Bakı Baş Gömrük İdarəsi ATEF şirkətinin əlvan metal ixracını qanunsuz necə sənədləşdirdi?

29 yanvar 2019
Bakı Baş Gömrük İdarəsi ATEF şirkətinin əlvan metal ixracını qanunsuz necə sənədləşdirdi?Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü” gömrük postunda ölkədən ixrac edilən əlvan metal yüklü 3 maşın saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Bakı Baş Gömrük İdarəsi həmin yükü rüsumsuz (kodu bilərəkdən dəyişərək) sənədləşdirib və dövlət büdcəsinə xeyli ziyan vurub. O da bilinib ki, həmin 3 maşın əlvan metal ATEF şirkətlər qrupuna məxsusdur.

Savash.org xəbər verir ki, bu barədə NUH.az saytı yazıb. Sayt onu da qeyd edib ki, ATEF-in direktoru Talıb Əlixanbəyovun DGK rəhbərliyi ilə dost münasibətləri var: "Məsələyə aydınlıq gətirmək üçün DGK-nın Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin əməkdaşı Şahin Rzalı ilə əlaqə saxladıq. O, "Məsələni araşdırıb sizə məlumat verəcəyik” desə də günün sonunadək heç bir cavab almadıq".
ATEF şirkəti Bakı Mayesiz Transformatorlar Zavodunun bazasında yaradılıb. Şirkət 1998-ci ildə özəlləşdirilib. Şirkətin Əmircan qəsəbəsində Bakı yağ transformatorları zavodu var. 2005-ci ildə Qaraçuxur qəsəbəsində şirkətə aid olan bir transformatorlar və elektrotexniki avadanlıqlar zavodu, 2011-ci ildə isə Hövsan qəsəbəsində şirkətə aid olan metal konstruksiya zavodu açılıb.

Göründüyü kimi, gömrükdə aparılan islahatlar bir sıra müsbət dəyişikliklərə səbəb olsa da, məsələ DGK sədri Səfər Mehdiyevin dediyi "Ölkədə inhisarçılığın bir faizini göstərsəniz, mən istefa verərəm” kimi sadə deyil. Gömrük sistemindəki rüşvət və korrupsiyanın miqyasını təsəvvür etmək üçün yuxarıda qeyd edilən faktı kifayətdir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Xəbəriniz olsun

17.02.2019 - Ülvi Quliyevi Avropadakı siyasi mühacirlə nə bağlayır?

17.02.2019 - "A kişi, dedim kəs!" — Binəqədidə ağacların kəsilməsinə əmr verən məmur kimdir? (VİDEO)

16.02.2019 - Milli Şura mitinq təyin etdi: Hakimiyyətin əsəbləri fevralın 23-də sınağa çəkiləcək

16.02.2019 - Moskvada azərbaycanlını qətlə yetirmiş şəxslər Rostovda yaxalandılar

16.02.2019 - Qarabağ əlilləri Nərimanov RİH başçısı müavinin üstünə yeridi: "Sən kimsən?" - ŞOK VİDEO

16.02.2019 - Bir adamın yaşadığı ada uğrunda iki ölkə döyüşür

16.02.2019 - Prezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM

16.02.2019 - BƏZİ İXTİSASLAR LƏĞV OLUNDU, BƏZİLƏRİ BİRLƏŞDİRİLDİ – Ali təhsildə dəyişikliklər

16.02.2019 - Əlixanın təhqirləri, “Neolit”ə basqın, Qərib Orucovun güllələnməsi... - MOSKVADA ƏSLİNDƏ NƏ BAŞ VERİB?

16.02.2019 - Qazaxda İsmayıl Şıxlının 100 illik yubiley tədbirinə hazırlıqla bağlı müşavirə keçirilib

15.02.2019 - Səhiyyə Nazirliyindən UCUZ ŞOU: Süni ürək əməliyyatı yalan çıxdı

15.02.2019 - İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdi

15.02.2019 - Zakir Fərəcovdan mətbuata fakt ötürən “memar”ın hekayəsi: Onun mediadakı “dostu” kimdir?

Facebook