Aybəniz Qafarova Mehriban Əliyevanın uşaq siyasətinə qarşı... - MASALLIDAN ŞİKAYƏT

03 yanvar 2019
Aybəniz Qafarova Mehriban Əliyevanın uşaq siyasətinə qarşı... - MASALLIDAN ŞİKAYƏTMasallı rayon icra başçısının xanım müavini Aybəniz Qafarova ilə bağlı etirazlar artmaqdadır. Tanınmış jurnalistlərdən birinin verdiyi məlumatlara görə, A. Qafarova rayonda hegemonluq etməkdədir. Belə ki, rayonda keçirilən bayram tədbirinə gənc istedadlardan birinin buraxılmaması etirazla qarşılanıb.

Məlumatı olduğu kimi təqdim edirik.

"Deməli, təxminən 1 il öncə, xəstəxana yanındakı uşaq bağçası istifadəyə veriləndən sonra,yəni tədbirdən sonra uşaq bağça müdirləri orada bir otağa toplaşır. Müdirlərdən biri dəllal rolunda çıxış edərək Aybəniz xanımın adından bəyan edir ki, yaxın günlərdə Aybəniz xanımın ad günüdür, ya 8 martdır, bunun üçün pul yığmalıyıq. Bundan əlavə hər bağça 2 qruplu, filan qədər, 3 qruplu filan qədər, 6 qruplu isə filan qədər Aybəniz Qafarovaya aylıq verrməlidir. Bizə yaxın olan bağça müdiri orada etiraz edərək bildirir ki, başçı deyir, uşaq bağçasının payına əl uzadanın əlini kəsərəm, ölkə başçısı deyir ki, rüşvət ləkədir və bu reketfason pul yığmaq nə deməkdir? Mən bu işə pul verməyəcəyəm. Həmçinin deyib ki, biz 170 manat, Aybəniz Qafarova isə ayda 800 manat alır, hələ xidmət maşını, digər imtiyazlar, filan-filan..., niyə ona pul verməliyik ki?
Nə isə, iş şişib rəhbərlik səviyyəsinə qədər yüksəldi. Deyilənə görə, rəhbərlik səviyyəsində Aybəniz Qafarova möhkəm danlanıb. Lakin bir qədər sonra bu "ölməz ideya” başqa formada reallaşdı. Aybəniz Qafarova bu işdə bizi günahkar sayır.
Şəxsən mənin Aybəniz Qafarova ilə heç bir problemim yoxdur. Onun haqqında statusu paylaşandan sonra mənə onlarla zəng gəldi. Biri onun oğlunun (Xıldan 15-20 km aralı Həsənli kəndində məsləhətçi-mühasib təyin elətdirdiyindən) sərxoş olub polis işçisinin maşınını vurub, yol polisinin işçisini reanimsıyalıq etdiyini, sonra da ört-basdır etdiyindən, kimlərsə onun mənasız tapşırıqlarından bezdiyindən danışdı. Başdan ayağa bürokrat, səriştəsiz olan bu adam, hər ifadəsində özünü "yandırır”. Deyirəm ki, sizin e-mailə məktub yollayacam e-ünvanızı verin, deyir, kompüterim xarabdır, e-mail işləmir!!!
Yəni e-mailim də "xarabdır”. İnternetdə FB səhifəsi yoxdur, ən aparıcı saytlardan xəbərsizdir... indi bu adam masallılar.az kimi ölkə miqyaslı saytın təqdimatına rəhbərlik edir.
Bu adam insanları duymur- sadəcə tapşırıq verir- təcili bura gəl. Bu adam haradadır, aparatdan nə qədər aralıdadır, konkret niyə çağırılır? - deyilmir.
Bir dəfə icra başçısı öz otağında mənim bir təklifimlə bağlı ona telefonla tapşırıq verdi. O da dedi, baş üstə. Evə gələndə həyat yoldaşım dedi ki, Aybəniz Qafarova 20 dəfə zəng vurub ki, başçı deyən tapşırıq nə idi? "Baş üstə” dedim, amma mənasını başa düşmədim.
Aybəniz Qafarova Xıl məktəbində direktor işləyəndə biabırçılıq, şikayətlər tüğyan edirdi. Elə bizim redaksiyaya o məktubların bir neçəsi gəlmişdi. Kimi deyirdi, müəllimi döyür, kimi deyirdi "lev” ştatlar o məktəbdə tüğyan edir, hətta işdən çıxandan sonra da bəzilərinin maaş kartına şərik çıxır. İndi isə bu adam kurasiyasında olan təşkilatlarda "levi” ştatları yoxlayır və ora öz kadrlarını yerləşdirir.
Ölkə başçısının sərəncamı ilə hətta vergi nazirliyi yoxlamaları dayandırıb. Amma Aybəniz Qafarovanın uşaq bağçalarına səlib yürüşləri dayanmır, hədələr, öyünmələr (Siz bilirsiniz kimlə danışırsırsınız, mən, mən, mən...). Aybəniz Qafarov icra hakimiyyəti üçün rüsvayçılıq tarixi yazır.
Ondan əvvəlki müavin Gülşən xanımı az qala vətən xaini çıxartdılar, amma o heç kimin qapısını təmənna ilə döymədi, yüksək savadı olmasa da cəsarətli idi, lazım olanda haqq sözünü deyə bilirdi. Elə onların da badına getdi, çoxgedişli kombinasiyaların qurbanı oldu. Adamın yadına bir mahnı düşür (Sevəydin, sevəyin, məndən yaxşısını sevəydin barı)

