“Pul uğrunda amansız mübarizə gedir” – Qüdrət Həsənquliyev

12 fevral 2019
“Pul uğrunda amansız mübarizə gedir” – Qüdrət Həsənquliyev“Ölkədə prezident tərəfindən keçirilən sosial-iqtisadi islahatlar əhali tərəfindən rəğbətlə qarşılanır. Fikrimcə, bu islahatlar bələdiyyələri də əhatə etməlidir. Siyavuş Novruzov qeyd etdi ki, xaos müxalifəti aparılan islahatları öz adına çıxmaq istəyir, guya onların təzyiqi ilə bu islahatlar aparılır. Əslində demokratik qüvvələr bundan pərişan olmamalıdır. Onlar belə şantajla aparılan islahatların dayandırılmasını istəyirlər. Hesab edirəm ki, islahatlar dərinləşdirilməlidir. Xalq prezident tərəfindən aparılan islahatları dəstəkləyir”.

Bu sözləri parlamentdə çıxışı zamanı BAXCP sədri, deputat Qüdrət Həsənquliyev deyib.

Q.Həsənquliyevin sözlərinə görə, bir epizodla tanış olduqdan sonra düşünüb ki, ölkədə bu tip müxalifətin öz mövcudluğunu qoruyub saxlaması səbəbindən prezidenti tənqid etmək olar:

“Məsələn, bir foto veriblər. Prezident gedib açılış tədbirinə və orada 3-4 metr məsafədən insanların qarşısında çıxış edir. Başqa fotoda isə göstərirlər ki, prezident ağbirçək nənənin əlindən öpmək istəyir. Əslində bu epizod əhalini xeyli duyğulandırdı. Çünki nənə prezidentin əlindən öpmək istəyirdi, amma prezident əks addım atdı. Bu hadisə insanları çox sevindirdi. Amma bu insanlar açılış mərasiminə getməklə, faciə baş verən yerə getməyin fərqini anlamırlarsa, deyiləcək söz yoxdur. Hesab edirəm ki, bunun fərqində olmayan insanlara baş qoşmağa dəyməz”.

Millət vəkili daha sonra “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın” illik məruzəsi haqda fikirlərini açıqlayıb:

“Burada qeyd edilib ki, irəliləyişlərə rəğmən bələdiyyələrin fəaliyyətində qüsurlar da var. Qeyd olunur ki, böyük uğurlara, əhəmiyyətli irəliləyişlərə imza atılıb. Axı bələdiyyələrlə bağlı belə söz işlətmək doğru deyil. Bizə bələdiyyələrin nə qədər vergi topladığı, bu maliyyənin nə qədərini aparatı saxlamağa, nə qədərini sosial-iqtisadi problemlərin həllinə sərf edildiyi haqda məlumat verilsəydi, çox müsbət hal olardı. Sənəddə qeyd edilir ki, bələdiyyələr tərəfindən 50 kommersiya qurumu yaradılıb və bunun 50 faizindən çoxu fəaliyyət göstərmir. Hesab edirəm ki, bələdiyyələrlə iş yenidən qurulmalı, yeni yanaşmalar ortaya qoyulmalıdır”.

Deputat bildirib ki, məruzədə Ədliyyə Nazirliyinin Akademiyasında 20 tədris kursu keçirilib, 200-dən çox təlim keçirilib, eləcə də regional treninqlər, xarici ölkələrdə təcrübə mübadiləsi ilə bağlı səfərlərin təşkil edildiyi qeyd edilib: “Bunların hamısı pul, maliyyədir. Bu qədər vəsait xərclənib, təlimlərdə 8133 bələdiyyə üzvü iştirak edib. Əgər 50 kommersiya təşkilatı yaradılıbsa və bunun 50 faizi işləmirsə, onda bu təlimlərin, xərclənən maliyyənin nəticəsi hardadır? Təlimlərdə bələdiyyə üzvlərinə nə öyrədirlər?”.

Q.Həsənquliyev əlavə edib ki, bələdiyyələrin maliyyəsi artırılmalıdır:

“Özü də bələdiyyələr təkcə iqtisadi məsələlər, yerli xarakterli problemlərin həlli ilə məşğul olmamalıdır. Biz bilirik ki, xaos müxalifəti ölkədə siyasi islamın stimullaşdırılması üçün ardıcıl və sistemli iş aparır. Bu şəbəkə daxilində pul uğrunda amansız mübarizə gedir. Bələdiyyə üzvləri isə xalqa, insanlara ən yaxın qurumlardır. Bələdiyyələrin bu istiqamətdə fəaliyyəti olmalıdır. Bələdiyyələr həm də sosial-iqtisadi layihələr həyata keçirilməlidir. Dövlətə ən böyük xəyanət islamın siyasiləşdirilməsinin legitimləşdirilməsidir ki, Azərbaycanda bu istiqamətdə iş aparılır”.

Teleqraf.com
Xəbəriniz olsun

17.02.2019 - Ülvi Quliyevi Avropadakı siyasi mühacirlə nə bağlayır?

17.02.2019 - "A kişi, dedim kəs!" — Binəqədidə ağacların kəsilməsinə əmr verən məmur kimdir? (VİDEO)

16.02.2019 - Milli Şura mitinq təyin etdi: Hakimiyyətin əsəbləri fevralın 23-də sınağa çəkiləcək

16.02.2019 - Moskvada azərbaycanlını qətlə yetirmiş şəxslər Rostovda yaxalandılar

16.02.2019 - Qarabağ əlilləri Nərimanov RİH başçısı müavinin üstünə yeridi: "Sən kimsən?" - ŞOK VİDEO

16.02.2019 - Bir adamın yaşadığı ada uğrunda iki ölkə döyüşür

16.02.2019 - Prezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM

16.02.2019 - BƏZİ İXTİSASLAR LƏĞV OLUNDU, BƏZİLƏRİ BİRLƏŞDİRİLDİ – Ali təhsildə dəyişikliklər

16.02.2019 - Əlixanın təhqirləri, “Neolit”ə basqın, Qərib Orucovun güllələnməsi... - MOSKVADA ƏSLİNDƏ NƏ BAŞ VERİB?

16.02.2019 - Qazaxda İsmayıl Şıxlının 100 illik yubiley tədbirinə hazırlıqla bağlı müşavirə keçirilib

15.02.2019 - Səhiyyə Nazirliyindən UCUZ ŞOU: Süni ürək əməliyyatı yalan çıxdı

15.02.2019 - İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdi

15.02.2019 - Zakir Fərəcovdan mətbuata fakt ötürən “memar”ın hekayəsi: Onun mediadakı “dostu” kimdir?

Facebook