Nazirlikdə şöbə müdirinin müavini işləmək üçün 67 min manat verdi və aldadıldı

05 fevral 2019
Nazirlikdə şöbə müdirinin müavini işləmək üçün 67 min manat verdi və aldadıldıBakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Orxan Mehrəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org-un xəbərinə görə, prosesdə dövlət ittihançısı ittiham aktını elan edib. Təqsirləndirilən O.Mehrəliyev ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib.

Məhkəmədə zərərçəkmiş Xətai Yusubov ifadə verib. O, ifadəsində Orxanla sosial şəbəkədə tanış olduğunu, aralarında dostluq münasibəti yarandığını göstərib: “Mən dövlət idarələrində, nazirlikdə hüquqşünas kimi çalışmaq istəyirdim. Bu barədə Orxana dedim. O, da bacısının əri Rizvan Abbasovun daxili qoşunlarda işlədiyini, ona deyəcəyini bildirdi. Orxan dedi ki, Müdafiə Nazirliyinin hüquq şöbəsinin rəis müavini vəzifəsinə vakansiya var. Buna görə məndən əvvəl 100 min manat istədi, 50 minə razılaşdıq. Sonra Rizvan Abbasovun işlədiyi yerə gedib, danışdıq. O, məndən Ədliyyə Nazirliyindən arayış almaq üçün daha 2500 manat pul istədi. Həmin məbləği də onlara verdim. Bir qədər keçəndən sonra bildim ki, Müdafiə Nazirliyində belə bir boş yer yoxdur, aldanlıdığımı başa düşdüm".

X.Yusubov ifadəsində Rizvan Abbasovla bağlı Hərbi Prokurorluğa müraciət etdiyini deyib: "İşi Sumqayıt Prokurorluğuna göndərdilər. Mən əslində Orxana 67 min manat pul vermişəm, lakin istintaq orqanı mənim 52 min 500 manat zərər çəkdiyimi qeyd edib”.

Məhkəmə prosesi fevralın 12-də davam edəcək.

İttihama görə, O.Mirəliyev köməkçisi olduğu tanınmış müğənni, əməkdar artist Abbas Bağırovun Bakı şəhər, Yasamal rayonu, Şahbazi küçəsi, 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 20 min manat olan 28 kv metr torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirib. Həmçinin, o, müğənni A.Bağırova məxsus, həmin torpaq sahəsini Emil Qurbanova satacağını vəd edərək, ondan 10 min manat pul alıb.

Cinayət materialına görə, O.Mirəliyev hüquqşünas Xətai Yusubovdan 52 min 500 manat pul alaraq, onu Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəyini vəd edib.

Bundan başqa Maman Nadirovdan 3500 manat pul alaraq, onun cinayət işinə xitam verdirəcəyini vəd edib.

Törətdiyi cinayət əməələrinə görə, O.Mirəliyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, O.Mirəliyev müğənni İradə Mehrinin qardaşıdır.
Xəbəriniz olsun

17.02.2019 - Ülvi Quliyevi Avropadakı siyasi mühacirlə nə bağlayır?

17.02.2019 - "A kişi, dedim kəs!" — Binəqədidə ağacların kəsilməsinə əmr verən məmur kimdir? (VİDEO)

16.02.2019 - Milli Şura mitinq təyin etdi: Hakimiyyətin əsəbləri fevralın 23-də sınağa çəkiləcək

16.02.2019 - Moskvada azərbaycanlını qətlə yetirmiş şəxslər Rostovda yaxalandılar

16.02.2019 - Qarabağ əlilləri Nərimanov RİH başçısı müavinin üstünə yeridi: "Sən kimsən?" - ŞOK VİDEO

16.02.2019 - Bir adamın yaşadığı ada uğrunda iki ölkə döyüşür

16.02.2019 - Prezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM

16.02.2019 - BƏZİ İXTİSASLAR LƏĞV OLUNDU, BƏZİLƏRİ BİRLƏŞDİRİLDİ – Ali təhsildə dəyişikliklər

16.02.2019 - Əlixanın təhqirləri, “Neolit”ə basqın, Qərib Orucovun güllələnməsi... - MOSKVADA ƏSLİNDƏ NƏ BAŞ VERİB?

16.02.2019 - Qazaxda İsmayıl Şıxlının 100 illik yubiley tədbirinə hazırlıqla bağlı müşavirə keçirilib

15.02.2019 - Səhiyyə Nazirliyindən UCUZ ŞOU: Süni ürək əməliyyatı yalan çıxdı

15.02.2019 - İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdi

15.02.2019 - Zakir Fərəcovdan mətbuata fakt ötürən “memar”ın hekayəsi: Onun mediadakı “dostu” kimdir?

Facebook