1-ci Vitse-Prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi sosial siyasətin ana xəttini uşaqların sağlam inkişafı proqramı təşkil edir. Birinci xanımın təkcə son 10 ildəki fəaliyyətinə baxsaq uşaq evləri, bağçalar, internat məktəbləri, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara diqqət və qayğının göstərilməsi bu siyasətin başlıca elementləridir. Bu mənada tək 2018-ci ildə adı onlarla cinayətdə hallanan Masallı icra başçısının xanım müavini Aybəniz Qafarovanın xalqın və Mehriban Əliyevanın iradəsinə zidd olaraq gələcəyimizi elə bağçada "boğmaq” niyyəti təəssüf hissi oyadır.

Məlumat üçün qeyd edək ki, Masallı icra başçısının xanım müavini Aybəniz Qafarovaın oğlu 1 ay öncə yol polisi öz avtomobili ilə vuraraq reanimasiyalıq edib. Məsələni maraqlı tərəfi ondan ibarətdir ki, rayon Polis idarəsi Cənab Nazir Ramil Usubova xəyanət edərək bu faktı hər hansı formada gizlətməyə, təkzib etməyə çalışırlar. Qəzada ağır yaralanan polislə əlaqə saxladıq. Qəzanı inkar etməsə də danışmaqdan imtina etdi. Bu da bir Azərbaycan polisinin necə əzildiyini, sındırıldığını göstərir. Redaksiyamıza daxil olan məlumata görə Aybəniz Qafarova rayon polisini BİNƏQƏDİ POLİS İDARƏSİNDƏ ÇALIŞAN QARDAŞI VASİTƏSİ İLƏ "İFLİC” EDİB. Qardaşı tək Binəqədi rayonunda deyil, həm də Masallıda cinayətkar dəstələrə "krişalıq” etməsiilə ad çıxarıb (bu barədə ayrıc yazı dərc ediləcək)

Redaksiyamıza Aybəniz Qafarovanın direktor vəzifəsini necə "alqı-satqı” etməsi ilə bağlı məlumatlar daxil olub. Növbəti yazılarımızda yazını dərc edəcəyik.

Mənbə: İcmal.az
Xəbəriniz olsun

15.01.2019 - DİN Bakıda böyük rezonans doğurmuş qətl haqda

15.01.2019 - Ali Məhkəmə Beytulla Hüseynovu azad edir

14.01.2019 - Özünü polis bölməsinin qarşısında yandıranla bağlı - DİN-dən açıqlama

14.01.2019 - “Nar”-ın korporativ müştərilərinin sayı artmaqdadır

14.01.2019 - "Bazarstore"a silahlı basqın: Vəzifəli şəxs yaralandı

14.01.2019 - Daha bir intihar: özünü 8-ci mərtəbədən atdı

14.01.2019 - Rektor əvəzi xanım şöbə müdirini işdən çıxardı, "Bulvar"ın rəis müavininə vəzifə verdi - BDU-da dəyişiklik

14.01.2019 - Media nümayəndələri eyni vaxtda 500 tələbənin biliyinin yoxlandiği imtahan prosesini izləyiblər

14.01.2019 - Sumqayıt 9 saylı məktəb direktorunun macəraları və ya "Təhsilin HƏQİQƏTİ"

13.01.2019 - Kəlbəcər girovunun məktubu: “Narahat olmayın, sağam”

13.01.2019 - Mirşahinin tutdurduğu QHT sədrinin oğlu azad edildi: "Mun sifətli "dostlar", bir az ləyaqətli olun"

13.01.2019 - Azərbaycanda polis İlkin Tapdıqov özünü güllələdi

12.01.2019 - Fransada “sarı jiletlilər”in nümayişi... - 24 nəfər saxlanıldı

Facebook