“Ən yüksək səviyyədə muxtariyyət nə deməkdir?" - Paşinyan Qarabağdan danışdı

07 mart 2019
“Ən yüksək səviyyədə muxtariyyət nə deməkdir?" - Paşinyan Qarabağdan danışdıErmənistanın baş naziri Nikol Paşinyan ölkə Milli Məclisində keçirilən "hökumət saatında” Qarabağ münaqişəsi ilə bağlı məsələləri müzakirə edib.

O deyib ki, səmərəli danışıqların keçirilməsi üçün səmərəli danışıq formatı olmalıdır. Paşinyan bildirib ki, belə bir format 1994-cü ildən mövcuddur və Dağlıq Qarabağ bu formatda danışıqlar prosesinin bərabərhüquqlu tərəfi kimi tanınıb: "Biz indi cəhd göstəririk ki,bu təsbit edilmiş format ATƏT-in Minsk qrupunun çərçivəsində tammənalı şəkildə işləsin”.

Müzakirə zamanı Paşinyanın "Mənim addımım” fraksiyasından Tatev Ayrapetyan deyib ki, Bakı hazırda bütün dünyaya erməni tərəfinin mövqeyini sərtləşdirdiyini göstərməyə çalışır. Buna cavab olaraq Paşinyan deyib ki, belə qiymətləndirmələr mövcuddur, amma onun rəhbərlik etdiyi hökumətin Qarabağ tənzimlənməsinə dair mövqeyində heç bir dəyişiklik baş verməyib:

"Hələ bundan əvvəlki çağırış Milli Məclisində mən elə bu tribunadan demişdim ki… Qarabağ probleminin istənilən həlli Ermənistan xalqı, Qarabağ xalqı və Azərbaycan xalqı üçün məqbul olmalıdır. Biz özümüz də başa düşürük ki, bu elə də yüngül bəyanat deyil…Bu bəyanat normal danışıqlar atmosferinin yaradılması üçün və Azərbaycan tərəfinin də belə bir bəyanatla çıxış edəcəyi ümidi ilə verilmişdi və Ermənistan əslində bu istiqamətdə ilk addım atmışdı. Təəssüf ki, Azərbaycan tərəfindən indiyədək belə bəyanat verilməyib. Əksinə məsələlərin güc və hərbi yolla həll edilməsinə hazır olduqlarına dair daim eyham vurulur. Elə bəyanatlar səslənir ki, Azərbaycan hökumətinin məsələnin tənzimlənməsinin Qarabağ və Ermənisrtan xalqları üçün də məqbul variantının mövcudluğu barədə hətta düşünmədiyini göstərir…”.

Azərbaycan tərəfinin Qarabağa ən yüksək muxtariyyət verilməsi təklifi ilə bağlı məsələyə toxunan Paşinyan deyib ki, Qarabağ xalqının öz müqəddəratını müəyyən etmək haqqı var və o, bu haqdan istifadə etməlidir:

"Ən yüksək səviyyədə muxtariyyət nə deməkdir? Dağlıq Qarabağ xalqı öz mövqeyini dəqiq bildirib. Dağlıq Qarabağ xalqının öz müqəddəratını müəyyən etmək hüququ var o bu hüquqdan istifadə edə bilməlidir. Beynəlxalq icmaya gəlincə isə, hesab edirəm ki, ATƏT-in Minsk qrupunun çərçivəsində elə prinsiplər təsbit olunub ki, bu prinsiplərin çərçivəsində tənzimlənmə əldə olunmalıdır. Çox mühümdür ki, bu prinsiplərdən biri kimi xalqların öz müqəddəratını təyinetmə hüququ təsbit olunub”.

(Azadlıq radiosu)
Xəbəriniz olsun

17.06.2019 - Ağstafada bazarda "Kalaşnikov"la qətliam törədildi: 4 ölü, 3 yaralı...

17.06.2019 - Eldar Sabiroğlu oğlundan imtina etdi - FOTO

17.06.2019 - Quran dərsi keçmək adıyla qızı evinə gətirdi və... - BİLƏSUVARDA MOLLA NİYƏ DÖYÜLDÜ?

16.06.2019 - Gəncədə tanınmış idmançının oğlu 1 manata görə öldürüldü

16.06.2019 - Məcburi köçkün Bakıda 427 min dollar borc götürüb futbol mərcində uduzdu

15.06.2019 - Ələt-Şirvan dəmiryolu xəttində yanğın başlayıb - FOTO - VİDEO

15.06.2019 - Mehriban Əliyevadan Elçibəy ailəsinə jest: yas xərcləri...

15.06.2019 - 2 uşaq anası intihar etdi - Tik Tok-a görə - FOTO

15.06.2019 - Usubovun kürəkəninə yüksək vəzifə verildi

15.06.2019 - Ulduzlar iyunun 15-ə nə vəd edir? - FAL

14.06.2019 - Qızının özünü binadan atdığını görən ana da özünü atıb – Şok intiharın təfərrüatı

14.06.2019 - Oqtay Şirəliyev jurnalisti tutdurmaqdan vaz keçdi: İDDİASINI GERİ GÖTÜRDÜ

14.06.2019 - İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi davam edir

Facebook