İranın insan hüquqları müdafiəçisinə 38 il həbs və 148 şallaq cəzası verilib

12 mart 2019
İranın insan hüquqları müdafiəçisinə 38 il həbs və 148 şallaq cəzası verilibTehranda tanınmış insan hüquqları müdafiəçisi Nəsrin Sotudeh 38 il həbsə və 148 şallaq cəzasına məhkum edilib, bunu onun ailəsi bildirib.

Nəsrin Sotudeh milli təhlükəsizliklə əlaqədar bir neçə cinayətdə ittham olunsa da, o, bunların hamısını rədd edib.

Virtualaz.org BBC-yə istinadən xəbər verir ki, Nəsrin Sotudeh hicab taxmağı rədd edən qadınların hüquqlarının müdafiəçisi kimi tanınıb.

Hüquq-müdafiə qrupları mükafat qazanmış hüquq müdafiəçisinə qarşı "gözlənilməz" hökmü sərt tənqid edib.

"Nəsrin Sotudeh həyatını qadınların hüquqlarının müdafiəsinə və ölüm cəzasına qarşı mübarizəyə həsr edib", - “Amnesty İnternational” təşkilatından Filip Luter bildirib.

"İran hakimiyyətinin onu insan hüquqları işlərinə görə cəzalandırması olduqca acınacaqlıdır".

İrandakı İnsan Haqları Mərkəzinin məlumatına görə, Nəsrin Sotudehin əri xanımı ilə qısa telefon əlaqəsindən sonra “Facebook” hesabında onun həbsini təsdiqləyib.

Onun vəkili deyib ki, Nəsrin Sotudeh dövlətə qarşı məlumat yayılması, İranın ali liderinin təhqir edilməsi və casusluqda ittiham olunub.

Nəsrin Sotudeh kimdir?

O, ötən il İranda saxlanan azı 7 hüquq müdafiəçisindən biridir.

İyun ayında həbs olunmazdan əvvəl Nəsrin ictimai yerlərdə hicabsız gəzən bir neçə qadını müdafiə edib.

Xatırladaq ki, hicab taxmamağa görə İranda cəza nəzərdə tutulub.

Nəsrin Sotudeh haqqında iki məhkəmə prosesində doqquz ittiham səsləndirilib. Məhkəmələrdən bir onun iştirakı olmadan baş tutub və nəticədə ona uzun həbs müddəti və şallaq çəzası hökmü çıxarılıb.

Hüquq müdafiəçisi həm də keçmiş siyasi məhbusdur - o, 2010-2013-cü illər arasında təbliğat yayılması və dövlət təhlükəsizliyinə zərər vurmaq ittihamı ilə həbs olunub.

O, bu ittihamları rədd edib və həbsxanada olduğu müddətdə Avropa Parlamenti ona müxalifət fəallarını təmsil etdiyi üçün "Saxarov-Düşüncə Azadlığı" mükafatını verib.
Xəbəriniz olsun

20.03.2019 - Vergilər Nazirliyi “Veysəloğlu”nu 2 milyon cərimələdi

20.03.2019 - HAKİMİYYƏTDƏN KÖNÜLLÜ ƏL ÇƏKƏN İKİNCİ SOVET LİDERİ… - Qıpçaq bəyinin sultan nəvəsinin gözlənilməz gedişi

20.03.2019 - "Əli İnsanovdan təklif olarsa..." - Müsavat başqanı gözləyir

20.03.2019 - Qazaxıstanın paytaxtı Nursultan adlandırılacaq – Qərar verildi

19.03.2019 - “Bu il çempion “Neftçi” olacaq” – Ramin Musayev

19.03.2019 - Toyu olacaq 18 yaşlı qız özünü asdı – Zərdabda dəhşət

19.03.2019 - “Nar” abunəçiləri üçün Novruz kampaniyası!

19.03.2019 - İlham Əliyevin Trampa yanlış məlumat verməsi barədə iddialara RƏSMİ CAVAB

19.03.2019 - Bakının mərkəzində icazəsiz mitinq cəhdi: Saxlanılanlar var

19.03.2019 - Adı kürü qalmaqalında hallanan səfir geri çağrılıb – Şok iddia

19.03.2019 - Nazir Ziya Məmmədovun kadrına vəzifə verdi

19.03.2019 - Ramil Usubovdan daha bir təyinat - ƏMR

19.03.2019 - AZƏRBAYCAN SƏFİRİ 10 BANKA KÜRÜ OĞURLADI VƏ… – Yarım milyon mənimsəmədə ittiham edilir

Facebook