Füzuli rayonunda həyata keçirilən geniş yaşıllaşdırma işləri

06 fevral 2019
Füzuli rayonunda həyata keçirilən geniş yaşıllaşdırma işləriUğurlu Horadiz əməliyyatları nəticəsində torpaqlarımızın bir hissəsinin işğaldan azad olunması xalqımızda yaşamaq, işləmək, sabaha inam, rəhbərə güvən kimi hisslər oyatmaqla bərabər tikmək, qurmaq, abadlaşdırmaq, yaşıllaşdırmaq arzusunu da dirçəltməyə başladı. Tarixən əlverişli iqlim şəraiti, münbit torpaqları, mülayim havası, şirin suyu ilə seçilən Füzuli rayonunda bu istiqamətdə görülən işlər xüsusilə diqqət çəkir. Ulu öndərin yolunun və siyasi kursunun layiqli davamçısı cənab prezident İlham Əliyevin rəhbərliyi və maliyyə dəstəyi ilə rayonda tikilib istifadəyə verilən infrastruktur layihələr, həm də gözoxşayan yaşıllıqlarla tamamlanır.Füzuli rayonunda həyata keçirilmiş 6 böyük layihənin müəllifi olan Heydər Əliyev fondunun prezidenti , Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan təbiətinin- flora və faunasının qorunmasında , dünyaya tanıdılmasında rolu və səyi danılmazdır.
Ölkəmizdə yaşıllıqların salınması və qorunmasına , ekoloji layihələrin həyata keçirilməsinə, əhalinin rifahının yaxşılaşmasına xüsusi önəm verən İDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilən ağacəkmə aksiyaları artıq ənənə halı almışdır.Heydər Əliyev fondunun vitse-prezidenti , İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın rəhbərlik etdiyi yaşıllaşdırma layihələri paytaxtla bərabər respublikamızın bütün rayonlarını əhatə edir.Verilən təlimat və tapşırıqlara uyğun olaraq son illər Füzuli rayonunda yaşıllaşdırma işləri sürətlə həyata keçirilir.Rayonun işğaldan azad olunmuş ərazilərində 12694 ədəd çinar, 129120 ədəd tut, 2000 ədəd qoz ağacı, 130000 ədəd gül kolu əkilmişdir.Təkcə Horadiz şəhərində əkilən ağac və güllərin sayına və tərkibinə nəzər salsaq görülən işlərin miqyası aydın olar.Belə ki, Horadiz şəhərində 6280 ədəd Eldar şamı, 3018 ədəd Leylandra, 400 ədəd Amerikanka, 33 ədəd sərv, 84 ədəd Buksus, 825 ədəd yerli yolka, 1324 ədəd Ebomus, 28 ədəd yasəmən,52 ədəd yolka spiral, 24 ədəd yolka kremlyovski,17 ədəd tikanlı astra,447 ədəd aylandra,32 ədəd Yolka pramida, 8 ədəd əzgil,28 ədəd sekas, 48 ədəd Maqnoliya, 4034 ədəd Karli qızıl gül,19500 ədəd yerli qızıl gül olmaqla cəmi 12648 ağac və 23534 ədəd gül əkilmişdir.
2019 –cu ildə Horadiz şəhərinin yaşıllıq mənzərəsini zənginləşdirmək məqsədilə daha 1000 ədəd çinar, 2100 ədəd Leylandra, 2 ədəd yolka Pramida, 1200 ədəd gül də əkilmişdir. Füzuli rayonunda yaşıllıqların salınması kimi yaşıllıqların qorunması, onlara lazımi qulluq göstərilməsi də daim diqqət mərkəzində saxlanılır.
Bütün bu görülən işlərə verilən ən böyük qiymət isə cənab prezident İlham Əliyevin Füzuliyə beşinci səfəri zamanı işlətdiyi : “Biz burada , düşmənlə üz-üzə Horadizdə bir gülüstan, bir abad şəhər görürük” ifadəsidir.
Xəbəriniz olsun

17.02.2019 - Ülvi Quliyevi Avropadakı siyasi mühacirlə nə bağlayır?

17.02.2019 - "A kişi, dedim kəs!" — Binəqədidə ağacların kəsilməsinə əmr verən məmur kimdir? (VİDEO)

16.02.2019 - Milli Şura mitinq təyin etdi: Hakimiyyətin əsəbləri fevralın 23-də sınağa çəkiləcək

16.02.2019 - Moskvada azərbaycanlını qətlə yetirmiş şəxslər Rostovda yaxalandılar

16.02.2019 - Qarabağ əlilləri Nərimanov RİH başçısı müavinin üstünə yeridi: "Sən kimsən?" - ŞOK VİDEO

16.02.2019 - Bir adamın yaşadığı ada uğrunda iki ölkə döyüşür

16.02.2019 - Prezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM

16.02.2019 - BƏZİ İXTİSASLAR LƏĞV OLUNDU, BƏZİLƏRİ BİRLƏŞDİRİLDİ – Ali təhsildə dəyişikliklər

16.02.2019 - Əlixanın təhqirləri, “Neolit”ə basqın, Qərib Orucovun güllələnməsi... - MOSKVADA ƏSLİNDƏ NƏ BAŞ VERİB?

16.02.2019 - Qazaxda İsmayıl Şıxlının 100 illik yubiley tədbirinə hazırlıqla bağlı müşavirə keçirilib

15.02.2019 - Səhiyyə Nazirliyindən UCUZ ŞOU: Süni ürək əməliyyatı yalan çıxdı

15.02.2019 - İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdi

15.02.2019 - Zakir Fərəcovdan mətbuata fakt ötürən “memar”ın hekayəsi: Onun mediadakı “dostu” kimdir?

Facebook