Mehman Hüseynov heç bir məktub yazmayıb? - Atası və vəkili danışdı

12 yanvar 2019
Mehman Hüseynov heç bir məktub yazmayıb? - Atası və vəkili danışdıMehman Hüseynovun atası Rafik Hüseynov oğlunun heç bir məktub yazmadığını və aclığı dayandırmadığını deyib.

Savash.org "BBC News Azərbaycanca"ya istinadən bildirir ki, Rafik Hüseynov belə məlumatların yayılmasından narahat olduğunu deyib.

Bloqçunun atası bu gün oğlu ilə görüşmədiyini deyir və yayılan məktubu şübhəli hesab edir.

Bloqçunun vəkili Şəhla Hümbətova "BBC News Azərbaycanca"ya bildirib ki, ötən gün axşam saatlarına kimi Mehman Hüseynovun yanında olub və onun məktub yazaraq aclığı dayandırması barədə məlumatı yoxdur.

"Mən aclıq aksiyamı davam edirəm və heç bir akta da imza atmamışam",- Mehman Hüseynov həmin günü vəkilinə bildirib.

Şəhla Hümbətova deyib ki, bu gün Mehman Hüseynovla heç bir vəkili görüşməyib.

Xatırladaq ki, bu gün yerli mediada Mehman Hüseynovun aclıq aksiyasını dayandırdığı və onun özünün bu barədə məktub yazması barədə xəbərlər yayılıb.
Xəbəriniz olsun

15.01.2019 - DİN Bakıda böyük rezonans doğurmuş qətl haqda

15.01.2019 - Ali Məhkəmə Beytulla Hüseynovu azad edir

14.01.2019 - Özünü polis bölməsinin qarşısında yandıranla bağlı - DİN-dən açıqlama

14.01.2019 - “Nar”-ın korporativ müştərilərinin sayı artmaqdadır

14.01.2019 - "Bazarstore"a silahlı basqın: Vəzifəli şəxs yaralandı

14.01.2019 - Daha bir intihar: özünü 8-ci mərtəbədən atdı

14.01.2019 - Rektor əvəzi xanım şöbə müdirini işdən çıxardı, "Bulvar"ın rəis müavininə vəzifə verdi - BDU-da dəyişiklik

14.01.2019 - Media nümayəndələri eyni vaxtda 500 tələbənin biliyinin yoxlandiği imtahan prosesini izləyiblər

14.01.2019 - Sumqayıt 9 saylı məktəb direktorunun macəraları və ya "Təhsilin HƏQİQƏTİ"

13.01.2019 - Kəlbəcər girovunun məktubu: “Narahat olmayın, sağam”

13.01.2019 - Mirşahinin tutdurduğu QHT sədrinin oğlu azad edildi: "Mun sifətli "dostlar", bir az ləyaqətli olun"

13.01.2019 - Azərbaycanda polis İlkin Tapdıqov özünü güllələdi

12.01.2019 - Fransada “sarı jiletlilər”in nümayişi... - 24 nəfər saxlanıldı

Facebook