“Sahil”dəki qətlin səbəbkarı- “Necə olduğunu bilmədim...”

08 yanvar 2015
“Sahil”dəki qətlin səbəbkarı- “Necə olduğunu bilmədim...”Yanvarın 6-da “Sahil” bağında qətl törətməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Elçin Çobanov törətdiyi əməlindən peşman olduğunu deyib.

Savash.org-un məlumatına görə, təqsirləndirilən şəxs APA TV-yə bildirib ki, insident o yox, it gəzdirən tanımadığı şəxslər yaradıb:

"Yoldaşımı götürməyə getmişdim, it hürdü. Dedim itini çək, cavab verdi ki, sənlik deyil. Üstümdə bıçaq vardı, vurdum onları. Heç bilməmişəm, necə olub..."

Xatırladaq ki, yanvarın 6-da "Sahil" bağında qətl törədilib. Elçin Çobanov orada mübahisə zəminində it gəzdirən Həsən Həsənov və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. Həsən Həsənov hadisə yerində ölüb. Təqsirləndirilən şəxs bildirib ki, həyat yoldaşı Leyla Çobanovanı Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetindən gətirərkən Həsən Həsənovun gəzdirdiyi it onun yoldaşına hürməyə başlayıb.

Elçin Çobanov buna görə əsəbiləşib və Həsən Həsənovdan itini kənara çəkməyi tələb edib. Oğlan bu tələbin qarşılığında itin ağzının bağlı olduğunu, qızlara xəsarət yetirə bilməyəcəyini deyib. Tərəflər arasında mübahisə yaranıb və Elçin Çobanov üzərində gəzdirdiyi bıçağı çıxararaq əvvəlcə Həsən Həsənova, sonra isə söhbətə müdaxilə edən Orxan Məmmədzadəyə zərbə endirib. Daha sonra o həyat yoldaşı ilə birlikdə hadisə yerini tərk edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.2 və 29,120.2.7 maddələri ilə cinayət işi başlanıb, araşdırmalar davam edir.
Xəbəriniz olsun

19.08.2018 - Azərbaycanda benzin bahalaşdı

18.08.2018 - Merkelin Azərbaycan səfərinin arxasında nələr durur?

18.08.2018 - Elmar Vəliyevə sui-qəsd - yeni həbslər və təfərrüat

18.08.2018 - Azərbaycanlı məhbuslar İstanbulda aclıq aksiyası keçirir - Erməni rəisə görə

18.08.2018 - Trampdan Türkiyəyə: “Bu iş bitmədi, həzm etməyəcəyik”

18.08.2018 - Şoka düşəcəyiniz ənənə: Böyük qardaş özünə həyat yoldaşı seçir və bütün qardaşları onu…

18.08.2018 - Sabirabad icra başçısının qardaşı oğlu adam oğurlayıb – pul üstə…

17.08.2018 - Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar

17.08.2018 - “Qarabağ” “Şerif”lə nə nə vaxt meydana çıxacaq? - Avropa Liqası

17.08.2018 - Bakıda avtobusda qadına təcavüz edildi: Niyə mənə toxunursan? - VİDEO

17.08.2018 - Köçəryan Paşinyanı Qarabağ danışıqlarından “dovşan kimi qaçmaqda” günahlandırdı

16.08.2018 - Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı

16.08.2018 - Serj Sarkisyan da istintaqa cəlb edilir - RƏSMİ

Facebook