“Nar” Naftalanda 4G şəbəkəsi qurdu

09 yanvar 2019
“Nar” Naftalanda 4G şəbəkəsi qurduÖlkənin ən gənc mobil operatoru olan "Nar” yüksəkkeyfiyyətli 4G şəbəkəsini bütün ölkə ərazisində artırmağa davam edir.

Şirkətdən verilən məlumata görə, 4G şəbəkəsinin istismara verildiyi növbəti region mərkəzi Naftalan oldu. Bununla da Naftalan sakinləri keyfiyyətli və yüksək sürətli mobil rabitə xidmətləri ilə təmin edilir.

Ölkənin ən gənc mobil operatoru olan "Nar” son 3 ayda 340-a yaxın 4G, 26-ya yaxın 3G texnologiyası ilə təmin olunmuş mobil baza stansiyasını istifadəyə verib. Bölgələrə xüsusi diqqətilə seçilən mobil operator, 4G xidmətini təkcə Bakı və Abşeron ərazisində deyil, bölgələrdə, şəhər və rayon mərkəzlərində də təqdim edir. "Nar” 4G istifadəçilərinin 72%-i paytaxt Bakının, 28%-i isə regionların payına düşür. Son 3 ayda 4G şəbəkəsi aşağıdakı region mərkəzlərində quraşdırılıb: Ağdaş, Ağcabədi, Ağstafa, Ağsu, Astara, Bərdə, Beyləqan, Biləsuvar, Cəlilabad, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Hacıqabul, İmişli, İsmayıllı, Kürdəmir, Lənkəran, Lerik, Masallı, Mingəçevir, Naftalan, Neftçala, Oğuz, Qax, Qazax, Qəbələ, Saatlı, Sabirabad, Şəki, Şamaxı, Şirvan, Şəmkir, Tərtər, Tovuz, Yardımlı, Yevlax. Bununla da, "Nar” 4G şəbəkəsinin əhatə olunduğu regionların sayı 45-dən çox olub.

Qeyd edək ki, aparılan şəbəkə işlərinin nəticəsi olaraq, mobil operator 2018-ci il ərzində 790-a yaxın 4G, 160-a yaxın isə 3G texnologiyası ilə təmin olunmuş mobil baza stansiyasını istifadəyə verib. Təkmilləşdirmə işlərinin nəticəsi olaraq hazırda ölkə ərazisində 4G baza stansiyalarının sayı 1720-ni, 3G baza stansiyalarının sayı isə 2670-i ötüb.

Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.
Xəbəriniz olsun

15.01.2019 - DİN Bakıda böyük rezonans doğurmuş qətl haqda

15.01.2019 - Ali Məhkəmə Beytulla Hüseynovu azad edir

14.01.2019 - Özünü polis bölməsinin qarşısında yandıranla bağlı - DİN-dən açıqlama

14.01.2019 - “Nar”-ın korporativ müştərilərinin sayı artmaqdadır

14.01.2019 - "Bazarstore"a silahlı basqın: Vəzifəli şəxs yaralandı

14.01.2019 - Daha bir intihar: özünü 8-ci mərtəbədən atdı

14.01.2019 - Rektor əvəzi xanım şöbə müdirini işdən çıxardı, "Bulvar"ın rəis müavininə vəzifə verdi - BDU-da dəyişiklik

14.01.2019 - Media nümayəndələri eyni vaxtda 500 tələbənin biliyinin yoxlandiği imtahan prosesini izləyiblər

14.01.2019 - Sumqayıt 9 saylı məktəb direktorunun macəraları və ya "Təhsilin HƏQİQƏTİ"

13.01.2019 - Kəlbəcər girovunun məktubu: “Narahat olmayın, sağam”

13.01.2019 - Mirşahinin tutdurduğu QHT sədrinin oğlu azad edildi: "Mun sifətli "dostlar", bir az ləyaqətli olun"

13.01.2019 - Azərbaycanda polis İlkin Tapdıqov özünü güllələdi

12.01.2019 - Fransada “sarı jiletlilər”in nümayişi... - 24 nəfər saxlanıldı

Facebook