Zakir Fərəcovdan mətbuata fakt ötürən “memar”ın hekayəsi: Onun mediadakı “dostu” kimdir?

15 fevral 2019
Zakir Fərəcovdan mətbuata fakt ötürən “memar”ın hekayəsi: Onun mediadakı “dostu” kimdir?“Sumqayıtda icra başçısı Zakir Fərəcova üzdə dost görünüb, arxada əleyhinə işlər çevirən vəzifəli şəxslər var”. Bu sözləri rubrika.az-a Sumqayıtdakı mənbəmiz söyləyib. Onun sözlərinə görə, şəhərdəki tikintilərə nəzarət edən xüsusi qrup artıq heç kimlə hesablaşmaq niyyətində deyil, fəaliyyətlərinə maneə kimi gördükləri hər kəsi isə zərərsizləşdirməyə çalışırlar.
Mənbəmiz bildirir ki, hazırda şəhərdə müxtəlif təyinatlı tikinti işlərinin aparılması ən çətin işlərdən sayılır. Çünki Sumqayıtın memarlıq və şəhərsalma siyasətini həyata keçirən qrup “mexanizm”-ni elə qurub ki, pul vermədən daşı daş üstə qoymaq mümkün deyil. Bu sistemdə "kilid adam" kimi rəsmən Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin böyük məsləhətçisi vəzifəsində çalışsa da, şəhərdə bütün tikinti işlərinə nəzarət edən Adil Xudadatovun adı keçir. Yəni, tikinti həyata keçirmək istəyən şəxs ya Adil Xudadatovu, ya da onun Mürvət adlı "köməkçisi"ni görməlidir. İşlərin isə əsasən həmin Mürvət adlı şəxsin əli ilə həyata keçirildiyi vurğulanır. Belə ki, tikintiyə icazə almaq məqsədi ilə müraciət edən vətəndaşlarla bir qayda olaraq Mürvət görüşür, qiyməti də o müəyyənləşdirir. Ev tikmək istəyənler təyin olunmuş “tass”ın hesabını verməsə, tikintini həyata keçirə bilməz, əgər bunu etsə, Mürvətin fitvası, A.Xudadatovun əmri ilə həmin tikinti sökülür. Təbii ki, bütün bunlar sakinləri kifayət qədər kasıb olan şəhərdə ciddi narzılıqlara səbəb olur.
Rubrika.az-a daxil olan məlumatda həmçinin vurğulanır ki, Mürvət adlı bu şəxs Sumqayıt şəhərində qeyri-qanuni tikinti aparmaq istəyən jurnalist “dostlarına” dabro verir. Bunun müqabilində həmən jurnalist Mürvət müəllimin sifarişli yazısını dərc etməlidir. Belə ki, qeyri-qanuni tikinti aparmaq istəyən şəxslərdən alınan “dövlət risumu” Zakir Fərəcovun adı ilə bağlanır və icra başçısı məqsədli şəkildə hədəfə gətirilir. Guya, alınan pulların bir qismi icra başçısına ötürülür.
P.S, Həmin “memar”ın ilginc əhvalatları və mediadakı “dost”u haqda isə araşdırmalarımız davam edir. Növbəti yazılarımızda “memar” məmurla işbirliyinə gedərək ortalığı bulandıran “jurnalist” haqda daha ətraflı məlumat verəcəyik.
Xəbəriniz olsun

23.04.2019 - İlham Əliyevdən icra başçılarına irad: "Elə hallar var ki..."

23.04.2019 - “Həmin şəxsi tapıb, sürüyəcəyəm” – “Qayğı” sədri

23.04.2019 - Ziya Məmmədovun qardaşı oğlu DİN-də yüksək vəzifəyə təyin olundu

23.04.2019 - "Boş söhbətlərdir, bizi qızışdırmaq istəyirlər..."

23.04.2019 - “İşıqdan, sudan qorxmağa başladı…” – İt dişləməsindən ölən gəncin atası danışdı

23.04.2019 - “Nar” kənd məktəbinə kitab və kompüterlər hədiyyə etdi

23.04.2019 - Nazarbayev istefasından danışdı, belə ağladı - VİDEO

23.04.2019 - Ramil Usubovdan yeni təyinatlar - ADLAR

23.04.2019 - “Oğlumun üzünü əməliyyat etdilər, lakin…” – Üzünü it parçalayan uşağın atası

23.04.2019 - “Oskar” otelində jurnalst qadına hücum olundu

23.04.2019 - Zelenski necə məşhurlaşdı? – Yumor ustasının prezidentliyə aparan yolu...

23.04.2019 - Bakının sahibsiz it problemi: çıxış yolu nədədir? - ARAŞDIRMA

23.04.2019 - İCRA BAÇIŞININ BÖYÜK BİZNESİ – Qızıl balıq, maral fermaları, taxıl sahələri…

Facebook