"Azad Rəhimov oğlunun əyləncəsini başqa yerdə keçirsin"

05 fevral 2019
"Azad Rəhimov oğlunun əyləncəsini başqa yerdə keçirsin"Bu gün Bakı Şəhər Halqası ilə "Formula 1” Şirkətlər Qrupu arasında yeni müqavilə imzalanacaq.

Bu barədə gənclər və idman naziri Azad Rəhimov məlumat verib. Onun sözlərinə görə, yeni sözləşmənin müddəti 2023-cü ilə qədər nəzərdə tutulub.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev "Formula 1” yarışının Azərbaycanda keçirilməsini istəmədiyini bildirib. O, Azad Rəhimovu sərt şəkildə tənqid edib:

"Azad Rəhimovun oğlunun bu oyunların keçirilməsindən nəsə qazanması bizim ölkəmiz üçün mənfi haldır. Bizə o maşınları gətizdirib, Bakıda sürdürmək lazım deyil. Bu yarışın keçirilməsinə neçə milyonlarla pul ayrılıb. "Forumla 1” yarışlarının keçirilməsi Dağlıq Qarabağ problemini həll edib? Əlbəttə ki, yox! Bu yarışın keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə imicinə müsbət təsir göstərib? Əlbəttə ki, yox! Belə xərclərə yol vermək olmaz.

Cənab prezident hər zaman deyir ki, xalqa xidmət etmək lazımdır. Xalqın problemlərini həll etmək üçün çalışmaq lazımdır. Kiminsə oğlu yarışın həvəskarıdırsa, bunu gətirib Azərbaycanda tətbiq etmək yersizdir. Azad Rəhimov hörmətim olan insandır. Biz bir yerdə işləmişik. O fikirləşməlidir ki, ölkənin ağır durumunda milyonlarla pulu 3-4 nəfəri Bakıya gətizdirmək üçün xərcləmək lazım deyil. Buna ehtiyac yoxdur. Azərbaycanın kifayət qədər sosial problemləri var. Bu da insanları qıcıqlandırır.
Azad Rəhimov oğlunun əyləncəsini başqa yerdə keçirsin. Biz bütün günü xalqın arasında təbliğat işləri aparırıq. Bunlar da gəlib qaysaqlayan yaraya duz basırlar ki, ay millət, biz sizi saymırıq. "Formula 1” indiyədək Azərbaycana heç nə verməyib, bundan sonra da verən deyil. Bu, Azad Rəhimovun oğlunun biznesidir. İstərdim ki, nazir bu məsələdə geri dönsün. "Formula 1″ə xərclənən pulları müəllimlərin, həkimlərin, pensiyaçıların, veteranların maaşlarına əlavə etsinlər. Yoxsa kiminsə oğlunun hobbisinə xərcləməsinlər”.
Xəbəriniz olsun

17.02.2019 - Ülvi Quliyevi Avropadakı siyasi mühacirlə nə bağlayır?

17.02.2019 - "A kişi, dedim kəs!" — Binəqədidə ağacların kəsilməsinə əmr verən məmur kimdir? (VİDEO)

16.02.2019 - Milli Şura mitinq təyin etdi: Hakimiyyətin əsəbləri fevralın 23-də sınağa çəkiləcək

16.02.2019 - Moskvada azərbaycanlını qətlə yetirmiş şəxslər Rostovda yaxalandılar

16.02.2019 - Qarabağ əlilləri Nərimanov RİH başçısı müavinin üstünə yeridi: "Sən kimsən?" - ŞOK VİDEO

16.02.2019 - Bir adamın yaşadığı ada uğrunda iki ölkə döyüşür

16.02.2019 - Prezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM

16.02.2019 - BƏZİ İXTİSASLAR LƏĞV OLUNDU, BƏZİLƏRİ BİRLƏŞDİRİLDİ – Ali təhsildə dəyişikliklər

16.02.2019 - Əlixanın təhqirləri, “Neolit”ə basqın, Qərib Orucovun güllələnməsi... - MOSKVADA ƏSLİNDƏ NƏ BAŞ VERİB?

16.02.2019 - Qazaxda İsmayıl Şıxlının 100 illik yubiley tədbirinə hazırlıqla bağlı müşavirə keçirilib

15.02.2019 - Səhiyyə Nazirliyindən UCUZ ŞOU: Süni ürək əməliyyatı yalan çıxdı

15.02.2019 - İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdi

15.02.2019 - Zakir Fərəcovdan mətbuata fakt ötürən “memar”ın hekayəsi: Onun mediadakı “dostu” kimdir?

Facebook