Bakıda sərxoş kişi şirkətin ofisinə hücum etdi

11 yanvar 2019
Bakıda sərxoş kişi şirkətin ofisinə hücum etdi
Ötən gecə Bakıda xuliqanlıq hadisəsi qeydə alınıb.

Trend-in məlumatına görə, hadisə Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 142 D ünvanında baş verib.

Mahir Quliyev adlı ortayaşlı şəxs qeyd olunan ünvanda "Unicapital" adlı ofisə hücum edərək oranın pəncərələrini qırıb, daha sonra içəriyə daxil olaraq ofisə ziyan vurub. Ofisdən çıxan M.Quliyev yol kənarında dayanan maşına da zərər vurub.

Hadisə ilə bağlı "Unibank" KB-dən bildiriblər ki, həmin şəxsin "Unicapital" ilə heç bir əlaqəsi yoxdur, o, sərxoş olduğundan nə etdiyini bilməyib: "Ötən gecə saat 19 radələrində həddən artıq içkili və əlində kəsici alət olan bir şəxs "Unicapital" İnvestisiya şirkətinin Rəşid Behbudov küçəsi 142 D ünvanında yerləşən ofisinə hücum edərək, ofisin şüşəsini sındırıb, avadanlıqlara ciddi ziyan yetirib. Ofisin qarşısında başqa vətəndaşlara məxsus maşınlara da ziyan vurub. Hadisə barədə dərhal polis idarəsinə məlumat verilib və şəxs yaxınlıqdakı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb".

Adıçəkilən şirkətin rəhbərliyi tərəfindən Nəsimi Rayon Polis idarəsinin 21-ci bölməsinə baş vermiş hücum hadisəsi və əmlaka vurulmuş ziyana görə şikayət ərizəsi təqdim edilib.

Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Xəbəriniz olsun

15.01.2019 - DİN Bakıda böyük rezonans doğurmuş qətl haqda

15.01.2019 - Ali Məhkəmə Beytulla Hüseynovu azad edir

14.01.2019 - Özünü polis bölməsinin qarşısında yandıranla bağlı - DİN-dən açıqlama

14.01.2019 - “Nar”-ın korporativ müştərilərinin sayı artmaqdadır

14.01.2019 - "Bazarstore"a silahlı basqın: Vəzifəli şəxs yaralandı

14.01.2019 - Daha bir intihar: özünü 8-ci mərtəbədən atdı

14.01.2019 - Rektor əvəzi xanım şöbə müdirini işdən çıxardı, "Bulvar"ın rəis müavininə vəzifə verdi - BDU-da dəyişiklik

14.01.2019 - Media nümayəndələri eyni vaxtda 500 tələbənin biliyinin yoxlandiği imtahan prosesini izləyiblər

14.01.2019 - Sumqayıt 9 saylı məktəb direktorunun macəraları və ya "Təhsilin HƏQİQƏTİ"

13.01.2019 - Kəlbəcər girovunun məktubu: “Narahat olmayın, sağam”

13.01.2019 - Mirşahinin tutdurduğu QHT sədrinin oğlu azad edildi: "Mun sifətli "dostlar", bir az ləyaqətli olun"

13.01.2019 - Azərbaycanda polis İlkin Tapdıqov özünü güllələdi

12.01.2019 - Fransada “sarı jiletlilər”in nümayişi... - 24 nəfər saxlanıldı

Facebook