Xərək daşıyana görə 80 manat cərimə... - İntizam Komitəsi klub, məşqçi və futbolçulara cəzalar yağdırdı

12 mart 2019
Xərək daşıyana görə 80 manat cərimə... - İntizam Komitəsi klub, məşqçi və futbolçulara cəzalar yağdırdıAFFA İntizam Komitəsi klub, məşqçi və futbolçulara cəzalar yağdırıb.

Savash.org Komitənin qəbul etdiyi qərarları təqdim edir:

10 mart 2019-cu il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının XX turunun "Qəbələ” – "Səbail” matçında "Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Oyunun 73-cü dəqiqəsində "Qəbələ” klubunun 27 №-li futbolçusu Bəhlul Mustafazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

10 mart 2019-cu il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının XX turunun "Sumqayıt” – "Neftçi” matçında "Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

"Neftçi” klubunun 8 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Oyunun 78-ci dəqiqəsində "Sumqayıt” klubunun 1 №-li futbolçusu Mehdi Cənnətov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur (maddə 38.2).
Oyunun 85-ci dəqiqəsində "Sumqayıt” klubunun baş məşqçisi Ayxan Abbasov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur (maddə 62).
Oyunun 82-ci və 84-cü dəqiqələrində "Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydana yad əşyalar atıldığına görə klub 1600 manat cərimə olunur (maddə 52).

8 mart 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XVIII turunun "Zirə-2” – "Zaqatala” matçında "Zirə-2” klubunun 4, "Zaqatala” klubunun 8 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur (maddə 40).

Oyunun 87-ci dəqiqəsində "Zaqatala” klubunun 4 №-li futbolçusu Kənan Müslümov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
8 mart 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XVIII turunun "Turan Tovuz” – "Qaradağ Lökbatan” matçında "Qaradağ Lökbatan” klubunun 4, "Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur (maddə 40).

"Turan Tovuz” klubu matçın protokolunu vaxtında təqdim etmədiyinə görə klub 80 manat cərimə olunur (maddə 55).

7 mart 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XVIII turunun "Səbail-2” – "Qarabağ-2” matçında "Qarabağ-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
Oyunun 59-cu dəqiqəsində "Qarabağ-2” klubunun 29 №-li futbolçusu Musa Qurbanlı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

7 mart 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XVIII turunun "Şüvəlan” – "Neftçi-2” matçında "Şüvəlan” və "Neftçi-2” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur (maddə 40).
Oyunun 60-cı dəqiqəsində "Şüvəlan” klubunun 23 №-li futbolçusu Seyxan Fərəcov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Oyunun 86-cı dəqiqəsində "Neftçi-2” klubunun məşqçisi Fuad Əsədov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 80 manat cərimə olunur (maddə 62).

Xərək daşıyan şəxslərin yaşı əsasnaməyə uyğun olmadığına görə meydan sahibi klub 80 manat cərimə olunur (maddə 67).

11 mart 2019-cu il, U-16 Liqasının, "Viləş” – "İsgəndər Cavadov” matçının 76-cı dəqiqəsində "Viləş” klubunun 4 №-li futbolçusu Ramiz Qasımov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

24 fevral 2019-cu il, Region Liqasının "Şəki” – "Qoşqar UGİM-2” matçının 63-cü dəqiqəsində "Şəki” klubunun 18 №-li futbolçusu Süleyman Hüseynzadə hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanır (maddə 42.3).

10 fevral 2019-cu il, Region Liqasının "İmişli” – "Baku” FC matçının 78-ci dəqiqəsində "İmişli” klubunun 11 №-li futbolçusu Samir Babayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 38.3).

3 mart 2019-cu il, Bakcell U-17 Liqasının "Neftçi” PFK – "Qarabağ” matçının 87-ci dəqiqəsində "Neftçi” klubunun 20 №-li futbolçusu Mahir Həsənov hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanır (maddə 42.3).

7 mart 2019-cu il, U-16 Liqasının "Sabah” – "Qəbələ” matçının 80+3-cü dəqiqəsində "Sabah” klubunun 3 №-li futbolçusu Vüsal Mirzəzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

7 mart 2019-cu il, U-16 Liqasının "Viləş” – "Gəncə” TİM matçının 66-cı dəqiqəsində "Viləş” klubunun 7 №-li futbolçusu Şahin Cavadov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

9 mart 2019-cu il, Boulevard Hotel U-15 Liqasının "Keşlə” – "Sabah” matçının 68-cı dəqiqəsində "Sabah” klubunun 5 №-li futbolçusu Mahir Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

9 mart 2019-cu il, Boulevard Hotel U-15 Liqasının "Mil-Muğan” – "Zaqatala” matçının 65-ci dəqiqəsində "Zaqatala” klubunun 19 №-li futbolçusu Muxtar Məmmədovun aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 38.2).

10 mart 2019-cu il, Kapital Bank U-14 Liqasının "Turan Tovuz” – "Kəpəz” matçının 46-cı dəqiqəsində "Turan Tovuz” klubunun 10 №-li futbolçusu İsmayıl İsmayılov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.3).
Oyunun 46-cı dəqiqəsində "Kəpəz” klubunun 18 №-li futbolçusu Araz Əsgərov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.3).

