Deputat İqbal Məmmədovun oğlu “Relax”da iranlı turistləri döydü

08 yanvar 2019
Deputat İqbal Məmmədovun oğlu “Relax”da iranlı turistləri döydüLerikin deputatı İqbal Məmmədovun oğlu 31 dekabrda “Relax” istirahət mərkəzində dava salıb.

Savash.org xəbər verir ki, bu barədə hadisə şahidləri AzToday.az-a məlumat veriblər.

Onlar deyiblər ki, deputatın oğlu bayram günlərində tətil etmək məqsədilə “Relax”da olub və orada istirahət edən iki iranlı ilə dalaşıb.

Mənbə bildirib ki, deputatın oğlu “butulka” ilə iranlının birinin başına zərbə endirib, digərini isə möhkəmcə döyüb.

Deputat İqbal Məmmədov AzToday.az-a açıqlamasında məlumatı təkzib edib.

O bildirib ki, bayram günlərində özü də “Relax”da olub və məlumat həqiqətəuyğun deyil: “Mən özüm də orada olmuşam, ailəvi bayramı rayonda qeyd etmişik. Oğlum heç kəslə dalaşmayıb və deyilənlər yalandır”.

”Relax” Lənkəran-Lerik yolunun 33-cü km-də yerləşir. İstirahət mərkəzi ilin bütün fəsillərində yerli və xarici turistlərə xidmət göstərir.

İqbal Məmmədov 2010-cu ilin noyabrında IV çağırış Milli Məclisə keçirilən seçkilərdə 78 saylı Lerik seçki dairəsindən deputat seçilib.

2015-ci il Azərbaycan Respublikası Milli Məclis(V çağırış) seçkilərində Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, yenidən 78 saylı Lerik seçki dairəsindən millət vəkili olaraq seçilib.
Xəbəriniz olsun

15.01.2019 - DİN Bakıda böyük rezonans doğurmuş qətl haqda

15.01.2019 - Ali Məhkəmə Beytulla Hüseynovu azad edir

14.01.2019 - Özünü polis bölməsinin qarşısında yandıranla bağlı - DİN-dən açıqlama

14.01.2019 - “Nar”-ın korporativ müştərilərinin sayı artmaqdadır

14.01.2019 - "Bazarstore"a silahlı basqın: Vəzifəli şəxs yaralandı

14.01.2019 - Daha bir intihar: özünü 8-ci mərtəbədən atdı

14.01.2019 - Rektor əvəzi xanım şöbə müdirini işdən çıxardı, "Bulvar"ın rəis müavininə vəzifə verdi - BDU-da dəyişiklik

14.01.2019 - Media nümayəndələri eyni vaxtda 500 tələbənin biliyinin yoxlandiği imtahan prosesini izləyiblər

14.01.2019 - Sumqayıt 9 saylı məktəb direktorunun macəraları və ya "Təhsilin HƏQİQƏTİ"

13.01.2019 - Kəlbəcər girovunun məktubu: “Narahat olmayın, sağam”

13.01.2019 - Mirşahinin tutdurduğu QHT sədrinin oğlu azad edildi: "Mun sifətli "dostlar", bir az ləyaqətli olun"

13.01.2019 - Azərbaycanda polis İlkin Tapdıqov özünü güllələdi

12.01.2019 - Fransada “sarı jiletlilər”in nümayişi... - 24 nəfər saxlanıldı

Facebook