QHT rəhbərinin oğlu saxlanıldı - Mirşahinə görə

12 yanvar 2019
QHT rəhbərinin oğlu saxlanıldı - Mirşahinə görəQHT rəhbərinin oğlu sosial şəbəkədə jurnalist Mirşahin Ağayev haqqında yazdığı fikirlərinə görə polis tərəfindən saxlanılıb.

Savash.org xəbər verir ki, bu barədə Unikal.org-a Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin sədri Məlahət Abbasova məlumat verib.

O bildirib ki, oğlunu Sabunçu Rayon 12-ci Polis Bölməsinin əməkdaşları dünən gecə yaşadığı evdən bölməyə aparıblar: "Gecə polislər Sabunçu qəsəbəsi, Dilqəm Kişvəri küçəsi, döngə 4, ev 2 A ünvanında olan mənzilimizə gələrək, oğlum 1994-cü il təvəllüdlü Abbasov Məhəmmədəli Şəmsəddin oğlunu bölməyə apardılar. Gecədən bu saatlara kimi oğlumu polisdə saxlayıblar. Cinayət işi açıb-açmadıqları barədə bölmədən bizə məlumat verməyiblər. Səbəb onu göstərirlər ki, oğlum sosial şəbəkədə olan qruplardan birində jurnalist Mirşahin Ağayev haqqında xoşagəlməz söz yazıb. Mənim oğlum tərbiyəli gəncdir, kimisə təhqir edəcəyini düşünmürəm. Mən də oğlumdan soruşdum, dedi ki, "ana, dəqiq xatırlamıram. Ola bilər Mirşahin haqqında paylaşımın rəy bölümünə gülüş işarəsi qoymuşdum, onu nəzərdə tuturlar. Ya da kimsə paylaşıma Mirşahin haqqında təhqir yazmışdı, mən də altına rəy yazmışdım ki, ona bu da azdır. Yəqin onu nəzərdə tuturlar".

Mən onu qeyd edim ki, oğlum təhqir yazmayıb, burada cinayət tərkibi yoxdur".

QHT rəhbəri sonda aidiyyatı orqanlardan oğlumun azad olunmasını xahiş edib.
Xəbəriniz olsun

15.01.2019 - DİN Bakıda böyük rezonans doğurmuş qətl haqda

15.01.2019 - Ali Məhkəmə Beytulla Hüseynovu azad edir

14.01.2019 - Özünü polis bölməsinin qarşısında yandıranla bağlı - DİN-dən açıqlama

14.01.2019 - “Nar”-ın korporativ müştərilərinin sayı artmaqdadır

14.01.2019 - "Bazarstore"a silahlı basqın: Vəzifəli şəxs yaralandı

14.01.2019 - Daha bir intihar: özünü 8-ci mərtəbədən atdı

14.01.2019 - Rektor əvəzi xanım şöbə müdirini işdən çıxardı, "Bulvar"ın rəis müavininə vəzifə verdi - BDU-da dəyişiklik

14.01.2019 - Media nümayəndələri eyni vaxtda 500 tələbənin biliyinin yoxlandiği imtahan prosesini izləyiblər

14.01.2019 - Sumqayıt 9 saylı məktəb direktorunun macəraları və ya "Təhsilin HƏQİQƏTİ"

13.01.2019 - Kəlbəcər girovunun məktubu: “Narahat olmayın, sağam”

13.01.2019 - Mirşahinin tutdurduğu QHT sədrinin oğlu azad edildi: "Mun sifətli "dostlar", bir az ləyaqətli olun"

13.01.2019 - Azərbaycanda polis İlkin Tapdıqov özünü güllələdi

12.01.2019 - Fransada “sarı jiletlilər”in nümayişi... - 24 nəfər saxlanıldı

Facebook