Gəncədə 3 yaşlı uşağa “donuz qripi” diaqnozu qoyuldu

31 yanvar 2019
Gəncədə 3 yaşlı uşağa “donuz qripi” diaqnozu qoyulduAzərbaycanda həkim 3 yaşlı uşağa “donuz qripi” virusu diaqnozunu qoyub.

Savash.org xəbər verir ki, uşağın atası Orxan Mərdanov Unikal.org-a açıqlamasında bildirib ki, 10.02.2016-cı il təvəllüdlü qızı Gülayın bir neçə gündür hərarəti düşmür. Ata əlavə edib ki, Gəncə şəhərində fəaliyyət göstərən türk həkim qızının “donuz qripi” virusuna yoluxduğunu deyib.

“Qızımın 3 gün qızdırması oldu. Cəmil Tüzüner adlı türk həkimin yanına apardıq. Həmin pediatr Ozon Tibb Mərkəzində işləyir. Dedi virusdur. Sonradan bu gün zəng vurduq ki, uşağın qızdırması ancaq dərmanla düşür, sonradan yenidən qalxır. Dedi qan analizi versin. Mən də övladımı aparıb, Gəncə Beynəlxalq Xəstənanasında qan analizi verdik. Sonra həkim baxıb dedi ki, “donuz qripi” virusunun simptomlarıdır. Sonradan başqa həkimlərlə əlaqə saxladım. Onlar da deyir ki, uşağın burnundan nümunə götürdükdən sonra dəqiq bilinəcək. Biz də uşağın burun iltihabından nümunə götürüb, Bakıya yolladıq. Gözləyirik ki, Bakıdan cavab gəlsin. Başqa həkimlər də deyir analizin cavabı çıxmadan o virus olduğunu təsdiqləmək olmur. Gəncədə Nofel həkimin də yanına aparmışıq. O dedi uşağın ciyərlərində problem yoxdur. Analizin cavablarından sonra tam nəsə demək olar”.
Xəbəriniz olsun

17.02.2019 - Ülvi Quliyevi Avropadakı siyasi mühacirlə nə bağlayır?

17.02.2019 - "A kişi, dedim kəs!" — Binəqədidə ağacların kəsilməsinə əmr verən məmur kimdir? (VİDEO)

16.02.2019 - Milli Şura mitinq təyin etdi: Hakimiyyətin əsəbləri fevralın 23-də sınağa çəkiləcək

16.02.2019 - Moskvada azərbaycanlını qətlə yetirmiş şəxslər Rostovda yaxalandılar

16.02.2019 - Qarabağ əlilləri Nərimanov RİH başçısı müavinin üstünə yeridi: "Sən kimsən?" - ŞOK VİDEO

16.02.2019 - Bir adamın yaşadığı ada uğrunda iki ölkə döyüşür

16.02.2019 - Prezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM

16.02.2019 - BƏZİ İXTİSASLAR LƏĞV OLUNDU, BƏZİLƏRİ BİRLƏŞDİRİLDİ – Ali təhsildə dəyişikliklər

16.02.2019 - Əlixanın təhqirləri, “Neolit”ə basqın, Qərib Orucovun güllələnməsi... - MOSKVADA ƏSLİNDƏ NƏ BAŞ VERİB?

16.02.2019 - Qazaxda İsmayıl Şıxlının 100 illik yubiley tədbirinə hazırlıqla bağlı müşavirə keçirilib

15.02.2019 - Səhiyyə Nazirliyindən UCUZ ŞOU: Süni ürək əməliyyatı yalan çıxdı

15.02.2019 - İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdi

15.02.2019 - Zakir Fərəcovdan mətbuata fakt ötürən “memar”ın hekayəsi: Onun mediadakı “dostu” kimdir?

Facebook