Sevgilisini dostunun arvadı kimi göstərmək istədi və qətlə yetirildi

24 yanvar 2019
Sevgilisini dostunun arvadı kimi göstərmək istədi və qətlə yetirildiBakı Ağır Cinayətlər Məhkəməsində dostunu qətlə yetirməkdə ittiham 38 yaşlı Bəxtiyar Əhmədovun cinayət işi məhkəmə prosesi keçirilib.

Prosesdə təqsirləndirilən Bəxtiyar Əhmədov ifadə verib. İfadəsində əvvəlcə qətli törədib-törətmədiyini xatırlamadığını deyib: “Fikrət Salmanovla 13 il dost olmuşuq. Rayonlardan heyvan gətirib satırdıq, bir-birimizə dəstək olurduq. Hadisə baş verən gün Fikrət zəng vurdu, “Neftçilər”də restoranda oturduğunu dedi, məni də dəvət etdi. Ora gedəndə gördüm ki, sevgilisi ilə oturub. İçki içirdilər, mən də onlarla əyləşdim. Fikrət mənə dedi ki, 10 manat lazımdır, verdim. Masadan durub gedəndə fikirləşdim ki, hesabı bağlamağa gedir. Gələndən sonra yenə də otuduq. Söhbət edib, çay içdik”.

B.Əhmədovun ifadəsinə görə, restoranda dostu ilə aralarında mübahisə düşüb: “Fikrət içkili idi, dedi ki, gedək, etiraz elədim. Dedim ki, yolda polis bizi saxlayacaq, məni eşitmədi. Polis saxlasa, 500-600 manat cərimə yazacaqdı. Onda gərək yarısını da mən verəydim. Dedim ki, gəl, “ayıq sürücü” çağıraq, 5 manat verək, bizi aparsın. Dedi ki, yox, özümüz gedək. Mübahisə də buna görə baş verdi. Dedi ki, yolda polis saxlasa, mən özümü karlığa qoyacağam, sən də özünü lal kimi apar. Əlavə etdi ki, polisə söyləyərsən, arxada oturan da arvadımdır. Bu sözə çox əsəbiləşdim. Dedim ki, nə danışdığını bilirsənmi? Buna görə mübahisə elədik”.

"Xalqlar Dostluğu" metro stansiyasının yaxınlığındakı parka az qalmış B.Əhmədov maşından düşüb. Dostu da arxasınca gəlib: “Gördüm əlində bıçaq var. Dediyi sözə görə üzr istəyəcəyini gözləyirdim. Amma gözləri bərəlmişdi, qışqırırdı. Məni vuracağını düşündüm. İki əlimlə onu qucaqladım ki, nəsə eləməsin. Sonra onu itələdim. Əlimdən çıxan kimi çox sürətlə qaçdı. Mən də maşına tərəf getdim. Maşını yolun kənarına çəkdim, qızı da taksi ilə yola saldım. Özüm də evə getdim. Onu vurduğumu bilmirəm. Nəinki onu öldürmək, heç ona xəsarət yetirmək niyyətim də olmayıb". Sualları cavablandıran Bəxtiyar Əhmədov həmin gün narkotik vasitə çəkdiklərini deyib: "Restoranda məndən 10 manat aldı. Dedim bəlkə hesabı bağlamağa gedir. Qayıdıb gələndə cibindən marixuana çıxardı. Bir siqaretdən də kiçik idi. Yandırdı, bir qullab mən çəkdim, sonra qıza verdim, sonra da Fikrət çəkdi".

İttihamda hadisənin təfərrüatı haqda yazılır ki, mərhum Fikrətlə Bəxtiyar "polisə arxada oturan qızın arvadın olduğunu deyərsən" sözündən sonra mübahisə ediblər. Bəxtiyar buna etiraz edəndə Fikrət "guya sənin arvadın ondan artıqdır?" deyə cavab verib. Bu söz isə mübahisənin böyüməsinə səbəb olub. Nəticədə də, cinayət hadisəsi baş verib.
Xəbəriniz olsun

17.02.2019 - Ülvi Quliyevi Avropadakı siyasi mühacirlə nə bağlayır?

17.02.2019 - "A kişi, dedim kəs!" — Binəqədidə ağacların kəsilməsinə əmr verən məmur kimdir? (VİDEO)

16.02.2019 - Milli Şura mitinq təyin etdi: Hakimiyyətin əsəbləri fevralın 23-də sınağa çəkiləcək

16.02.2019 - Moskvada azərbaycanlını qətlə yetirmiş şəxslər Rostovda yaxalandılar

16.02.2019 - Qarabağ əlilləri Nərimanov RİH başçısı müavinin üstünə yeridi: "Sən kimsən?" - ŞOK VİDEO

16.02.2019 - Bir adamın yaşadığı ada uğrunda iki ölkə döyüşür

16.02.2019 - Prezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM

16.02.2019 - BƏZİ İXTİSASLAR LƏĞV OLUNDU, BƏZİLƏRİ BİRLƏŞDİRİLDİ – Ali təhsildə dəyişikliklər

16.02.2019 - Əlixanın təhqirləri, “Neolit”ə basqın, Qərib Orucovun güllələnməsi... - MOSKVADA ƏSLİNDƏ NƏ BAŞ VERİB?

16.02.2019 - Qazaxda İsmayıl Şıxlının 100 illik yubiley tədbirinə hazırlıqla bağlı müşavirə keçirilib

15.02.2019 - Səhiyyə Nazirliyindən UCUZ ŞOU: Süni ürək əməliyyatı yalan çıxdı

15.02.2019 - İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdi

15.02.2019 - Zakir Fərəcovdan mətbuata fakt ötürən “memar”ın hekayəsi: Onun mediadakı “dostu” kimdir?

Facebook