini həbs etdirmək istəyir.

H.Bağırov “Mircəfər Bağırov yolu: Hüseynqulu Bağırovun mediaya repressiyasından prezidentə – MÜRACİƏT” başlıqlı müraciət xarakterli tənqidi məqaləyə görə A.Talıbova qarşı xüsusi ittiham qaydasında məhkəmədə iddia qaldırıb.

Sabiq nazirin rəhbəri olduğu universitet uzun müddətdir ki, jurnalistlə məhkəmə çəkişməsindədir. Bir müddət əvvəl Qərbi Kaspi universitetinin keçmiş müəllimləri uzun illər əmək haqqını və məzuniyyət pullarını ala bilmədikləri ilə bağlı iddialarının Səbail Məhkəməsi tərəfindən təmin olunmadığını bildirmişdilər.

Müəllimlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət ediblər. ƏƏSM müəllimlərin şikayəti əsasında Qərbi Kaspi universitetini cərimələmiş və şikayətçilərə məhkəməyə verib ədaləti bərpa etmək hüquqlarının olması barədə məktub ünvanlamışdı.

Müəllimlərin bildirdiyinə görə, universitetin faktiki sahibi Hüseynqulu Bağırov ƏƏSM-in keçmiş rəisi Səlim Müslümovla danışdıqdan sonra qanunsuz olaraq onun ləğv olunmasına nail olub.

Bunun əsasında Səbail Məhkəməsinə müraciət edən müəllimlərin işinə hakim Mədinə Bağırova baxıb. Universitet rəhbərliyi isə bu məlumatları yayan saytı məhkəməyə verib.

Müəllimlərin məhkəmə işi ilə bağlı rektorluğun, onun mətbuat xidmətinin rəsmi açıqlaması da saytda dərc edilib.

Amma Qərbi Kaspi universitetinin rəhbərliyi onların mövqeyini saytda verildiyi halda, məhkəməyə üz tutub, jurnalistə təzyiq yolunu seçib. Bunun ardınca A.Talıbov prezidentə müraciət edib və yuxarıdakı başlıqlı məqalə yayımlanıb.

H.Bağırov isə indi də xüsusi ittiham qaydasında məhkəməyə müraciət edərək baş redaktoru həbs etdirmək eşqinə düşüb.

Deyəsən, nazir işlədiyi dövrdə yaşıllıqları məhv etmək qəzəbini soyutmayıb, indi də elə həmin yazıda deyildiyi kimi, qohumu Mircəfər Bağırov yolu gedərək yazı adamını həbs etdirmək fikrindədir.

Görünür imkanı olsa, nəinki həbs edər, Mircəfər kimi güllələnmə hökmü sifariş verdirərdi. Təbii, onların xasiyyətidir – şairi, yazarı, fərqli fikir adamlarını repressiya eləmək.

Amma sabiq nazir “Diffamasiya haqqında” qanunu pozaraq məhz yazıya görə jurnalisti məhkəmələrdə sıxışdırdığını unudur.

Prezident çıxışında mətbuatın yazılara görə məhkəməyə verilməsini, tənqidlərinə görə jurnalistin həbsini yolverilməz saymışdı.

Ötən Milli Mətbuat Günü isə prezident İlham Əliyev jurnalistləri onun köməkçiləri adlandıraraq nöqsan, qanunsuzluq olan yerin aşkarlanmasında medianın rolunu qiymətləndirmişdi, ictimai nəzarətin vacibliyini vurğulamışdı.

Amma prezident tərəfindən nazir vəzifəsindən azad edilən H.Bağırov dərs çıxarmayıb, indi də təhsil ocağının rəhbəri ampluasında jurnalisti bayram ərəfəsində həbsə göndərmək arzusundadır.

A.Talıbov Cumhuriyyet.net-ə bildirib ki, dövlət başçısı İlham Əliyevə məktub ünvanlayacaq.

Baş redaktor qeyd edib ki, H.Bağırov onu həbs etdirmək niyyətin düşməklə hökumətə, prezidentə, Azərbaycana hansı pislik eləmək istədiyinin fərqinə deyil:

“Bu günlərdə vitse-spiker Bahar Muradov bildirdi ki, Azərbaycanda heç kəs tənqidi fikrinə, siyasi fəaliyyətinə görə təqib olunmur.

Prezident də həmişə beynəlxalq tədbirlərdə, xarici jurnalistlərin suallarına cavab verərkən deyib ki, Azərbaycanda media azadlığı var, jurnalistlərə təzyiq göstərilmir, internet tam azaddır.

Amma Hüseynqulu Bağırov həbs həvəsinə düşməklə ölkənin adını dünyanı qeyri-azad mediaya malik ölkələr siyahısına salmaq istəyir, xaricdən bəyanatlar, tənqidlər səslənməsinə nail olmaq məqsədi güdür.

Bununla hökuməti, prezidenti Avropa təşkilatları ilə üz-üzə qoymaqda olduğunu anlamır. Mən prezidentə açıq şəkildə müraciət edirəm ki, peşə fəaliyyətimə və məhz yazılarıma görə keçmiş nazirin hədəfindəyəm, məni həbs elətdirmək istəyir.

Bağırov bunun məsuliyyətini qavramır. Mən jurnalist olaraq həmişə milli maraqları və peşə prinsiplərini üstün tutmuşam. Sözügedən yazı müəllimlərin məhkəmə işidir, qarşı tərəfin mövqeyi dərc edilib, lakin Bağırov bizdən əl çəkməyib.

Əl çəkmədiyi üçün yenidən prezidentə məktub göndərmişəm, bu dəfə hirsi soyumayıb, xüsusi ittiham qaydasında iddia qaldırıb. Biri bunu durdursun!”
Xəbəriniz olsun

15.01.2019 - DİN Bakıda böyük rezonans doğurmuş qətl haqda

15.01.2019 - Ali Məhkəmə Beytulla Hüseynovu azad edir

14.01.2019 - Özünü polis bölməsinin qarşısında yandıranla bağlı - DİN-dən açıqlama

14.01.2019 - “Nar”-ın korporativ müştərilərinin sayı artmaqdadır

14.01.2019 - "Bazarstore"a silahlı basqın: Vəzifəli şəxs yaralandı

14.01.2019 - Daha bir intihar: özünü 8-ci mərtəbədən atdı

14.01.2019 - Rektor əvəzi xanım şöbə müdirini işdən çıxardı, "Bulvar"ın rəis müavininə vəzifə verdi - BDU-da dəyişiklik

14.01.2019 - Media nümayəndələri eyni vaxtda 500 tələbənin biliyinin yoxlandiği imtahan prosesini izləyiblər

14.01.2019 - Sumqayıt 9 saylı məktəb direktorunun macəraları və ya "Təhsilin HƏQİQƏTİ"

13.01.2019 - Kəlbəcər girovunun məktubu: “Narahat olmayın, sağam”

13.01.2019 - Mirşahinin tutdurduğu QHT sədrinin oğlu azad edildi: "Mun sifətli "dostlar", bir az ləyaqətli olun"

13.01.2019 - Azərbaycanda polis İlkin Tapdıqov özünü güllələdi

12.01.2019 - Fransada “sarı jiletlilər”in nümayişi... - 24 nəfər saxlanıldı

Facebook