Millət vəkili çayın məcrasını dəyişdirib 50 evi su altında qoymaq istəyir – PREZİDENTƏ ŞOK ŞİKAYƏT

18 dekabr 2018
Millət vəkili çayın məcrasını dəyişdirib 50 evi su altında qoymaq istəyir – PREZİDENTƏ ŞOK ŞİKAYƏTDeputatdan ilginc sözlər: “6 villamın ümumi dəyəri 50 milyon manatdan çoxdur, həmin ərazidə olan evlərin ümumi dəyəri isə…”

Göyçay şəhəri, H.Hacıyev küçəsi, ev 31 ünvanında yaşayan Həsənov Seyran Əmirəslan oğlu bir qrup sakin adından Rubrika.az saytına şikayət ərizəsi yollayıb. Həmin şikayət ərizəsində əslən Göyçay rayonundan olan Şamaxıdan deputat seçilmiş Elxan Süleymanovun qanunsuz əməllərindən bəhs edilir.

Mətbuat vasitəsilə president İlham Əliyevə müraciət edən şikayətçi bunları yazır: “Hörmətli Prezident cənab İlham Əliyev! Azərbaycan xalqı sizin ədalətinizə inanır. Siz olmasanız vəzifəli, imkanlı bəzi harınlamış şəxslər biz avam xalqı tapdalayar. Belələrindən biri də əslən Göyçay rayonundan olan Şamaxıdan deputat seçilmiş Elxan Süleymanovdur. Elxan Süleymanov bir neçə il bundan əvvəl Göyçay çayının mühafizə zolağı olan 6.0 hektar torpaq sahəsini zəbt edib. Çayın düz ortasında 6 möhtəşəm villa inşa etdirib. Hətta həmin villaları elə inşa ediblər ki, Göyçay çayı həyatyanı sahəyə düşüb”.

Rubrika.az xatırladır ki, Göyçay çayının uzunluğu 110 km-dən çoxdur. Qanuna əsasən, uzunluğu 100 km-dən çox olan çayların mühafizə zolağı 300 metr olmalıdır. Daxil olan məlumatda isə iddia olunur ki, Elxan Süleymanov 6 möhtəşəm villasını Göyçay çayının düz ortasında inşa etdirib. Həmin villaların 6 hektar həyatyanı torpaq sahəsi var. Həmin villalar yerləşən ərazidə Göyçay çayının alternativ piyada körpüsünü də əhatəyə alıb. Eyni zamanda şikayət məktubunda qeyd olunur ki, Elxan Süleymanovun bu vilları inşa edilən zaman çayın hövzəsi daraldılıb ki, nəticədədə hamının bildiyi kimi fəlakət oldu və Göyçay körpüsü uçdu.

“İndi həmin villalar uçmasın deyə Elxan Süleymanov çayın məcrasını dəyişdirmək istəyir. Buna görə deputat Elxan Süleymanov çayın hövzəsini dəyişdirmək üçün əl-ayağa düşüb. O, istəyir ki, Göyçay çayının məcrası villalar olan yerdən dəyişdirilib bizim yaşadığımız əraziyə salınsın. Buna görə 50-dən çox evlərin sökülməsi gözlənilir. Vətəndaşları hökümətə qarşı qaldıran Elxan Süleymanov deyib ki, mənim 6 villamın ümumi dəyəri 50 milyon manatdan çoxdur, ancaq həmin ərazidə olan evlərin ümumi dəyəri 1 milyon manat etmir. Buna görə də həmin evlər sökülüb Göyçay çayının məcrası oradan salınmalıdır. Bu harınlıq, qudurğanlıqdır ki, Elxan Süleymanov edir. Çünki bu evləri bizim ata-babalarımız halal zəhmətlə, alın təri ilə qazanılmış pulla inşa ediblər, bura bizim ata yurdumuzdur. Burada 50-dən çox ev var 300 nəfərdən çox insan yaşayır. Elxan Süleymanov cinayət yolu ilə əldə etdiyi mənbəyi bəlli olmayan pullar hesabına bu 6 villanı inşa etdirib. O, bura ildə bir dəfə gəlir. Biz isə kasıb insanlarıq, zəhmət hesabına qazandığımız qəpik-quruş pulla ailəmizi güclə dolandırırıq, bizim evlər niyə uçurdulmalıdır?”

Şikayətdə daha sonra yazılır: “Biz Göyçay rayon sakinləri təklif edirik ki, Göyçaylıları gələcəkdə seldən, daşqından qurtarmaq üçün harınlamış deputat Elxan Süleymanovun haram yolla qanunsuz inşa etdirdiyi 6 villası sökülsün. Bundan sonra gələcəkdə baş verə biləcək təhlükənin qarşısı alınmış olacaq. Biz Göyçay rayon sakinləri möhtərəm prezident, cənab İlham Əliyevdən xahiş edirik ki, deputat Elxan Süleymanovun çirkin niyyətinin qarşısının alınmasına tapşırıq versin”.

Şikayətdə həmçinin millət vəkilinin monopolist addımlarından söz açılır: “Bu adam manapoliya yaratmaq üçün Göyçay rayonunda olan daş-çınqıl karxanalarının fəaliyyətini dayandırmağa nail olaraq 500 nəfər işçinin çörəyinə bais oldu. Bundan sonra Qəbələ rayonunda yerləşən özünə məxsus karxanasında qumun-çınqılın qiymətini 5 dəfə bahalaşdırdı”.

Sonda bildiririk ki, məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə və mövqeyini dərc etməyə hazırıq.
Xəbəriniz olsun

15.01.2019 - DİN Bakıda böyük rezonans doğurmuş qətl haqda

15.01.2019 - Ali Məhkəmə Beytulla Hüseynovu azad edir

14.01.2019 - Özünü polis bölməsinin qarşısında yandıranla bağlı - DİN-dən açıqlama

14.01.2019 - “Nar”-ın korporativ müştərilərinin sayı artmaqdadır

14.01.2019 - "Bazarstore"a silahlı basqın: Vəzifəli şəxs yaralandı

14.01.2019 - Daha bir intihar: özünü 8-ci mərtəbədən atdı

14.01.2019 - Rektor əvəzi xanım şöbə müdirini işdən çıxardı, "Bulvar"ın rəis müavininə vəzifə verdi - BDU-da dəyişiklik

14.01.2019 - Media nümayəndələri eyni vaxtda 500 tələbənin biliyinin yoxlandiği imtahan prosesini izləyiblər

14.01.2019 - Sumqayıt 9 saylı məktəb direktorunun macəraları və ya "Təhsilin HƏQİQƏTİ"

13.01.2019 - Kəlbəcər girovunun məktubu: “Narahat olmayın, sağam”

13.01.2019 - Mirşahinin tutdurduğu QHT sədrinin oğlu azad edildi: "Mun sifətli "dostlar", bir az ləyaqətli olun"

13.01.2019 - Azərbaycanda polis İlkin Tapdıqov özünü güllələdi

12.01.2019 - Fransada “sarı jiletlilər”in nümayişi... - 24 nəfər saxlanıldı

Facebook