Penitensiar Xidmətdən Mehman Hüseynovla bağlı - Açıqlama

03 yanvar 2019
Penitensiar Xidmətdən Mehman Hüseynovla bağlı - AçıqlamaHəbsdə olan video-bloqer Mehman Hüseynovun ona qarşı yeni ittiham irəli sürüləndən sonra aclıq aksiyasına başlaması barədə məlumat rəsmi təkzib olunub. M.Hüseynovun yaxınları onun 8-ci gündür ki, yeməkdən imtina edərək quru aclıq aksiyası keçirdiyini iddia ediblər.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov "Qafqazinfo”ya açıqlamasında bu məlumatın doğru olmadığını bildirib: "Mehman Hüseynov qida da, su da qəbul edir. Yaxınları ilə telefon vasitəsilə əlaqə də saxlayır. O, aclıq aksiyası keçirmir. Səhhəti də normaldır, qanunla nəzərdə tutulan bütün hüquqlarından tam istifadə edir”.

Qeyd edək ki, M.Hüseynov polis barəsində böhtan xarakterli məlumat yaymaqda ittiham edilərək 2 il müddətinə azadlıqdan məhrum edilib. O, həbsdə olarkən PX əməkdaşını döyməkdə ittiham olunaraq barəsində yeni cinayət işi açılıb.

Məhkəmədə M.Hüseynovun bu cinayəti törətdiyi sübuta yetirilərsə, onu 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. M.Hüseynovun cəzasının bitməsinə 2 ay qalıb.
Xəbəriniz olsun

15.01.2019 - DİN Bakıda böyük rezonans doğurmuş qətl haqda

15.01.2019 - Ali Məhkəmə Beytulla Hüseynovu azad edir

14.01.2019 - Özünü polis bölməsinin qarşısında yandıranla bağlı - DİN-dən açıqlama

14.01.2019 - “Nar”-ın korporativ müştərilərinin sayı artmaqdadır

14.01.2019 - "Bazarstore"a silahlı basqın: Vəzifəli şəxs yaralandı

14.01.2019 - Daha bir intihar: özünü 8-ci mərtəbədən atdı

14.01.2019 - Rektor əvəzi xanım şöbə müdirini işdən çıxardı, "Bulvar"ın rəis müavininə vəzifə verdi - BDU-da dəyişiklik

14.01.2019 - Media nümayəndələri eyni vaxtda 500 tələbənin biliyinin yoxlandiği imtahan prosesini izləyiblər

14.01.2019 - Sumqayıt 9 saylı məktəb direktorunun macəraları və ya "Təhsilin HƏQİQƏTİ"

13.01.2019 - Kəlbəcər girovunun məktubu: “Narahat olmayın, sağam”

13.01.2019 - Mirşahinin tutdurduğu QHT sədrinin oğlu azad edildi: "Mun sifətli "dostlar", bir az ləyaqətli olun"

13.01.2019 - Azərbaycanda polis İlkin Tapdıqov özünü güllələdi

12.01.2019 - Fransada “sarı jiletlilər”in nümayişi... - 24 nəfər saxlanıldı

Facebook