Azərbaycanın sərvəti Avropaya belə daşınır: Saleh Məmmədovun 21 yaşlı oğlunun Londondakı biznesi - FOTOLAR

05 fevral 2019
Azərbaycanın sərvəti Avropaya belə daşınır: Saleh Məmmədovun 21 yaşlı oğlunun Londondakı biznesi - FOTOLARDövlət Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun Avropadakı biznesi ilə bağlı jurnalist Cavanşir Həsənli araşdırma aparıb.

Hurriyyet.org Cavanşir Həsənlinin "facebook” səhifəsinə istinadən həmin araşdırmanı təqdim edib:

Ötən araşdırmamda Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin Avstriyanın paytaxtı Vyanada Sübhan Məmmədli adlı şəxslə şərikli şirkət açdığı barədə məlumat açıqlamışdım. Sənədlərə əsasən adıçəkilən şəxslər 22 iyul 2017-ci il tarixdə Vyana ədliyyəsində 30 min avro nizamnamə kapitalı və FN 457017 i saylı lisenziya ilə S.M.A.N Business Solutions GmbH şirkətini qeydiyyatdan keçiriblər. Hazırda şirkət Kaiser-Ebersdorfer Straße 81/1 Wien ünvanında qeydiyyatdadır. Nizamnamə üzrə fəaliyyət dairəsi daşınmaz əmlak, tikinti və ticarət sahələrini əhatə edir. Ziyəddin Əliyev bu şirkətdə Çexiyada sahib olduğu Az-Servis NR s.r.o. üzrindən 51 faiz payla şərikdir. Şirkəti idarə edən şəxsin, yəni kimliyi barədə qısa da olsa məlumat vermişdim.

Bəs icra başçısının Avstriyadakı şəriki kimdir?

Azərbaycanın sərvəti Avropaya belə daşınır: Saleh Məmmədovun 21 yaşlı oğlunun Londondakı biznesi - FOTOLARDemə 56 yaşlı icra başçısının şəriki 22 yaşlı gənc imiş. Şirkət açarkən isə onun 20 yaşı vardı. Azərbaycanın "şanlı" məmurlarından birinin 22 yaşlı milyoner oğlu! 20 yaşında Avstriyada, 21 yaşında İngiitərədə şirkət açır, Londonun zənginləri sırasında ən gənc milyonerlərdən biri kimi tanınır. Təbii ki, o nə Şpiegel, nə Zukerberq, nə də "Stripe"nin sahibidir. O, korrupsiyanın əsas subyektlərindən biri kimi cəmiyyətdə haqlı şübhələr doğuran Dövlət Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun oğludur.

Saleh Məmmədovla Ziyəddin Əliyev uzun illərdən bəri "Azəravtoyol"da işləyiblər və yaxın dostluq münasibətləri var. Arayış: Məmmədov Saleh Ərşad oğlu 1958-ci ildə Tərtər rayonunda anadan olub. Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev kimi o da uzun illər yol təsərrüfatında çalışıb. 2015-ci ildən Nəqliyyat Nazirliyinin "Azəryolservis” ASC sədrinin birinci müavini, daha sonra Səhmdar Cəmiyyətin sədri olub.

21 dekabr 2017-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2016-cı il dekabr ayının 1-dən həm də Azərbaycan Həndbol Federasiyasının prezidentidir.

Saleh Məmmədovun oğlu Sübhan Məmmədli 2015-ci ildən indiyə kimi Londondakı King's College-də təhsil alır. Təbii ki, digər məmur balaları kimi məmur atalarının geniş imkanları hesabına... Gözəl, amma əslində təhsilmi alırlar? Azərbaycan məmurları ilə bağlı araşdırmalara dayanaraq bu fikri qəti söyləmək olar ki, onların övladlarının böyük əksəriyyəti Avropa ölkələrinə təhsil adı ilə taladıqları sərvətləri daşımaq məqsədilə üz tuturlar. Necə ki, Dövlət Dəmir Yollarının rəsinin 2015-ci ildə Londona təhsil almağa yollanan oğlu 20 yaşında Vyanada, 21 yaşında Londonda "biznes qurur".

