Türkiyədə 2 azərbaycanlı ailənin qan davası - 5 nəfər öldürüldü

31 yanvar 2019
Türkiyədə 2 azərbaycanlı ailənin qan davası - 5 nəfər öldürüldüİstanbulda bir cinayəti araşdıran polis iki azərbaycanlı qrup tərəfindən törədilən silsilə cinayəti ortaya çıxarıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı Gəncəli Əliyevi tapanca ilə vuraraq öldürməkdə şübhəli bilinən həmyerlisi Sahib M. uşağını müalicə üçün apardığı xəstəxanada saxlanılıb. Şübhəli ilə yanaşı, yanındakı Turan M. və Rişal H. də tutulub.

Aparılan araşdırma nəticəsində türk polisi silsilə cinayəti aşkara çıxarıb.

Məlum olub ki, 2015-ci ildə Sahib M.-in böyük qardaşı Sultangazidə Natiq G. və atası Yapon G. tərəfindən silahla vurularaq qətlə yetirilib.

2017-ci ildə Sahib M. qardaşının ölümündə təqsirli bildiyi Misirxan Əliyevi Qaziosmanpaşada yanındakı iki dostu ilə birgə təşkil etdiyi silahlı hücumda öldürüb.

2018-ci ilin avqustun 8-də Sahib M. bu dəfə də Gəncəli Əliyevi Qaziosmanpaşada silahla qətlə yetirib.

2018-ci ilin avqustun 22-də Qaziosmanpaşada Sahib M.-in qohumu olan Ramil Məmmədov öldürülüb. Hadisəni törədən Asif A. isə saxlanılaraq həbs edilib.

2018-ci ilin 7 oktyabrında Ruhil Ağayev adlı şəxs yenə Sahib M.-in qohumları olan Qasım M. və qardaşı Mübariz M. tərəfindən qətlə yetirilib.
Sahib M. ittihamları qəbul etməsə də, haqqında həbs qərarı çıxarılıb, onunla birgə saxlanılan iki şəxs isə azadlığa buraxılıb.
Xəbəriniz olsun

17.02.2019 - Ülvi Quliyevi Avropadakı siyasi mühacirlə nə bağlayır?

17.02.2019 - "A kişi, dedim kəs!" — Binəqədidə ağacların kəsilməsinə əmr verən məmur kimdir? (VİDEO)

16.02.2019 - Milli Şura mitinq təyin etdi: Hakimiyyətin əsəbləri fevralın 23-də sınağa çəkiləcək

16.02.2019 - Moskvada azərbaycanlını qətlə yetirmiş şəxslər Rostovda yaxalandılar

16.02.2019 - Qarabağ əlilləri Nərimanov RİH başçısı müavinin üstünə yeridi: "Sən kimsən?" - ŞOK VİDEO

16.02.2019 - Bir adamın yaşadığı ada uğrunda iki ölkə döyüşür

16.02.2019 - Prezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM

16.02.2019 - BƏZİ İXTİSASLAR LƏĞV OLUNDU, BƏZİLƏRİ BİRLƏŞDİRİLDİ – Ali təhsildə dəyişikliklər

16.02.2019 - Əlixanın təhqirləri, “Neolit”ə basqın, Qərib Orucovun güllələnməsi... - MOSKVADA ƏSLİNDƏ NƏ BAŞ VERİB?

16.02.2019 - Qazaxda İsmayıl Şıxlının 100 illik yubiley tədbirinə hazırlıqla bağlı müşavirə keçirilib

15.02.2019 - Səhiyyə Nazirliyindən UCUZ ŞOU: Süni ürək əməliyyatı yalan çıxdı

15.02.2019 - İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdi

15.02.2019 - Zakir Fərəcovdan mətbuata fakt ötürən “memar”ın hekayəsi: Onun mediadakı “dostu” kimdir?

Facebook