Ermənistanda etirazçılar hava limanına gedən yolu kəsdilər

12 yanvar 2019
Ermənistanda etirazçılar hava limanına gedən yolu kəsdilər
Yanvarın 11-də Ermənistanda növbəti etiraz aksiyası keçirilib.

Aksiya iştirakçıları general Manvel Qriqoryanın yenidən həbs olunmasını tələb ediblər. Onlar hava limanına aparan yolu kəsiblər və 21 dekabrda girov müqabilində sərbəst buraxılmış generalın həbsxanaya qaytarılmasını tələb ediblər. Məlumatda deyilir ki, gecə saatlarınadək yol bağlı saxlanılıb.

M.Qriqoryanın həbsdən buraxılmasından xəbərsiz olduğunu deyən Nikol Paşinyan məsələ ilə maraqlanacağını bildirmişdi. Baş Prokurorluq isə məhkəmə qərarından apelyasiya şikayəti verib. 19 iyun 2018-ci ildə qanunsuz olaraq külli miqdarda silah saxlamaqda və mənimsəmədə ittiham olunaraq həbsə atılan erməni generalın rüşvət müqabilində azadlığa çıxdığı barədə iddialar var. Bundan əvvəl Eçmiədzində anoloji tələblərlə aksiyalar keçirilmişdi.(musavat.com)
Xəbəriniz olsun

15.01.2019 - DİN Bakıda böyük rezonans doğurmuş qətl haqda

15.01.2019 - Ali Məhkəmə Beytulla Hüseynovu azad edir

14.01.2019 - Özünü polis bölməsinin qarşısında yandıranla bağlı - DİN-dən açıqlama

14.01.2019 - “Nar”-ın korporativ müştərilərinin sayı artmaqdadır

14.01.2019 - "Bazarstore"a silahlı basqın: Vəzifəli şəxs yaralandı

14.01.2019 - Daha bir intihar: özünü 8-ci mərtəbədən atdı

14.01.2019 - Rektor əvəzi xanım şöbə müdirini işdən çıxardı, "Bulvar"ın rəis müavininə vəzifə verdi - BDU-da dəyişiklik

14.01.2019 - Media nümayəndələri eyni vaxtda 500 tələbənin biliyinin yoxlandiği imtahan prosesini izləyiblər

14.01.2019 - Sumqayıt 9 saylı məktəb direktorunun macəraları və ya "Təhsilin HƏQİQƏTİ"

13.01.2019 - Kəlbəcər girovunun məktubu: “Narahat olmayın, sağam”

13.01.2019 - Mirşahinin tutdurduğu QHT sədrinin oğlu azad edildi: "Mun sifətli "dostlar", bir az ləyaqətli olun"

13.01.2019 - Azərbaycanda polis İlkin Tapdıqov özünü güllələdi

12.01.2019 - Fransada “sarı jiletlilər”in nümayişi... - 24 nəfər saxlanıldı

Facebook