AĞALAROVLARIN TƏŞKİL ETDİYİ GİZLİ GÖRÜŞ… – Trampın oğlu gizli telefonla kimlərə zəng vurub?

10 fevral 2019
AĞALAROVLARIN TƏŞKİL ETDİYİ GİZLİ GÖRÜŞ… – Trampın oğlu gizli telefonla kimlərə zəng vurub?ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvləri 2016-cı ilin iyun ayında Nyu-Yorkdakı “Trump Tower” də indiki prezident Donald Trampın oğlu ilə Kremlə bağlı olduğu təxmin edilən rusiyalı vəkil Natalya Veselnitskaya arasında baş tutmuş görüşə dair telefon danışıqlarını əldə etmək üçün məhkəməyə müraciət hazırlayır. Virtualaz.org Amerika KİV-lərinə istinadən xəbər verir ki, müraciət Nümayəndələr Palatasının kəşfiyyat üzrə komitəsində tərtib edilib.

Xatırladaq ki, həmin görüş Tramp-Rusiya gizli sövdələşməsini araşdıran xüsusi prokuror Robert Müllerin təhqiqat predmetidir. Görüş azərbaycan əsilli rusiyalı biznesmen Araz Ağalarov və oğlu Emin Ağalarovun dəstəyi ilə təşkil olunub. Kiçik Donaldın rusiyalı vəkillə görüşməkdə məqsədi ondan Hillari Klinton barədə kompromatlar almaq idi. Lakin sonradan o, Konqresə verdiyi ifadədə deyib ki, görüş başlayanda Veselnitskayanın əlində heç bir kompromatların olmadığı bəlli olub. Hazırda Emin Ağalarovun adı da bu təhqiqatda keçir və biznesmen-müəğnni həbs oluna biləcəyindən ehtiyat edərək ötən ay Amerikaya planlaşdırdığı konsert turnesini təxirə salmalı olmuşdu.

AĞALAROVLARIN TƏŞKİL ETDİYİ GİZLİ GÖRÜŞ… – Trampın oğlu gizli telefonla kimlərə zəng vurub?Bu günlərdə Amerika telekanalları xəbər veriblər ki, Trampın oğlu həmin görüşdən əvvəl və dərhal sonra gizli telefon nömrəsi ilə kimlərəsə zəng vurub. Və belə ehtimal edilir ki, onun telefon əlaqəsi saxladığı şəxslərdən biri Rusiyadan olub, digəri isə ola bilsin atası Donald Tramp idi.

CNN telekanalı isə həmin telefon danışıqlarının prezidentin oğlunun biznes tərəfdaşları ilə aparıldığını bildirir.

Demokratların Nümayəndələr Palatasında üstünlüyü ələ aldığı indiki vaxtda kəşfiyyat üzrə komitənin rəhbəri Adam Şiff Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsinə dair təhqiqatı yenidən bərpa edib. Və o, Trampın oğlunun telefon danışıqlarının Konqresə təqdim edilməsi barədə məhkəmə iddiası qaldırıb.
Xəbəriniz olsun

17.02.2019 - Ülvi Quliyevi Avropadakı siyasi mühacirlə nə bağlayır?

17.02.2019 - "A kişi, dedim kəs!" — Binəqədidə ağacların kəsilməsinə əmr verən məmur kimdir? (VİDEO)

16.02.2019 - Milli Şura mitinq təyin etdi: Hakimiyyətin əsəbləri fevralın 23-də sınağa çəkiləcək

16.02.2019 - Moskvada azərbaycanlını qətlə yetirmiş şəxslər Rostovda yaxalandılar

16.02.2019 - Qarabağ əlilləri Nərimanov RİH başçısı müavinin üstünə yeridi: "Sən kimsən?" - ŞOK VİDEO

16.02.2019 - Bir adamın yaşadığı ada uğrunda iki ölkə döyüşür

16.02.2019 - Prezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM

16.02.2019 - BƏZİ İXTİSASLAR LƏĞV OLUNDU, BƏZİLƏRİ BİRLƏŞDİRİLDİ – Ali təhsildə dəyişikliklər

16.02.2019 - Əlixanın təhqirləri, “Neolit”ə basqın, Qərib Orucovun güllələnməsi... - MOSKVADA ƏSLİNDƏ NƏ BAŞ VERİB?

16.02.2019 - Qazaxda İsmayıl Şıxlının 100 illik yubiley tədbirinə hazırlıqla bağlı müşavirə keçirilib

15.02.2019 - Səhiyyə Nazirliyindən UCUZ ŞOU: Süni ürək əməliyyatı yalan çıxdı

15.02.2019 - İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdi

15.02.2019 - Zakir Fərəcovdan mətbuata fakt ötürən “memar”ın hekayəsi: Onun mediadakı “dostu” kimdir?

Facebook