"Facebook"da göndərilən mesajları silmək mümkün olacaq

05 fevral 2019
"Facebook"da göndərilən mesajları silmək mümkün olacaq"Facebook" sosial şəbəkəsi fevralın 5-dən "Messenger"də göndərilən mesajların 10 dəqiqə ərzində silinməsi funksiyasını işə salıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Facebook Messenger"in məlumatında bildirilir.

"Bu gündən etibarən "Messenger"də bir nəfərə və ya qrupa göndərdiyiniz mesajları asanlıqla silə biləcəyiniz funksiyanı işə salırıq", - deyə məlumatda qeyd olunub.

Bunun üçün ekranda mesajın üzərinə basmaq və "hamı üçün silmək", yaxud "özün üçün silmək" variantlarından birini seçmək lazımdır. Eyni zamanda birinci halda bütün qrup iştirakçılarına mesajın silinməsi barədə məlumat gələcək. Mesajları göndərdikdən sonra yalnız 10 dəqiqə ərzində silmək mümkün olacaq.

Yeni funksiya "iOS" və "Android" əməliyyat sistemlərinin son versiyalarından istifadə edənlər üçün yararlı olacaq.

Daha əvvəl "Facebook" şirkəti İranla bağlı bir neçə yüz əkkaunt və qrupu silib.
Xəbəriniz olsun

17.02.2019 - Ülvi Quliyevi Avropadakı siyasi mühacirlə nə bağlayır?

17.02.2019 - "A kişi, dedim kəs!" — Binəqədidə ağacların kəsilməsinə əmr verən məmur kimdir? (VİDEO)

16.02.2019 - Milli Şura mitinq təyin etdi: Hakimiyyətin əsəbləri fevralın 23-də sınağa çəkiləcək

16.02.2019 - Moskvada azərbaycanlını qətlə yetirmiş şəxslər Rostovda yaxalandılar

16.02.2019 - Qarabağ əlilləri Nərimanov RİH başçısı müavinin üstünə yeridi: "Sən kimsən?" - ŞOK VİDEO

16.02.2019 - Bir adamın yaşadığı ada uğrunda iki ölkə döyüşür

16.02.2019 - Prezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM

16.02.2019 - BƏZİ İXTİSASLAR LƏĞV OLUNDU, BƏZİLƏRİ BİRLƏŞDİRİLDİ – Ali təhsildə dəyişikliklər

16.02.2019 - Əlixanın təhqirləri, “Neolit”ə basqın, Qərib Orucovun güllələnməsi... - MOSKVADA ƏSLİNDƏ NƏ BAŞ VERİB?

16.02.2019 - Qazaxda İsmayıl Şıxlının 100 illik yubiley tədbirinə hazırlıqla bağlı müşavirə keçirilib

15.02.2019 - Səhiyyə Nazirliyindən UCUZ ŞOU: Süni ürək əməliyyatı yalan çıxdı

15.02.2019 - İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdi

15.02.2019 - Zakir Fərəcovdan mətbuata fakt ötürən “memar”ın hekayəsi: Onun mediadakı “dostu” kimdir?

Facebook