10 mart 2019-cu il, Kapital Bank U-14 Liqasının "Keşlə” – "Qarabağ” matçının 21-ci dəqiqəsində "Keşlə” klubunun 19 №-li futbolçusu Ağamusa Seyfiyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Oyunun ilk hissəsi bitdikdən sonra "Keşlə” klubunun baş məşqçisi Alim Qurbanov hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanır (maddə 42.4).

9 mart 2019-cu il, U-12 Liqasının "Junior” FK – "Neftçi” PFK matçında "Junior” komandası iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

10 mart 2019-cu il, U-10 Liqasının "Məhsul”(Cəlilabad) – "Zirvə” (Lənkəran) matçının 28-ci dəqiqəsində "Məhsul” klubunun məşqçisi Elçin Əsgərov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 62).

9 mart 2019-cu il, U-13 Qızlar Liqasının "Sumqayıt” – "Angel” matçında "Sumqayıt” komandasının heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

9 mart 2019-cu il, U-13 Qızlar Liqasının "Aran” – "Mələklər” matçında "Mələklər” komandasının heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

9 mart 2019-cu il, futzal üzrə Yüksək Liqanın "Araz” – EKOL matçının 14-cü dəqiqəsində "Araz” klubunun 14 №-li futzalçısı Masoud Nasirzadehca ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Oyunun 25-ci dəqiqəsində EKOL klubunun 7 №-li futzalçısı Ramiz Çovdarov təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanır (maddə 42.1).
Oyunun 38-ci dəqiqəsində EKOL klubunun 77 №-li futzalçısı Faiq Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

8 mart 2019-cu il, futzal üzrə Birinci Liqanın "Standart” – "Sabunçu” matçında "Sabunçu” komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56). Bu hal 3-cü dəfə təkrarlandığı üçün klub yarışlardan kənarlaşdırılır.

9 mart 2019-cu il, futzal üzrə Birinci Liqanın "Zəngilan” – U-19 matçının 8-ci dəqiqəsində U-19-un 3 №-li futzalçısı Tofiq Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Oyunun 21-ci dəqiqəsində U-19-un baş məşqçisi Ağatahir Əzimov hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanır (maddə 42.4).

10 mart 2019-cu il, futzal üzrə İkinci Liqanın "Təbriz” – "Xəzər” matçının 27-ci dəqiqəsində "Xəzər” klubunun 14 №-li futzalçısı Asim Şükürov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

10 mart 2019-cu il, futzal üzrə İkinci Liqanın "Advokat” – "Baker Hughes” matçının 30-cu dəqiqəsində "Baker Hughes” klubunun 7 №-li futbolçusu İlqar Səlimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

10 mart 2019-cu il, futzal üzrə İkinci Liqanın "Bədr FK Xocalı” – "Obolon” matçının 30-cu dəqiqəsində "Bədr FK Xocalı” klubunun 7 №-li futzalçısı Ceyhun Mürşüdlü rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.1).

10 mart 2019-cu il, futzal üzrə İkinci Liqanın "Atletiko Baku” – "Borçalı” matçının 30-cu dəqiqəsində "Borçalı” klubunun 5 №-li futzalçısı Orxan Gülməmməmdli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 38.3).

"Atletiko Baku” klubunun məşqçisi Zaur Səmədov və "Borçalı” klubunun məşqçisi Zöhrab Məmmədov biri-birini təhqir etdiklərinə görə hər iki şəxs 3 oyun cəzalanır (maddə 42.1).
Xəbəriniz olsun

20.03.2019 - Vergilər Nazirliyi “Veysəloğlu”nu 2 milyon cərimələdi

20.03.2019 - HAKİMİYYƏTDƏN KÖNÜLLÜ ƏL ÇƏKƏN İKİNCİ SOVET LİDERİ… - Qıpçaq bəyinin sultan nəvəsinin gözlənilməz gedişi

20.03.2019 - "Əli İnsanovdan təklif olarsa..." - Müsavat başqanı gözləyir

20.03.2019 - Qazaxıstanın paytaxtı Nursultan adlandırılacaq – Qərar verildi

19.03.2019 - “Bu il çempion “Neftçi” olacaq” – Ramin Musayev

19.03.2019 - Toyu olacaq 18 yaşlı qız özünü asdı – Zərdabda dəhşət

19.03.2019 - “Nar” abunəçiləri üçün Novruz kampaniyası!

19.03.2019 - İlham Əliyevin Trampa yanlış məlumat verməsi barədə iddialara RƏSMİ CAVAB

19.03.2019 - Bakının mərkəzində icazəsiz mitinq cəhdi: Saxlanılanlar var

19.03.2019 - Adı kürü qalmaqalında hallanan səfir geri çağrılıb – Şok iddia

19.03.2019 - Nazir Ziya Məmmədovun kadrına vəzifə verdi

19.03.2019 - Ramil Usubovdan daha bir təyinat - ƏMR

19.03.2019 - AZƏRBAYCAN SƏFİRİ 10 BANKA KÜRÜ OĞURLADI VƏ… – Yarım milyon mənimsəmədə ittiham edilir

Facebook