“Özəl sektorda belə həyasız idarəçilik görməmişdim” – Azərcell-in texniki “nasazlığı”

11 mart 2019
“Özəl sektorda belə həyasız idarəçilik görməmişdim” – Azərcell-in texniki “nasazlığı”“Azercell şirkəti vətəndaşlara qarşı daha bir oğurluq, dələduzluq edib və dünəndən niyə susurlar?”.

Bunu ictimai fəal Bəxtiyar Hacıyev yazıb. O, bildirib ki, Azərcell abunəçilərə kontur pay götürmək imkanı verib, özlərində texniki səhvləri olub, abunəçilər də həmişə onlardan oğurluq etmiş bu şirkətin səxavətinə seviniblər, pay verilən konturları istifadə etməyə başlayıblar: “Sonra Azercell abunəçilərin balansında nə pul varsa, hamısını silib, hələ müştərilərə borc da yazıb ki, bizim pay verdiyimiz konturlarla danışmısan, davay, qaytar, əclaf müştəri...

Müştərilərini məhkəmə ilə hədələyirlər, öz günahlarına və ya düşünülmüş planlarına görə. Qısacası, növbəti abırsızlıq...”.

B. Hacıyev bildirib ki, Azercell müştərilərindən bu hal kiminsə başına gəlibsə, hüquqi dəstək tapmağa və onları məhkəməyə verməkdə kömək edə bilər: “Özləri illərdir milyonlarla abunəçinin balansından qəpik-qəpik, manat-manat oğurlayırlar, indi bir dəfə öz səhvlərinə görə müştərilər 5-10 manat artıq istifadə edib, üzlərini cırırlar.

Dövlət milyarlarla pul ayırır, dövlətin etdiyi devalvasiyaya görə vətəndaşın minlərlə dollar yük altına düşməməsi üçün addımlar atır ki, əhali narazı qalmasın. Azercell isə əhaliyə bu məqamda əlavə borc yükləyir, məhkəmə ilə hədələyir.

Mən hələ özəl sektorda belə həyasız idarəçilik görməmişdim”.

Qeyd edək ki, yaranan durumla bağlı şirkət açıqlama yayıb. Açıqlamada deyilir: “Azercell Telekom şirkətinin “Paycell” xidməti çərçivəsində baş vermiş texniki nasazlıqdan sui istifadə edən bəzi nömrələrin balansına yanlış vəsaitlərin əlavə edilməsi halları qeydə alınmışdır. Yanlış yükləmələr edilən nömrələrə balansdan çıxılma haqda məlumat təqdim edilərək səhvən yüklənən vəsaitlər müvafiq nömrələrin balansından silinmişdir.

Azercell Telekom gələcəkdə bu kimi halların qarşısını almaq üçün lazımi tədbirlər görməklə yanaşı abunəçilərə hər hansı bir xidmətin istifadə şərtlərinə diqqət yetirməyi tövsiyyə edir”.
Xəbəriniz olsun

20.03.2019 - Vergilər Nazirliyi “Veysəloğlu”nu 2 milyon cərimələdi

20.03.2019 - HAKİMİYYƏTDƏN KÖNÜLLÜ ƏL ÇƏKƏN İKİNCİ SOVET LİDERİ… - Qıpçaq bəyinin sultan nəvəsinin gözlənilməz gedişi

20.03.2019 - "Əli İnsanovdan təklif olarsa..." - Müsavat başqanı gözləyir

20.03.2019 - Qazaxıstanın paytaxtı Nursultan adlandırılacaq – Qərar verildi

19.03.2019 - “Bu il çempion “Neftçi” olacaq” – Ramin Musayev

19.03.2019 - Toyu olacaq 18 yaşlı qız özünü asdı – Zərdabda dəhşət

19.03.2019 - “Nar” abunəçiləri üçün Novruz kampaniyası!

19.03.2019 - İlham Əliyevin Trampa yanlış məlumat verməsi barədə iddialara RƏSMİ CAVAB

19.03.2019 - Bakının mərkəzində icazəsiz mitinq cəhdi: Saxlanılanlar var

19.03.2019 - Adı kürü qalmaqalında hallanan səfir geri çağrılıb – Şok iddia

19.03.2019 - Nazir Ziya Məmmədovun kadrına vəzifə verdi

19.03.2019 - Ramil Usubovdan daha bir təyinat - ƏMR

19.03.2019 - AZƏRBAYCAN SƏFİRİ 10 BANKA KÜRÜ OĞURLADI VƏ… – Yarım milyon mənimsəmədə ittiham edilir

Facebook