MİKAYIL CABBAROV GENERAL-LEYTENANT OLDU – Prezidentin sərəncamı

10 fevral 2019
MİKAYIL CABBAROV GENERAL-LEYTENANT OLDU – Prezidentin sərəncamıFevralın 9-da prezident İlham Əliyev vergilər naziri Mikayıl Cabbarova 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, vergilər naziri Mikayıl Çingiz oğlu Cabbarova 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.

Qeyd edək ki, I dərəcəli dövlət vergi xidməti müşaviri general-polkovnik, II dərəcəli dövlət vergi xidməti müşaviri general-leytenant, III dərəcəli dövlət vergi xidməti müşaviri general-mayor sayılır. Bu da Mikayıl Cabbarova general-leytenant rütbəsinin verildiyi deməkdir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı iıə hər il fevralın 11-i—Azərbaycan Respublikası Vergilər Nazirliyinin yaradıldığı gün vergi xidməti işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bununla bağlı prezident hər ii Vergilər Nazirliyinin əməkdaşlarının bir qismini fəxri adlarla, yeni rütbələrlə təltif edir.


Məlum olduğu kimi, Mikayıl Cabbarov 5 dekabr 2017-ci ildəı vergilər nazir təyin olunsa da, həmin vaxt ona rütbə verilməmişdi. Halbuki, sabiq vergilər naziri Fazil Məmmədov I dərəcəli dövlət vergi xidməti müşaviri idi ki, bu da general-polkovnik sayılır.

Vergilər Nazirliyində rəhbər vəzifələrdə çalışanların əksəriyyəti general rütbəsi daşıyır. Buna görə də, Mikayıl Cabbarova da general rütbəsi verilməsi gözlənilirdi. Bu gözlənti özünü ötən ilin oktyabrında doğrultdu. 2018-ci ilin oktyabr ayının 10-da Mikayıl Cabbarova 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib. Bu, vergi sistemində general -mayor rütbəsi hesab olunur.

Prezidentin fevralın 9-da verdiyi sərəncamla isə artıq Mikayıl Cabbarova general-leytenant rütbəsi verildi. Yəqin ki, bu ilin sonuna qədər Cabbarova I dərəcəli dövlət vergi xidməti müşaviri – general-polkovnik rütbəsi veriləcək.
Xəbəriniz olsun

17.02.2019 - Ülvi Quliyevi Avropadakı siyasi mühacirlə nə bağlayır?

17.02.2019 - "A kişi, dedim kəs!" — Binəqədidə ağacların kəsilməsinə əmr verən məmur kimdir? (VİDEO)

16.02.2019 - Milli Şura mitinq təyin etdi: Hakimiyyətin əsəbləri fevralın 23-də sınağa çəkiləcək

16.02.2019 - Moskvada azərbaycanlını qətlə yetirmiş şəxslər Rostovda yaxalandılar

16.02.2019 - Qarabağ əlilləri Nərimanov RİH başçısı müavinin üstünə yeridi: "Sən kimsən?" - ŞOK VİDEO

16.02.2019 - Bir adamın yaşadığı ada uğrunda iki ölkə döyüşür

16.02.2019 - Prezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM

16.02.2019 - BƏZİ İXTİSASLAR LƏĞV OLUNDU, BƏZİLƏRİ BİRLƏŞDİRİLDİ – Ali təhsildə dəyişikliklər

16.02.2019 - Əlixanın təhqirləri, “Neolit”ə basqın, Qərib Orucovun güllələnməsi... - MOSKVADA ƏSLİNDƏ NƏ BAŞ VERİB?

16.02.2019 - Qazaxda İsmayıl Şıxlının 100 illik yubiley tədbirinə hazırlıqla bağlı müşavirə keçirilib

15.02.2019 - Səhiyyə Nazirliyindən UCUZ ŞOU: Süni ürək əməliyyatı yalan çıxdı

15.02.2019 - İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdi

15.02.2019 - Zakir Fərəcovdan mətbuata fakt ötürən “memar”ın hekayəsi: Onun mediadakı “dostu” kimdir?

Facebook