AFFA “Sumqayıt”ı böyük məbləğdə cərimələyə bilər

11 mart 2019
AFFA “Sumqayıt”ı böyük məbləğdə cərimələyə bilərAFFA İntizam Komitəsi “Sumqayıt” klubunu 6400 manat cərimələyə bilər.

“Report” xəbər verir ki, buna səbəb “gənclik şəhəri” təmsilçisinin Azərbaycan Premyer Liqasının XX turunda “Neftçi”yə evdə 1:2 hesabı ilə uduzduğu matçda baş verənlərdir.

Referi Rəşad Əhmədovun rəhbərlik etdiyi hakimlər briqadası görüşün ardından tunelə daxil olmaq istədiyi vaxt narazı azarkeşlərdən biri tribunadan alışqan tullayıb. Alışqan hakimlərdən bir qədər aralı düşüb. AFFA-nın İntizam Kodeksində meydana kənar əşyanın atılmasına görə 1600 manat cərimə nəzərdə tutulur.

76-cı dəqiqədə “ağ-qaralar”ın müdafiəçisi Mamadu Mboc hesabı bərabərləşdirdikdən sonra onun komanda yoldaşı Kirilo Petrov topu rəqib qapıçı Mehdi Cənnətovdan alaraq, meydanın mərkəzinə aparmaq istəyib. Qolkiper isə onu dirsəyi ilə vuraraq yerə yıxıb və nəticədə qırmızı vərəqə alıb. İntizam Kodeksinə əsasən, rəqibə əllə zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur.

Referi 85-ci dəqiqədə 4-cü hakimin işarəsindən sonra “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovu texniki zonanın xəttini keçdiyi üçün meydandan kənarlaşdırıb, köməkçisi Mehman Yunusova isə xəbərdarlıq edib. Baş məşqçi texniki zona qaydalarına riayət etməməsi səbəbindən kənarlaşdırıldıqda 1 oyunluq cəza və 800 manat cəriməyə məruz qalır.

“Neftçi” ilə dueldə 4 futbolçusu – Peyman Babayi, Rail Məlikov, Ülvi İsgəndərov və Əli Babayev sarı vərəqə aldığına görə “Sumqayıt” əlavə 800 manat da ödəməli olacaq.

Qeyd edək ki, “Kapital Bank Arena”da keçirilmiş oyun hakimlərin mübahisəli qərarları ilə yadda qalıb. Xüsusən, 2 dəfə penalti epizodunda ədalət təmsilçilərinin “davam” işarəsi vermələri birmənalı qarşılanmayıb. 13-cü dəqiqədə qonaqların müdafiəçisi Tural Axundov meydan sahiblərinin yarımmüdafiəçisi Ehtiram Şahverdiyevi cərimə meydançasının daxilində arxadan itələsə də, referinin fiti susub. Baş hakim “Sumqayıt”ın orta xətt oyunçusu Əli Babayevin 32-ci dəqiqədə cərimə meydançasında “Neftçi”nin forvardı Baqali Dabonun qarşısını almasını da qayda pozuntusu kimi qiymətləndirməyib.
Xəbəriniz olsun

20.03.2019 - Vergilər Nazirliyi “Veysəloğlu”nu 2 milyon cərimələdi

20.03.2019 - HAKİMİYYƏTDƏN KÖNÜLLÜ ƏL ÇƏKƏN İKİNCİ SOVET LİDERİ… - Qıpçaq bəyinin sultan nəvəsinin gözlənilməz gedişi

20.03.2019 - "Əli İnsanovdan təklif olarsa..." - Müsavat başqanı gözləyir

20.03.2019 - Qazaxıstanın paytaxtı Nursultan adlandırılacaq – Qərar verildi

19.03.2019 - “Bu il çempion “Neftçi” olacaq” – Ramin Musayev

19.03.2019 - Toyu olacaq 18 yaşlı qız özünü asdı – Zərdabda dəhşət

19.03.2019 - “Nar” abunəçiləri üçün Novruz kampaniyası!

19.03.2019 - İlham Əliyevin Trampa yanlış məlumat verməsi barədə iddialara RƏSMİ CAVAB

19.03.2019 - Bakının mərkəzində icazəsiz mitinq cəhdi: Saxlanılanlar var

19.03.2019 - Adı kürü qalmaqalında hallanan səfir geri çağrılıb – Şok iddia

19.03.2019 - Nazir Ziya Məmmədovun kadrına vəzifə verdi

19.03.2019 - Ramil Usubovdan daha bir təyinat - ƏMR

19.03.2019 - AZƏRBAYCAN SƏFİRİ 10 BANKA KÜRÜ OĞURLADI VƏ… – Yarım milyon mənimsəmədə ittiham edilir

Facebook