AZƏRBAYCANDAN 5,5 MİLYARD ÇIXARAN ŞƏXS: “Pullar orada sayılırdı, sonra…”

13 fevral 2019
AZƏRBAYCANDAN 5,5 MİLYARD ÇIXARAN ŞƏXS: “Pullar orada sayılırdı, sonra…”Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət yolu ilə eldə edilmiş külli miqdarda pulu leqallaşdırmaqda və Azərbaycandan çıxarmaqda təqsirləndirilən “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev və tanışı Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. “Report”un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən R.Vəliyev suallara cavab verib.

O bildirib ki, taksi sürücüsü işləməmişdən əvvəl beton zavodda operator vəzifəsində çalışıb.

R.Vəliyev 9 şirkətin direktoru olduğunu, əvvəllər bankda işləmədiyini bildirib: “Əmək haqqım 700 manat olub. Maaşı nağd şəkildə Əli Can verirdi. Malik Əliyev 2013-cü ildən bizimlə çalışırdı. O, müqavilə və yük bəyannamələrinə nəzarət edirdi. “Azəriqazbank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının üzvü Azər Mövsümov, bankın filial direktoru Oqtay Havıyev, işçisi Kənan Məcidov və bankın rəhbəri ilə danışıqlarım olmayıb”.

1549183562_cingiz-660x330Məhkəmədə elan olunub ki, hər iki şəxs çirkli pulları 16 bank vasitəsi ilə xarici şirkətlərin hesabına köçürüblər. Həmçinin R.Vəliyevlə “Azəriqazbank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının üzvü Azər Mövsümov arasında telefon danışıqları olub.

R.Vəliyev qeyd edib ki, bankın Xətai filialında yer ayrılmaq üçün A.Mövsümovla görüşə M.Əliyev gedib: “Mən Oqtay Hacıyevə bu barədə deyəndə Azər müəllimlə danışdı. Sonra görüşə Malik getdi. Oqtay Hacıyevi üzdən tanıyıram. Ülkər Nəbiyeva bizim işçimizdir, sənədlərə baxırdı”.

Daha sonra digər təqsirləndirilən “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini M.Əliyev dindirilib.

O, 2013-cü ildə R.Vəliyevlə tanış olduğunu qeyd edib: “Rüfət Türkiyə vətəndaşının yanında çalışdığını, onun mal dövriyyəsinin geniş olduğunu bildirdi. Mən də köhnə bank işçisi olduğum üçün onunla işləməyə razı oldum. Əvvəl 300 manat maaş alırdım. Azər Mövsümova bankda yer verilməsi üçün mən müraciət etmişəm. O da şəxsən Xətai filialını təklif etdi. Pullar Əli Canın ofisindən banka aparılıb, ikinci mərtəbədə sayılırdı. Mən müqavilələrə baxırdım. Səhv olanda Rüfətə verirdim, o da Əli Cana aparırdı. Hər şey qanuni şəkildə olurdu. Mən pulların sayılmasına baxmırdım. Kənarda oturub baxırdım. Əli Canı isə bir dəfə görmüşəm”.

Hakim deyib ki, M.Əliyev hər dəfə banka 10 milyon manata yaxın pul aparıb, xaricə köçürüb.
Şahid qismində ifadə verən Ülkər Nəbiyeva deyib ki, “Royalbank”ın keçmiş əməkdaşı olub, 2013-cü ildə M.Əliyev tərəfindən ona iş təklif olunub. O bildirib ki, R.Vəliyevlə iş görüşməsini “Azəriqazbank”ın Xətai filialının ofisində edib: “Mən işə kərkuzar kimi qəbul olundum. Elə iş yerimiz də bankın ofisi idi. Şirkətə bankın filialında ofis ayrılmışdı. Bir neçə işçi orada çalışırdıq. Mən müqavilə sənədlərinə baxırdım”.
Ü.Nəviyeva söyləyib ki, R.Vəliyev banka pulları nağd şəkildə gətirib: “Ondan başqa tanımadığım bir neçə adam da banka pul gətirirdi. Pullar orada sayılırdı, sonra sənədləşmə aparılırdı”.

Məhkəmənin növbət iclası fevralın 20-nə təyin edilib.

İttiham aktına əsasən, “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev 2012-ci ilin əvvəlində Rüfət Vəliyevlə görüşərək ona cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasını təklif edib. M.Əliyev onu “AGbank”ın İdarə Heyətinin sədri Azər Mövsümovla görüşdürüb. R.Vəliyev görüşdə özünü “Provision Group”, “İmpeks+”, “Blast”, “Qalaksi A”, “Asin Co. LTD”, “Primo A” və “İTEK” MMC-lərin direktoru kimi təqdim edib. O, guya xarici iqtisadi ticarət fəaliyyəti göstərəcəklərini, külli miqdarda dövriyyələri olacağını bildirib və bunun üçün bankın filiallarının birində onlara otaq ayrılmasını istəyib. A.Mövsümov onlar üçün “AGbank”ın Xətai filialında otaq ayırıb.

M.Əliyev “Royalbank”da işlədiyi vaxtdan bəri tanıdığı Vidadi Əliyev, Ülkər Nəbiyeva və Arzu Əsgərovanı da işə cəlb edib. R.Vəliyev və istintaqa məlum olmayan şəxslərin gətirdiyi cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulları V.Əliyev sayıb, onların saxta olub-olmadığını yoxlayıb. Daha sonra həmin pullar adları qeyd olunan şirkətlərin hesablarına köçürülüb, ardıyca xarici valyutaya konversiya edilərək xarici ölkələrin banklarındakı hesablara köçürülüb. Ü.Nəbiyev və A.Əsgərova R.Vəliyevin tapşırığı ilə xarici bankların hesablaşma nömrələri və köçürüləcək məbləği komputer vasitəsilə yazaraq çap edib M.Əliyevə təqdim ediblər. R.Vəliyev isə həmin sənədləri şirkətlərin möhürü ilə təsdiqləyib, imzaladıqdan sonra icra olunması üçün M.Əliyev və V.Əliyevə təqdim edib.

