Füzulidə şəhid ailələrinə daim diqqət və qayğı göstərilir

23 yanvar 2019
Füzulidə şəhid ailələrinə daim diqqət və qayğı göstərilirAzərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından və qanlarından keçərək şəhidlik zirvəsinə ucalanların xatirəsi hər zaman yüksək tutulur. Respublikamızda şəhid ailələrinə göstərilən dövlət qayğısı davamlı xarakter daşıyır və bu siyasətin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Respublikamızda şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğı özünü Füzuli rayonunda da göstərməkdədir. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə Füzuli rayonundan 700-ə yaxın şəxs şəhid olmuş, 181 nəfər isə itkin düşmüşdür. Bunlardan 6 nəfəri isə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Bütün respublikamızda olduğu kimi Füzuli rayonunda şəhid ailələri dövlət təminatı ilə əhatə olunmuşlar, qanunvericilikdə şəhid ailələri üçün nəzərdə tutulmuş bütün güzəşt və imtiyazlardan istifadə edirlər. Rayonun bütün idarə, müəssisə və təşkilatlarında şəhid ailələrinə hər zaman diqqətlə, ehtiramla yanaşılır.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev də mütəmadi olaraq Milli qəhrəmanların və şəhidlərin ailə üzvləri ilə görüşlər keçirir, onların problemlərini dinləyir, əlamətdar günlərdə, Ramazan bayramı, Qurban bayramı, Yeni il və Novruz bayramlarında bu kateqoriyadan olan insanlara baş çəkir, mənəvi köməklik göstərir.

Şəhid ailələri ilə keçirilən görüşlərdə, aparılan söhbətlərdə Prezident cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi işlərdən razılıq ifadə olunur.

Füzuli rayonunda Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksəlmiş insanların şərəfli ömür yolu gənclər arasında təbliğ olunur. Bildirilir ki, hər bir Azərbaycan vətəndaşı öz şəhidlərini tanımalı, onların keçdiyi həyat yolunu öyrənməlidir.
Xəbəriniz olsun

17.02.2019 - Ülvi Quliyevi Avropadakı siyasi mühacirlə nə bağlayır?

17.02.2019 - "A kişi, dedim kəs!" — Binəqədidə ağacların kəsilməsinə əmr verən məmur kimdir? (VİDEO)

16.02.2019 - Milli Şura mitinq təyin etdi: Hakimiyyətin əsəbləri fevralın 23-də sınağa çəkiləcək

16.02.2019 - Moskvada azərbaycanlını qətlə yetirmiş şəxslər Rostovda yaxalandılar

16.02.2019 - Qarabağ əlilləri Nərimanov RİH başçısı müavinin üstünə yeridi: "Sən kimsən?" - ŞOK VİDEO

16.02.2019 - Bir adamın yaşadığı ada uğrunda iki ölkə döyüşür

16.02.2019 - Prezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM

16.02.2019 - BƏZİ İXTİSASLAR LƏĞV OLUNDU, BƏZİLƏRİ BİRLƏŞDİRİLDİ – Ali təhsildə dəyişikliklər

16.02.2019 - Əlixanın təhqirləri, “Neolit”ə basqın, Qərib Orucovun güllələnməsi... - MOSKVADA ƏSLİNDƏ NƏ BAŞ VERİB?

16.02.2019 - Qazaxda İsmayıl Şıxlının 100 illik yubiley tədbirinə hazırlıqla bağlı müşavirə keçirilib

15.02.2019 - Səhiyyə Nazirliyindən UCUZ ŞOU: Süni ürək əməliyyatı yalan çıxdı

15.02.2019 - İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdi

15.02.2019 - Zakir Fərəcovdan mətbuata fakt ötürən “memar”ın hekayəsi: Onun mediadakı “dostu” kimdir?

Facebook