Azərbaycan düşmən tərəfə keçən əsgəri beynəlxalq axtarışa verdi

05 fevral 2019
Azərbaycan düşmən tərəfə keçən əsgəri beynəlxalq axtarışa verdi
Azərbaycan Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin əsgəri Elnur Hüseynzadə 1 fevral 2017-ci ildə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisindən düşmən tərəfinə keçib.

Bu barədə virtualaz.org-a Azərbaycan Hərbi Prokurorluğundan məlumat verilib.

Bu faktla əlaqədar Hərbi Prokurorluq tərəfindən 2017-ci il fevralın 2-də Elnur Hüseynzadəyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.

17 fevral 2017-ci ildə Elnur Hüseynzadəni bu maddə ilə təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb etmək barədə qərar verilib və onunla bağlı axtarış elan olunub.

Hərbi Prokurorluqdan həmçinin qeyd ediblər ki, Elnur Hüseynzadə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidməti dövründə öz intizamsız davranışı ilə fərqlənib və dəfələrlə xidmət yerini özbaşına tərk edib.

Xatırladaq ki, bu gün Ermənistan mətbuatı Elnur Hüseynzadənin iki il işğal olunmuş Dağlıq Qarabağda qoruma altında saxlandıqdan sonra azad edilməsi barədə məlumat yayıb. Separatçıların nümayəndələri Elnur Hüseynzadənin Azərbaycana qayıtmaqdan imtina etdiyini və üçüncü ölkəyə göndəriləcəyini bildiriblər.
Xəbəriniz olsun

17.02.2019 - Ülvi Quliyevi Avropadakı siyasi mühacirlə nə bağlayır?

17.02.2019 - "A kişi, dedim kəs!" — Binəqədidə ağacların kəsilməsinə əmr verən məmur kimdir? (VİDEO)

16.02.2019 - Milli Şura mitinq təyin etdi: Hakimiyyətin əsəbləri fevralın 23-də sınağa çəkiləcək

16.02.2019 - Moskvada azərbaycanlını qətlə yetirmiş şəxslər Rostovda yaxalandılar

16.02.2019 - Qarabağ əlilləri Nərimanov RİH başçısı müavinin üstünə yeridi: "Sən kimsən?" - ŞOK VİDEO

16.02.2019 - Bir adamın yaşadığı ada uğrunda iki ölkə döyüşür

16.02.2019 - Prezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM

16.02.2019 - BƏZİ İXTİSASLAR LƏĞV OLUNDU, BƏZİLƏRİ BİRLƏŞDİRİLDİ – Ali təhsildə dəyişikliklər

16.02.2019 - Əlixanın təhqirləri, “Neolit”ə basqın, Qərib Orucovun güllələnməsi... - MOSKVADA ƏSLİNDƏ NƏ BAŞ VERİB?

16.02.2019 - Qazaxda İsmayıl Şıxlının 100 illik yubiley tədbirinə hazırlıqla bağlı müşavirə keçirilib

15.02.2019 - Səhiyyə Nazirliyindən UCUZ ŞOU: Süni ürək əməliyyatı yalan çıxdı

15.02.2019 - İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdi

15.02.2019 - Zakir Fərəcovdan mətbuata fakt ötürən “memar”ın hekayəsi: Onun mediadakı “dostu” kimdir?

Facebook