Salome Zurabişvili and içdi, mühüm mesajlar verdi: "Əsas hədəfimizə heç nə mane ola bilməz”

16 dekabr 2018
Salome Zurabişvili and içdi, mühüm mesajlar verdi: "Əsas hədəfimizə heç nə mane ola bilməz”Gürcüstanın yeni prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimi keçirilib.

Telavi şəhərində II İrakli sarayında keçirilən tədbirdə Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvili, baş nazir Mamuka Baxtadze, parlament sədri İrakli Kobaxidze, hökumət üzvləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri iştirak edib.

Andimçə mərasiminə təxminən 55 ölkənin yüksək səviyyəli 150-yə qədər nümayəndəsi qatılıb.

Azərbaycanı tədbirdə Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

S.Zurabişvili prezident səlahiyyətlərini vicdanla yerinə yetirəcəyinə and içib: "Mən, xalqımın rifahı və təhlükəsizliyini müdafiə edəcəyəm, millətim və vətənimin dirçəlməsi və gücləndirilməsinin qayğısına qalacağam”.

Dövlət başçısı məqsədinin Gürcüstanın Avropalı gələcəyinin dönməzliyinə nail olmaqdan ibarət olduğunu deyib: "Bizim əsas hədəfimizə heç nə mane ola bilməz”.

O, Gürcüstanın hər bir vətəndaşının prezidenti olacağı, vətəndaşların hüquq və azadlıqlarını təmin edəcəyinə söz verib: "Mən qanunun aliliyini təmin edəcəyəm, vətəndaş cəmiyyətinin möhkəmlənməsi və siyasi mədəniyyətin inkişafının qayğısına qalacağam”.

"Qafqazda sülh və sabitliyin bərqərar olmasına ehtiyac var”, -deyə bildiriən Zurabişvili bildirib ki, sülh və sabitlik yalnız Qafqaz üçün deyil, insanlığın inkişafı üçün bütün dünyaya lazımdır:

"Gürcüstan Qafqazda mövqeyini gücləndirməlidir. Biz regionda tarixi rolumuzu qaytara və bu məsuliyyəti üzərimizə götürə bilərik”.

S.Zurabişvili Rusiyanın Qafqaz bölgəsi ilə qonşu olduğunu qeyd edərək deyib ki, ölkə beynəlxalq birliyin tamhüquqlu üzvü olmaq üçün regionda normal münasibətləri bərpa etməlidir:

"Bunun üçün Rusiya beynəlxalq hüququ tanıdığını sübut eməlidir. Bu, qonşu ölkələrlə bərabər və dinc münasibətlərin qurulması üçün lazımdır”.

Prezident çıxışında bölgədə həyata keçirilən iqtisadi layihələrə də toxunub:

"Gürcüstanın yerləşdiyi region dünya əhəmiyyətli iqtisadi layihələrin reallaşdırılmasına imkan yaradır. Biz, iqtisadi təhlükəsizliyin mərkəzi olmalıyıq və bununla ölkənin cəlbediciliyini artırmalıyıq. Bunun üçün daha çox təşəbbüs və innovasiyalara ehtiyac var. Mən bütün qüvvəmlə investisiyaların cəlb olunması və yeni ideyaların təşviqini dəstəkləməyə hazıram”.

Dövlət başçısı Gürcüstanda müxtəlif millət və dinə mənsub insanların əsrlər boyu sülh şəraitində birgə yaşadığını vurğulayıb:

"Gürcüstanda heç bir antisemitizm halı olmayıb. Biz dözümlülük ənənəmizi nümunə olmaq üçün daha da möhkəmləndirməliyik. Beynəxalq aləmdə gürcü xalqının mədəniyyəti və özünəməxsusluğu barədə məlumatlılığı daha da artırmalıyıq”

Mərasimdən sonra Vaja Pşavela adına Telavi Dövlət Dram Teatrında S.Zurabişvilinin adından təntənəli qəbul təşkil olunub.

S.Zurabişvili Gürcüstanın sayca beşinci prezidenti, ölkənin tarixində isə birinci qadın dövlət başçısı olub. Xanım prezident 6 il müddətinə dövlət başçısı vəzifəsini yerinə yetirəcək/Report.
Xəbəriniz olsun

15.01.2019 - DİN Bakıda böyük rezonans doğurmuş qətl haqda

15.01.2019 - Ali Məhkəmə Beytulla Hüseynovu azad edir

14.01.2019 - Özünü polis bölməsinin qarşısında yandıranla bağlı - DİN-dən açıqlama

14.01.2019 - “Nar”-ın korporativ müştərilərinin sayı artmaqdadır

14.01.2019 - "Bazarstore"a silahlı basqın: Vəzifəli şəxs yaralandı

14.01.2019 - Daha bir intihar: özünü 8-ci mərtəbədən atdı

14.01.2019 - Rektor əvəzi xanım şöbə müdirini işdən çıxardı, "Bulvar"ın rəis müavininə vəzifə verdi - BDU-da dəyişiklik

14.01.2019 - Media nümayəndələri eyni vaxtda 500 tələbənin biliyinin yoxlandiği imtahan prosesini izləyiblər

14.01.2019 - Sumqayıt 9 saylı məktəb direktorunun macəraları və ya "Təhsilin HƏQİQƏTİ"

13.01.2019 - Kəlbəcər girovunun məktubu: “Narahat olmayın, sağam”

13.01.2019 - Mirşahinin tutdurduğu QHT sədrinin oğlu azad edildi: "Mun sifətli "dostlar", bir az ləyaqətli olun"

13.01.2019 - Azərbaycanda polis İlkin Tapdıqov özünü güllələdi

12.01.2019 - Fransada “sarı jiletlilər”in nümayişi... - 24 nəfər saxlanıldı

Facebook