Freedom House: "Azərbaycan Cənubi Qafqazda yeganə "azad olmayan" ölkədir"

05 fevral 2019
Freedom House: "Azərbaycan Cənubi Qafqazda yeganə "azad olmayan" ölkədir"Azərbaycan Freedom House-un hesabatında bu dəfə də "azad olmayan" dövlətlər sırasında göstərilib.

Azərbaycan hakimiyyəti isə hər zaman Freedom House-ın hesabatlarını qərəzli sayır və hesab edir ki, ölkədə bütün insan haqları müdafiə edilir.

Vaşinqtonda mənzillənən Freedom House təşkilatının "2019-cu il dünya ölkələrində azadlığın vəziyyəti" haqqında hesabatında Azərbaycan Cənubi Qafqazda yeganə "azad olmayan" ölkə kimi qiymətləndirilib.

Builki göstəricilərə görə Azərbaycan 11 xal toplayıb. Ermənistan 51, Gürcüstan isə 63 xal əldə edərək "qismən azad" ölkələr siyahısında yer alıb.

Ötən il də Azərbaycan insan haqlarının, siyasi, media və vətəndaş azadlıqlarının qorunmasına görə "azad olmayan" dövlət sayılmışdı.

Ermənistan bu il 6 xal irəliləyib. Bu irəliləmənin Ermənistan prezidenti Nikol Paşinyanın qələbəsindən sonra baş verən dəyişiklərlə əlaqəli olduğu qeyd edilir.

Siyasi hüquqlar və vətəndaş azadlıqları göstəricilərinə görə, Azərbaycan, Türkiyə, Ukrayna, Gürcüstan geriləyib, Ermənistan isə irəliləyib. İran və Rusiya isə eyni göstəricilərdə qalıb.

Hesabatda göstərilir ki, Azərbaycan prezidenti İlham Əliyev "müstəqil media və vətəndaş cəmiyyətinə qarşı repressiyalar, dövlət resurslarından sui-istifadə və həqiqi siyasi opponentlərin təqibi yolu ilə" "növbəti prezidentlik dönəmini təmin edib".

Azərbaycan hakimiyyəti isə ölkədə media və vətəndaş cəmiyyəti azadlıqlarının qorunduğunu və siyasi opponentlərinə qarşı hər hansı repressiya aparılmadığını bildiriblər.

Prezident İlham Əliyev keçən il Davosda bildirmişdi ki, Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən mətbuat azadlığı təmin edilir. "Mətbuat tamamilə azaddır. Azərbaycan əhalisinin 80 faizi internet istifadəçisidir. İnternetin azad, senzuranın olmadığı və əhalinin mütləq əksəriyyətinin internet istifadəçisi olduğu halda mətbuat azadlığının məhdudlaşdırılması haqqında danışmaq əsassızdır", prezident vurğulamışdı.

Ötən ilin aprelində keçirilən erkən prezident seçkilərindən sonra MSK-nın nəticəsinə görə, səslərin təxminən 85 faizini qazanmış İlham Əliyev andicmə mərasimində seçkinin tam ədalətli və obyektiv keçməsini, rəqiblərinin onu "sərt tənqid etməsini" bildirmişdi.

Freedom House-un hesabatında 195 ölkə qiymətləndirilib. Onlardan 86-sı azad, 59-u qismən azad, 50-si azad olmayan ölkə siyahısında yer alıb.

Təşkilat qeyd edir ki, dünyada 13 ildir ki, demokratiyanın tənəzzülü davam edir.
Xəbəriniz olsun

17.02.2019 - Ülvi Quliyevi Avropadakı siyasi mühacirlə nə bağlayır?

17.02.2019 - "A kişi, dedim kəs!" — Binəqədidə ağacların kəsilməsinə əmr verən məmur kimdir? (VİDEO)

16.02.2019 - Milli Şura mitinq təyin etdi: Hakimiyyətin əsəbləri fevralın 23-də sınağa çəkiləcək

16.02.2019 - Moskvada azərbaycanlını qətlə yetirmiş şəxslər Rostovda yaxalandılar

16.02.2019 - Qarabağ əlilləri Nərimanov RİH başçısı müavinin üstünə yeridi: "Sən kimsən?" - ŞOK VİDEO

16.02.2019 - Bir adamın yaşadığı ada uğrunda iki ölkə döyüşür

16.02.2019 - Prezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM

16.02.2019 - BƏZİ İXTİSASLAR LƏĞV OLUNDU, BƏZİLƏRİ BİRLƏŞDİRİLDİ – Ali təhsildə dəyişikliklər

16.02.2019 - Əlixanın təhqirləri, “Neolit”ə basqın, Qərib Orucovun güllələnməsi... - MOSKVADA ƏSLİNDƏ NƏ BAŞ VERİB?

16.02.2019 - Qazaxda İsmayıl Şıxlının 100 illik yubiley tədbirinə hazırlıqla bağlı müşavirə keçirilib

15.02.2019 - Səhiyyə Nazirliyindən UCUZ ŞOU: Süni ürək əməliyyatı yalan çıxdı

15.02.2019 - İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdi

15.02.2019 - Zakir Fərəcovdan mətbuata fakt ötürən “memar”ın hekayəsi: Onun mediadakı “dostu” kimdir?

Facebook