Britaniya ədliyyəsinə aid reyestr sənədlərinə görə, 1997-ci il təvəllüdlü Sübhan Məmmədli 2018-ci ilin dekabrın 13-də Londonda fəaliyyət göstərən SPLENTO LTD şirkətinin hissələrini alır və şirkətə şəriklik hüququ əldə edir. 18 may 2015-ci ildən fotoqrafiya sahəsində fəaliyyət göstərən şirkət (q eydiyyat nömrəsi 09595739) Londonun mərkəzində, Air Street 20 ünvanında yerləşir.

Azərbaycanın sərvəti Avropaya belə daşınır: Saleh Məmmədovun 21 yaşlı oğlunun Londondakı biznesi - FOTOLARSübhan Məmmədlinin şəriki isə 1981-ci il təvəllüdlü Estoniya vətəndaşı Roman Griqorievdir. Sənədlərdə Saleh Məmmədovun oğlunun Londonda, Camellia House, Queenstown Road 338 ünvanında daimi qeydiyyatda olduğu göstərilir. Camellia House Londonun ən elit və bahalı yaşayış ünvanlarından hesab olunur. Burda 1 otaqlı apartmanların qiyməti 1,5 miyon funt sterlinqdən, yaxud 2 milyon dollardan başlayır.

Sənədlərə görə 2018-ci il dekabrın 11-də yeni sərmayədarın şirkətə ortaqlığı il əlaqədar bəyannamə təqdim olunur. Sənəddə 1 milyon 131 min 779 funt sterlinq kapitalla göstərilir.

Bundan iki gün sonra, dekabrın 13-də isə Sübhan Məmmədlinin şirkətə şəriklik hüququ rəsmiləşdirilir.

Beləliklə, 21 yaşlı məmur oğlu Londonun ən iri fotoqrafiya şirkətinin sahiblərindən olur. Bu onun "uğur" hekayəsidir, nə yoğurdu, yə yapdı... Bu "uğurlar"ın altında Nobel çökür, Babək çökür, Bakı çökür...bütün ölkə çökür...

Azərbaycanın sərvəti Avropaya belə daşınır: Saleh Məmmədovun 21 yaşlı oğlunun Londondakı biznesi - FOTOLAR
Azərbaycanın sərvəti Avropaya belə daşınır: Saleh Məmmədovun 21 yaşlı oğlunun Londondakı biznesi - FOTOLAR
Xəbəriniz olsun

17.02.2019 - Ülvi Quliyevi Avropadakı siyasi mühacirlə nə bağlayır?

17.02.2019 - "A kişi, dedim kəs!" — Binəqədidə ağacların kəsilməsinə əmr verən məmur kimdir? (VİDEO)

16.02.2019 - Milli Şura mitinq təyin etdi: Hakimiyyətin əsəbləri fevralın 23-də sınağa çəkiləcək

16.02.2019 - Moskvada azərbaycanlını qətlə yetirmiş şəxslər Rostovda yaxalandılar

16.02.2019 - Qarabağ əlilləri Nərimanov RİH başçısı müavinin üstünə yeridi: "Sən kimsən?" - ŞOK VİDEO

16.02.2019 - Bir adamın yaşadığı ada uğrunda iki ölkə döyüşür

16.02.2019 - Prezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM

16.02.2019 - BƏZİ İXTİSASLAR LƏĞV OLUNDU, BƏZİLƏRİ BİRLƏŞDİRİLDİ – Ali təhsildə dəyişikliklər

16.02.2019 - Əlixanın təhqirləri, “Neolit”ə basqın, Qərib Orucovun güllələnməsi... - MOSKVADA ƏSLİNDƏ NƏ BAŞ VERİB?

16.02.2019 - Qazaxda İsmayıl Şıxlının 100 illik yubiley tədbirinə hazırlıqla bağlı müşavirə keçirilib

15.02.2019 - Səhiyyə Nazirliyindən UCUZ ŞOU: Süni ürək əməliyyatı yalan çıxdı

15.02.2019 - İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdi

15.02.2019 - Zakir Fərəcovdan mətbuata fakt ötürən “memar”ın hekayəsi: Onun mediadakı “dostu” kimdir?

Facebook