Maksim Medvedev: "Bu təxribata görə kimsə cavabdeh olacaq və cəzasını çəkəcək"

14 dekabr 2018
Maksim Medvedev: "Bu təxribata görə kimsə cavabdeh olacaq və cəzasını çəkəcək""Avrokuboklardakı son matçımızda özümüzü yaxşı tərəfdən göstərmək istəyirdik. Böyük kluba qarşı oynadığımızı bilirdik. Çox çətin idi. Səviyyə fərqi özünü göstərdi. Rəqibin öz istəklərinə çata bilməməsi üçün kompakt oynamağa çalışırdıq. Təəssüf ki, bir qol buraxdıq”.

Bunu "Report”un London bürosuna "Qarabağ”ın futbolçusu Maksim Medvedev Avropa Liqasının VI turunda İngiltərədə "Arsenal”a 0:1 hesablı məğlubiyyəti şərh edərkən deyib. 30 yaşlı müdafiəçi bir neçə qol imkanı yarada bildiklərini söyləyib: "Gələn dəfə böyük komandalara qarşı oynayanda çalışacayıq ki, daha sərt mübarizə aparaq. Bu gün bəzi şeylərin çatışmadığı hiss olunurdu. Lakin bir-iki qol imkanı yarada bildik”.

Medvedev matçın 90+3-cü dəqiqəsində erməni azarkeşin separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı ilə meydana daxil olmasına da münasibət bildirib: "Bu, təxribat məsələsi idi. İstəməzdik ki, belə oyunda bu cür hadisə baş versin. Bundan ötrü stadionun stüardları daha diqqətli olmalı idilər. Məncə, kimsə buna cavabdeh olacaq və cəzasını çəkəcək”.

Qeyd edək ki, "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov insidenti şərh edərkən "Bunu yalnız qorxaqlar edə bilərlər" deyib.
Xəbəriniz olsun

15.01.2019 - DİN Bakıda böyük rezonans doğurmuş qətl haqda

15.01.2019 - Ali Məhkəmə Beytulla Hüseynovu azad edir

14.01.2019 - Özünü polis bölməsinin qarşısında yandıranla bağlı - DİN-dən açıqlama

14.01.2019 - “Nar”-ın korporativ müştərilərinin sayı artmaqdadır

14.01.2019 - "Bazarstore"a silahlı basqın: Vəzifəli şəxs yaralandı

14.01.2019 - Daha bir intihar: özünü 8-ci mərtəbədən atdı

14.01.2019 - Rektor əvəzi xanım şöbə müdirini işdən çıxardı, "Bulvar"ın rəis müavininə vəzifə verdi - BDU-da dəyişiklik

14.01.2019 - Media nümayəndələri eyni vaxtda 500 tələbənin biliyinin yoxlandiği imtahan prosesini izləyiblər

14.01.2019 - Sumqayıt 9 saylı məktəb direktorunun macəraları və ya "Təhsilin HƏQİQƏTİ"

13.01.2019 - Kəlbəcər girovunun məktubu: “Narahat olmayın, sağam”

13.01.2019 - Mirşahinin tutdurduğu QHT sədrinin oğlu azad edildi: "Mun sifətli "dostlar", bir az ləyaqətli olun"

13.01.2019 - Azərbaycanda polis İlkin Tapdıqov özünü güllələdi

12.01.2019 - Fransada “sarı jiletlilər”in nümayişi... - 24 nəfər saxlanıldı

Facebook