“Axı 14 yaşlı qızın hoteldə nə işi olub?” - Deputat

05 fevral 2019
“Axı 14 yaşlı qızın hoteldə nə işi olub?” - Deputat“Gənc, yeniyetmə, yetkinlik yaşına çatmayan qızların cinsi istismara, təcavüzə məruz qalması ilə bağlı qanunvericiliyimizdə daha sərt maddələr nəzərdə tutulmalıdır”.

Savash.org xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.

A.Naxçıvanlı bu məsələlərdə təbliğata, maarifləndirmə işlərinin sürətləndirilməsinə, ailələrlə, valideynlərlə mütəmadi işlərin aparılmasına ciddi ehtiyac duyulduğunu bildirib. O qeyd edib ki, elə məsələlər var ki, onları təkcə qanunlarla tənzimləmək olmur, burada mənəviyyat, əxlaq qanunları da rol oynamalıdır:

“14 yaşlı qızla bağlı məsələyə gəlincə, bu, çox ürəkağrıdıcı və qandondurucu bir hadisə, cinayət əməlidir və bunu edənlər hüquqi yolla ən sərt şəkildə cəzalandırılmalıdır. Amma bu məsələnin kökünü də bilmək gərəkdir.

Axı bu 14 yaşlı qızın hoteldə nə işi olub, o, necə ora gedib, nə üçün gedib? İş məqsədiyləmi ora gedib, yoxsa ailəsindəmi hansısa problemlər yaşanıb, olub, var? Necə olub ki, hotelə getməsindən onun ailəsinin, valideynlərinin xəbəri olmayıb? Onlara hara baxıblar, baxırlar?

Bilirsiniz, çox dəhşətli bir mənzərədir, sanki ailələr, valideynlər öz övladlarından ayrı düşüblər... Bir çoxları artıq öz övladlarının bu gününü, gələcəyini taleyin amansız axarına buraxıblar.

Burada məktəblərin, təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşür. Onlar da bu məsələdə ciddi cavabdehlik daşıyırlar və daşımalıdırlar. Məktəb təkcə təhsil demək deyil, həm də təlim-tərbiyə deməkdir.

Axı 14 yaşlı qız məktəb yaşlı qızdır, o, məktəbə gedirmi, getmirmi, necə olub ki, təhsildən yayınıb, bunun kökü nədən, ailədən, yoxsa kənar amillərdən başlayır, bunlar bilinməlidir.

Yadınıza gəlirsə, əvvəllər məktəblərdə ailə komitələri vardı, onlarla məktəblərlə, müəllim kollektivləri ilə qarşılıqlı surətdə fəaliyyət göstərir, əməkdaşlıq edir, təlim-tərbiyə işlərinin düzgün qurulmasında öz töhfələrini verirdilər”.

Komitə sədri hesab edir ki, məktəblərdə belə komitələrin yenidən yaranmasına, bərpasına ehtiyac var:

“Siz bu faktı xatırlatdınız, bir neçə gün öncə Azərbaycanın bölgələrindən birində daha bir dəhşətli hadisə yaşandı, ana iki uşağını atıb getdi, indi nə qızın anası, nə də qayınanası onlara yaxın durur.

Bu, çox dözülməz məsələdir. Bunu da təkcə maddi-sosial durumla əlaqələndirmək düzgün deyil. Axı sən bu uşağı dünyaya gətirmək üçün əzab-əziyyətə qatlaşırsan, doqquz ay onu bətnində gəzdirirsən, dünyaya gətirirsən, sonra onlardan imtina etməyə, küçənin ortasına atmağa necə ürəyin qıyır, əlin gəlir?

Axı övlad üçün burnunun ucu göynəyən insanlar, ailələr, valideynlər var. Onlar illərlə, on illərlə çalışırlar, bütün müalicə-müayinələrdən, həkimlərdən keçirlər ki, övladları olsun. Amma sən götürüb övladını, canından bir parçanı küçənin ortasına atırsan...

Bilirsiniz, bir qədər sərt çıxmasın, bəzi insanlar sanki hər şey unudublar, heç nə veclərinə deyil, abır-həya, ar-namus nə olduğunu yadlarından çıxarıblar. Bizim leksikonumuzda abır, həya, ar, namus, ismət sözləri var.

Bununla belə, mən heç də o fikirdə deyiləm ki, bizdə belə hallar çoxdur. Dünyanın hər yerinə baxsaq, görərik ki, bizdəkindən də betər hallar, hadisələr var. Amma eyni zamanda, bizdə belə hallar nəinki az olmalı, ümumiyyətlə, olmamalıdır.

Bu, yolverilməzdir. Bizi başqa xalqlarla qarışdırmaq, eyniləşdirmək olmaz. Bizim öz əxlaqımız, öz dəyərlərimiz var və bu dəyərlər daha üstün şəkildə qorunub, saxlanılmalı, gələcək nəsillərə ötürülməlidir”.
Xəbəriniz olsun

17.02.2019 - Ülvi Quliyevi Avropadakı siyasi mühacirlə nə bağlayır?

17.02.2019 - "A kişi, dedim kəs!" — Binəqədidə ağacların kəsilməsinə əmr verən məmur kimdir? (VİDEO)

16.02.2019 - Milli Şura mitinq təyin etdi: Hakimiyyətin əsəbləri fevralın 23-də sınağa çəkiləcək

16.02.2019 - Moskvada azərbaycanlını qətlə yetirmiş şəxslər Rostovda yaxalandılar

16.02.2019 - Qarabağ əlilləri Nərimanov RİH başçısı müavinin üstünə yeridi: "Sən kimsən?" - ŞOK VİDEO

16.02.2019 - Bir adamın yaşadığı ada uğrunda iki ölkə döyüşür

16.02.2019 - Prezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM

16.02.2019 - BƏZİ İXTİSASLAR LƏĞV OLUNDU, BƏZİLƏRİ BİRLƏŞDİRİLDİ – Ali təhsildə dəyişikliklər

16.02.2019 - Əlixanın təhqirləri, “Neolit”ə basqın, Qərib Orucovun güllələnməsi... - MOSKVADA ƏSLİNDƏ NƏ BAŞ VERİB?

16.02.2019 - Qazaxda İsmayıl Şıxlının 100 illik yubiley tədbirinə hazırlıqla bağlı müşavirə keçirilib

15.02.2019 - Səhiyyə Nazirliyindən UCUZ ŞOU: Süni ürək əməliyyatı yalan çıxdı

15.02.2019 - İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdi

15.02.2019 - Zakir Fərəcovdan mətbuata fakt ötürən “memar”ın hekayəsi: Onun mediadakı “dostu” kimdir?

Facebook