“Dovşan idim, viski içib pələng oldum” - Qacarın evinə oğurluğa girən elmi işçi

13 mart 2019
“Dovşan idim, viski içib pələng oldum” - Qacarın evinə oğurluğa girən elmi işçiBakıda Qacar nəslinin nümayəndəsi olan akademik, 90 yaşlı Çingiz Qacarın evinə basqın edən, onu və xadiməni öldürməyə cəhd etməkdə təqsirləndirilən Bəkir Rüstəmbəyovun məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, ifadə verən B.Rüstəmbəyov özünü təqsirli bilərək hadisənin necə baş verməsi barədə danışıb: “AMEA-nın Fizika İnstitutunda elmi işçi işləyirdim, Çingiz Qacar mənim rəhbərim idi. Məni 8 il əvvəl işdən çıxartmışdı. Bu da mənə çox təsir eləmişdi. Hadisə günü 400 qram Şotlandiya viskisi içdim. Ayıq vaxtı dovşan idim, içkidən sonra pələng oldum. Evində pul olduğunu bildiyim üçün onlara getdim. Ən böyük səhvim xadimə Mətanət Hüseynovanı vurmaq olub. Evdəki pulları götürüb viski alacaqdım. Amma onları vurandan sonra qorxumdan pulları evdə qoyub qaçdım. Çox peşmanam, məni bağışlamalarını istəyirəm. Yeni ildə hər ikisinə zəng edib, məni bağışlamalarını istədim”.

Proses martın 19-da davam etdiriləcək.

İttihama görə, B.Rüstəmbəyov tanışı Çingiz Qacarın əmlakını ələ keçirmək məqsədilə onun evinə gələrək özü ilə gətirdiyi çəkiclə Ç.Qacar və evdə xadimə işləyən Mətanət Hüseynovanın başından zərbələr endirib və xadiməni boğaraq hər iki şəxsi öldürməyə cəhd edib.
Xəbəriniz olsun

20.03.2019 - Vergilər Nazirliyi “Veysəloğlu”nu 2 milyon cərimələdi

20.03.2019 - HAKİMİYYƏTDƏN KÖNÜLLÜ ƏL ÇƏKƏN İKİNCİ SOVET LİDERİ… - Qıpçaq bəyinin sultan nəvəsinin gözlənilməz gedişi

20.03.2019 - "Əli İnsanovdan təklif olarsa..." - Müsavat başqanı gözləyir

20.03.2019 - Qazaxıstanın paytaxtı Nursultan adlandırılacaq – Qərar verildi

19.03.2019 - “Bu il çempion “Neftçi” olacaq” – Ramin Musayev

19.03.2019 - Toyu olacaq 18 yaşlı qız özünü asdı – Zərdabda dəhşət

19.03.2019 - “Nar” abunəçiləri üçün Novruz kampaniyası!

19.03.2019 - İlham Əliyevin Trampa yanlış məlumat verməsi barədə iddialara RƏSMİ CAVAB

19.03.2019 - Bakının mərkəzində icazəsiz mitinq cəhdi: Saxlanılanlar var

19.03.2019 - Adı kürü qalmaqalında hallanan səfir geri çağrılıb – Şok iddia

19.03.2019 - Nazir Ziya Məmmədovun kadrına vəzifə verdi

19.03.2019 - Ramil Usubovdan daha bir təyinat - ƏMR

19.03.2019 - AZƏRBAYCAN SƏFİRİ 10 BANKA KÜRÜ OĞURLADI VƏ… – Yarım milyon mənimsəmədə ittiham edilir

Facebook