Baxın, ovucunuzun ortasında “X” işarəsi var?- Deməli siz...

08 yanvar 2019
Baxın, ovucunuzun ortasında “X” işarəsi var?- Deməli siz...Məlum olduğu kimi, ovucun içindəki xətlərləinsanın gələcəyini oxumaq olar.

Rusiyanın STI Universiteti ovucun içinin oxunması ilə bağlı yeni araşdırma aparıb. Araşdırmada bəzi insanların əllərinə baxılaraq, onların həyatı və gələcəyi haqqında məlumatlar əldə ediblər.

''X Palm Mystery and Spirit Science Formula'' adı altında aparılan araşdırmada insanların ovucundakı "X" işarəsinin də sirri çözülüb. Tədqiqatın nəticələri göstərib ki, hər iki əlində "X” işarəsi olan insanlar büyük mübarizələrdən həmişə qalib kimi çıxır, həmçinin çox istedadlı olurlar.

Məlum olub ki, ''X'' işarəsi olan şəxslər daha diqqət çəkən ömür sürür və qeyri-adi xüsusiyyətləri ilə seçilirlər. Belələrin həyatı boyu böyük uğurlara imza atdığı, eyni zamanda sayılıb-seçilən insanlar olduğu da irəli sürülüb.

Bundan başqa, belə insanlar heç bir plan qurmadan öz məqsədlərinə qısa müddətdə çata bilmək bacarığına malikdirlər.

İnsanları yaxşı tanıyırlar, buna görə onları aldatmaq mümkün deyil.

Fiziki cəhətdən çox güclü görünməsələr də, döyüşdə qalib olurlar.

Digər insanların həyatına asanlıqla təsir edə bilərlər.

Araşdırma qrupu onu da iddia edib ki, insan taleyini ovucun içindən öyrənmək batil inam deyil, bu, böyük bir elmdir. Bu elm Makedoniyalı İsgəndərin həyatda olduğu zamandan bəri bu günümüzə qədər gəlib çıxıb. Yeri gəlmişkən, bu tarixi şəxsiyyətin də hər iki əlində "X" işarəsi olub.

Araşdırmada o da qeyd olunub ki, bəşəriyyətin sadəcə 3 faizinin əlində "X” işarəsi var. Hər iki əlində "X” hərfi olan başqa bir siyasi xadim Rusiya prezidenti Vladimir Putindir.

Hətta Avraam Linkolnun da hər iki əlində "X” işarəsi olduğu deyilir.Publika.az
Xəbəriniz olsun

15.01.2019 - DİN Bakıda böyük rezonans doğurmuş qətl haqda

15.01.2019 - Ali Məhkəmə Beytulla Hüseynovu azad edir

14.01.2019 - Özünü polis bölməsinin qarşısında yandıranla bağlı - DİN-dən açıqlama

14.01.2019 - “Nar”-ın korporativ müştərilərinin sayı artmaqdadır

14.01.2019 - "Bazarstore"a silahlı basqın: Vəzifəli şəxs yaralandı

14.01.2019 - Daha bir intihar: özünü 8-ci mərtəbədən atdı

14.01.2019 - Rektor əvəzi xanım şöbə müdirini işdən çıxardı, "Bulvar"ın rəis müavininə vəzifə verdi - BDU-da dəyişiklik

14.01.2019 - Media nümayəndələri eyni vaxtda 500 tələbənin biliyinin yoxlandiği imtahan prosesini izləyiblər

14.01.2019 - Sumqayıt 9 saylı məktəb direktorunun macəraları və ya "Təhsilin HƏQİQƏTİ"

13.01.2019 - Kəlbəcər girovunun məktubu: “Narahat olmayın, sağam”

13.01.2019 - Mirşahinin tutdurduğu QHT sədrinin oğlu azad edildi: "Mun sifətli "dostlar", bir az ləyaqətli olun"

13.01.2019 - Azərbaycanda polis İlkin Tapdıqov özünü güllələdi

12.01.2019 - Fransada “sarı jiletlilər”in nümayişi... - 24 nəfər saxlanıldı

Facebook