Azərbaycanda yüksək vəzifəli general vəfat etdi

07 yanvar 2019
Azərbaycanda yüksək vəzifəli general vəfat etdiƏdliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri (ədliyyə generalı) Zahir Əlizadə bu gün – yanvarın 7-də dünyasını dəyişib.

Bu barədə Modern.az-a mərhumun yaxınları məlumat veriblər.

Bildirilib ki, mərhumun vida mərasimi bu gün saat 14:00-dan 15:00-dək Təzəpir məscidinin Vida zalında keçiriləcək. Yanvarın 9-da isə Heydər məscidində mərhumun 3 və 7 mərasimi veriləcək.

Qeyd edək ki, Zahir Məmməd oğlu Əlizadə uzun illər ədliyyə və prokurorluq orqanlarında məsul vəzifələrdə çalışıb. Mərhum 5 sentyabr 2016-cı ildə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi təyin edilmişdi. Zahir Əlizadə daha əvvəl Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Mərhum “İcra hüququ” kitabının müəllifidir.

Allah rəhmət eləsin…
Xəbəriniz olsun

15.01.2019 - DİN Bakıda böyük rezonans doğurmuş qətl haqda

15.01.2019 - Ali Məhkəmə Beytulla Hüseynovu azad edir

14.01.2019 - Özünü polis bölməsinin qarşısında yandıranla bağlı - DİN-dən açıqlama

14.01.2019 - “Nar”-ın korporativ müştərilərinin sayı artmaqdadır

14.01.2019 - "Bazarstore"a silahlı basqın: Vəzifəli şəxs yaralandı

14.01.2019 - Daha bir intihar: özünü 8-ci mərtəbədən atdı

14.01.2019 - Rektor əvəzi xanım şöbə müdirini işdən çıxardı, "Bulvar"ın rəis müavininə vəzifə verdi - BDU-da dəyişiklik

14.01.2019 - Media nümayəndələri eyni vaxtda 500 tələbənin biliyinin yoxlandiği imtahan prosesini izləyiblər

14.01.2019 - Sumqayıt 9 saylı məktəb direktorunun macəraları və ya "Təhsilin HƏQİQƏTİ"

13.01.2019 - Kəlbəcər girovunun məktubu: “Narahat olmayın, sağam”

13.01.2019 - Mirşahinin tutdurduğu QHT sədrinin oğlu azad edildi: "Mun sifətli "dostlar", bir az ləyaqətli olun"

13.01.2019 - Azərbaycanda polis İlkin Tapdıqov özünü güllələdi

12.01.2019 - Fransada “sarı jiletlilər”in nümayişi... - 24 nəfər saxlanıldı

Facebook