Sahil Babayevin at, eşşək və qatır yetişdirən sektor müdiri

31 yanvar 2019
Sahil Babayevin at, eşşək və qatır yetişdirən sektor müdiriRespublikada fəaliyyət göstərən bütün dövlət və özəl qurumların əməkdaşlarının hüquqlarını qorumağa cavabdeh olan ƏƏSMN-nin məmurlarından bəziləri deyəsən nazir Sahil Babayevin “rüşvətə son” şüarına qarşı müharibə elan edib.
Belə ki, şikayət edən bir neçə sahibkarın sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Əmək Müfəttişliyinin sektor müdiriİlqar Əyyubov sahibkarlara qarşı amansızlığı ilə seçilir. Sektor müdiri sahibkarlardan pul tələb edir, sahibkar pulu vermədiyi təqdirdə isə yüksək məbləğdə cərimələr yazılır.
Sahil Babayevin eşşək və qatır yetişdirən sektor müdiri Redaksiyamıza daxil olan şikayət məktubundan sonra bu sektor müdiri haqqında bir balaca internet üzərindən araşdırma apardıq. Tapdığımız məlumatlarda bu adamın vaxtilə “RRBN” MMC-nin baş direktoru vəzifəsində çalışdığı bildirilir. At, eşşək və qatırların yetişdirilməsi ilə məşğul olan firma direktorunun Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Əmək Müfəttişliyinin sektor müdiri vəzifəsinə gətirilməsinə etiraz etməsək də, redaksiya olaraq marağımız Sahil Babayevin bu adamı belə bir strateji yerə təyin etməsini hansı maraqdan irəli gəldiyini bilməkdir.
Fikrimizcə, oxucular üçün də maraqlıdır ki, at, eşşək və qatırların yetişdirilməsi ilə məşğul olan “RRBN” MMC-nin keçmiş baş direktoru Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Əmək Müfəttişliyinin sektor müdiri vəzifəsindədi və sahibkarlarla rəftarı da o qədər də ürəkaçan deyil. Necə deyərlər, bəzi sahibkarlar da “yüklənilir”, mənasız yerə sahibkarlara cərimə də yazılır.
Elchi.az-ın əldə etdiyi digər məlumata görə, İlqar Əyyubov bu vəzifəyə müqavilə əsasında götürülüb. Halbuki bir müddət bundan əvvəl mətbuatda gedən bəzi məlumatlarda qeyd olunurdu ki, DİM tərəfindən ƏƏSMN-nin vakant yerlərinə işə qəbul olsa da, nazirlik tərəfindən hələ də müqavilə əsasında işə götürülən adamlarla işləməyə üstünlük verilir. Bu da nazir Sahil Babayevin DİM tərəfindən bu nazirliyin vakant yerlərinə işə qəbul olunan vətəndaşlara qarşı soyuq münasibətindən irəli gəlir. Bu soyuq münasibətin isə hardan qaynaqlandığını yalnız nazir özü bilir. Ölkədə əmək hüququ pozulan hər kəs nazir Sahil Babayevə və onun rəhbəri olduğu nazirliyə müraciət etməli olduğu halda, hüququ pozulan sahibkarların da məhz Sahil Babayev tərəfindən qorunacağına inanmaqdan başqa çarəmiz qalmır. ƏƏSMN işçilərinin əmək qanunlarını qorumaq əvəzinə, kobud şəkildə pozaraq sahibkarları incitməsi ölkədə rüşvətə qarşı aparılan mübarizənin üstündən xətt çəkir. Mövzuya bir də qayıdacağıq. Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Xəbəriniz olsun

17.02.2019 - Ülvi Quliyevi Avropadakı siyasi mühacirlə nə bağlayır?

17.02.2019 - "A kişi, dedim kəs!" — Binəqədidə ağacların kəsilməsinə əmr verən məmur kimdir? (VİDEO)

16.02.2019 - Milli Şura mitinq təyin etdi: Hakimiyyətin əsəbləri fevralın 23-də sınağa çəkiləcək

16.02.2019 - Moskvada azərbaycanlını qətlə yetirmiş şəxslər Rostovda yaxalandılar

16.02.2019 - Qarabağ əlilləri Nərimanov RİH başçısı müavinin üstünə yeridi: "Sən kimsən?" - ŞOK VİDEO

16.02.2019 - Bir adamın yaşadığı ada uğrunda iki ölkə döyüşür

16.02.2019 - Prezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM

16.02.2019 - BƏZİ İXTİSASLAR LƏĞV OLUNDU, BƏZİLƏRİ BİRLƏŞDİRİLDİ – Ali təhsildə dəyişikliklər

16.02.2019 - Əlixanın təhqirləri, “Neolit”ə basqın, Qərib Orucovun güllələnməsi... - MOSKVADA ƏSLİNDƏ NƏ BAŞ VERİB?

16.02.2019 - Qazaxda İsmayıl Şıxlının 100 illik yubiley tədbirinə hazırlıqla bağlı müşavirə keçirilib

15.02.2019 - Səhiyyə Nazirliyindən UCUZ ŞOU: Süni ürək əməliyyatı yalan çıxdı

15.02.2019 - İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdi

15.02.2019 - Zakir Fərəcovdan mətbuata fakt ötürən “memar”ın hekayəsi: Onun mediadakı “dostu” kimdir?

Facebook