Bu qayda ilə M.Əliyev “Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, “İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, “Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, “Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, “Asin Co. LTD” vasitəsilə 79 milyon manat, “Primo A” MMC vasitəsilə 213,5 milyon manat, “İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konveriya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb.
Həmin şəxslər ümumilikdə cinayət yolu ilə əldə edilmiş 5 milyard 551 milyon manat pulu çirkli yolla leqallaşdırıb və ölkədən çıxarıb.
M.Əliyev eyni cinayət əməlinə görə, 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, adı bu işdə keçən Azər Mövsümov hazırda “AGbank”ın Müşahidə Şurasının üzvüdür. Bankın Müşahidə Şurasının sədri, sahibi isə sabiq deputat Çingiz Əsədullayevdir.

5,5 milyard vəsaitin nə qədər hissəsinin “AGbank” vasitəsilə leqallaşdırılması açıqlanmasa da, qeyd edək ki, sözügedən bankın adı bundan əvvəl bir neçə dəfə çirkli pulların yuyulması işlərində hallanıb. Belə ki, mediada yayılan məlumatlarda Çingiz Əsədullayev sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın adamlarından biri kimi təqdim olunur. Keçmiş MTN-də yığılan “qara pulların” xarici banklara məhz “AGbank” vasitəsilə ötürülməsi haqda xəbərlər yayılıb.

Çingiz Əsədullayev və bankının adı həmçinin daha Beynəlxalq Bankdakı proseslərlə bağlı da hallandırılıb, hətta onun istintaqa cəlb edilməsinə dair xəbərlər yayılıb. Bildirilirdi ki, Ç.Əsədullayevin də “maliyyə xəyanətlərində” iştirakı olub, Beynəlxalq Bankdan talan olunan milyardların bir hissəsini Mahmudov-Hacıyev çetesi “AGbank” üzərindən ofşorlara transfer ediblər.

“Beynəlxalq Bank işi”ndən əvvəl də Çingiz Əsədullayevin bankı haqda sensasion ittihamlar vardı. Musavat.com-un yaydığı bir məlumata görə, 2014-cü ilin iyununda Kaliforniya Universitetinin (“KrebsOnSecurity”) onlayn apteklərlə bağlı apardığı araşdırmalarda bəlli olmuşdu ki, internet üzərindən qanunsuz dərman satışı ilə məşğul olan onlayn apteklərin gəlirləri “tərəfdaşlıq” proqramları vasitəsilə əsasən “Azəriqazbank”da (hazırda “AGbank” adlanır) “yuyularaq” nağdlaşdırılıb: “Oxşar iddia ilə Kaliforniya Universitetinin araşdırmaçı-mütəxəssisi Deymon Mak-Koy da çıxış etmişdi. Lakin nədənsə, həmin vaxt nə hüquq-mühafizə orqanları, nə Maliyyə Nazirliyi bu faktları araşdırdı. Bank rəhbərliyi də ittihamlarla bağlı heç bir açıqlama vermədi. E.Mahmudovun “vurulmasından” sonra isə Ç.Əsədullayevə yönəlik ittihamlar daha da artdı. Öncə İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədov çirkli pulların yuyulması ilə bağlı ittihamları təsdiqləyən məlumat yaydı. O bildirdi ki, Ç.Əsədullayev dövlətin külli miqdarda vəsaitini mənimsəyib və tələb olunan zaman bu pulları geri qaytara bilməyib”.

Qeyd olunanlar, “AGbank”ın adının dəfələrlə “çirkli pullar”ın “yuyulmasında” hallandırıldığını, bununla bağlı konkret iddiaların irəli sürüldüyünü göstərir…
Xəbəriniz olsun

17.02.2019 - Ülvi Quliyevi Avropadakı siyasi mühacirlə nə bağlayır?

17.02.2019 - "A kişi, dedim kəs!" — Binəqədidə ağacların kəsilməsinə əmr verən məmur kimdir? (VİDEO)

16.02.2019 - Milli Şura mitinq təyin etdi: Hakimiyyətin əsəbləri fevralın 23-də sınağa çəkiləcək

16.02.2019 - Moskvada azərbaycanlını qətlə yetirmiş şəxslər Rostovda yaxalandılar

16.02.2019 - Qarabağ əlilləri Nərimanov RİH başçısı müavinin üstünə yeridi: "Sən kimsən?" - ŞOK VİDEO

16.02.2019 - Bir adamın yaşadığı ada uğrunda iki ölkə döyüşür

16.02.2019 - Prezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM

16.02.2019 - BƏZİ İXTİSASLAR LƏĞV OLUNDU, BƏZİLƏRİ BİRLƏŞDİRİLDİ – Ali təhsildə dəyişikliklər

16.02.2019 - Əlixanın təhqirləri, “Neolit”ə basqın, Qərib Orucovun güllələnməsi... - MOSKVADA ƏSLİNDƏ NƏ BAŞ VERİB?

16.02.2019 - Qazaxda İsmayıl Şıxlının 100 illik yubiley tədbirinə hazırlıqla bağlı müşavirə keçirilib

15.02.2019 - Səhiyyə Nazirliyindən UCUZ ŞOU: Süni ürək əməliyyatı yalan çıxdı

15.02.2019 - İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdi

15.02.2019 - Zakir Fərəcovdan mətbuata fakt ötürən “memar”ın hekayəsi: Onun mediadakı “dostu” kimdir?

Facebook