Nazirlik vətəndaşlara xəstə heyvanlar verir - Sahil Babayevin özünüməşğulluq "OYUNU" + FOTOFAKT

11 yanvar 2019
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramının icrası çərçivəsində layihə qalibi olan və təsərrüfata sahibişsiz vətəndaşlara ailəsini maddi baxımdan təmin etmək üçünheyvanlar verilib. Bu heyvanların isəhamısı xəstədir".

Svash.org xəbər verir ki, bu barədə unikal.org-a Yevlax rayonun Malbəyi kənd sakinləri müraciət edərək onlara aidiyyatı dövlət qurumlarından kömək etmələrini istəyirlər. Adıçəkilən kənd sakini Mahmudov Sərvər Mahir oğlu ona və bir neçə şəxsə xəstə heyvan verildiyindən şikayətçidir:

"Yevlax rayon məşğulluq mərkəzinə işsiz kimi qeydiyata düşdüm. Özünüməşğulluq proqramına qoşuldum və imtahanlardan uğurla keçdim. 01.01.2018-ci il Cənab Prezdentin qərarına uyğun olaraq 35.8 milyon özünüməşğulluq proqramlarına vəsait ayrıldı. Mənim biznes planımda 5000 manat dəyərində iki başyanı balalı heyvan qeyd olunmuşdu. Nazirliyin nümayəndəsi bizdən imtahan götürən zamanda təsdiqlədi ki, sizin öz seçiminizlə biznes plana uyğun olaraq 2 baş yanı balalı heyvan qeyd edilib. Lakin 05.10.2018-ci ilde tıra doldurulmuş şəkildə mənə heyvan gətirdilər. Bu heyvanların dəyəri bazarda 400-500 manatdır. Bu heyvanlar xəstə, yararsız və balaları satılmış heyvanlar idi. Sonradan öyrəndim ki, heyvanları bizə təqdim edənlər nazirliyin işçiləri deyillər. Onlar Bərdə rayonunda olan mal bazarındakı heyvan alverçiləri imiş. Onlar özlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçiləri kimi təqdim etmişdilər. Amma əslində biznes planda 5000 manat yazılıb. 2500 manata iki baş yanı balalı heyvan qanunla mənim yanımda alınmalı idi. Amma nazirlik özü bizdən xəbərsiz bu cür işbazlıq edib, heyvan gətirdi. Hamısı xəstə malıdır. Aran rayonlarında bunlar əmələ gələ bilməz .Bu heyvanların bağırsaqları pozulduğu üçün çölə qan gedirlər. Hətta bir neçə nəfərə verilən heyvanlar tələf olub. Balaları satıldığı üçün inək özü-özünü əmir. Bununla bağlı aidiyyatı qurumlara müraciət etsək də, hələ də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi susaraq bu məsələyə münasibət bildirmir. Məndən əlavə 6 nəfər də şikayətçidir".

Nazirlik vətəndaşlara xəstə heyvanlar verir - Sahil Babayevin özünüməşğulluq "OYUNU" + FOTOFAKT
Nazirlik vətəndaşlara xəstə heyvanlar verir - Sahil Babayevin özünüməşğulluq "OYUNU" + FOTOFAKT
Xəbəriniz olsun

15.01.2019 - DİN Bakıda böyük rezonans doğurmuş qətl haqda

15.01.2019 - Ali Məhkəmə Beytulla Hüseynovu azad edir

14.01.2019 - Özünü polis bölməsinin qarşısında yandıranla bağlı - DİN-dən açıqlama

14.01.2019 - “Nar”-ın korporativ müştərilərinin sayı artmaqdadır

14.01.2019 - "Bazarstore"a silahlı basqın: Vəzifəli şəxs yaralandı

14.01.2019 - Daha bir intihar: özünü 8-ci mərtəbədən atdı

14.01.2019 - Rektor əvəzi xanım şöbə müdirini işdən çıxardı, "Bulvar"ın rəis müavininə vəzifə verdi - BDU-da dəyişiklik

14.01.2019 - Media nümayəndələri eyni vaxtda 500 tələbənin biliyinin yoxlandiği imtahan prosesini izləyiblər

14.01.2019 - Sumqayıt 9 saylı məktəb direktorunun macəraları və ya "Təhsilin HƏQİQƏTİ"

13.01.2019 - Kəlbəcər girovunun məktubu: “Narahat olmayın, sağam”

13.01.2019 - Mirşahinin tutdurduğu QHT sədrinin oğlu azad edildi: "Mun sifətli "dostlar", bir az ləyaqətli olun"

13.01.2019 - Azərbaycanda polis İlkin Tapdıqov özünü güllələdi

12.01.2019 - Fransada “sarı jiletlilər”in nümayişi... - 24 nəfər saxlanıldı

Facebook