Hafiz Hacıyevə 10 nəfər ayaqqabı aldı - "Satıb çörəkpulu edərəm"

14 mart 2019
Hafiz Hacıyevə 10 nəfər ayaqqabı aldı - "Satıb çörəkpulu edərəm"Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə 10 nəfər ayaqqabı alıb.

Bu barədə partiya sədri özü bildirib. O qeyd edib ki, “Yeni Müsavat”ın canlı yayımındakı çıxışından sonra çoxsaylı müraciətlər olub:

“Artıq 10 nəfər ayaqqabı alıb, qərargahıma gətirib. Onların hər birinə minnətdaram. Bundan sonra da kömək etməyə hazır olduqlarını bildirirlər. 10 ayaqqabıdan yəqin birini geyinərəm, qalanlarını satıb çörəkpulu edərəm. Heç nədən utanmıram. Nazir olduğum dönəmlərdə necə işlədiyimi, bir dəfə də olsun rüşvət almadığımı yaxşı bilirlər.

Xalqımdan ötrü özümü öldürürəm. Xalqım necə yaşayırsa, mən də elə yaşayıb öləcəm. Göygöldə limonad seximin olduğu barədə yalan məlumatlar yayırlar. Əgər belədirsə, həmin sexi onlara verirəm. Mənim nəyimin olub-olmadığını xalqım yaxşı bilir. Partiyamız ianələr hesabına fəaliyyət göstərir. Üzvlük haqqına heç zaman əl ata bilmərəm. Zirzəmi kimi bir yerdə qərargahımız var. Bunu hər kəs görüb. Partiya kimi fəaliyyət göstərmək o qədər çox vəsait tələb etmir. Özümü dolandırmaq üçün 7-ci mikrorayonda ”moyka"da avtomobil belə yuyurdum. Həmin “moyka”nı da bağladılar. Heç olmasa axşamlar maska taxıb maşın yuyurdum, 15-20 manatım olurdu. Bunu da əlimdən aldılar. Taleyimiz belə gətirib, bundan ötrü gedib özümüzü öldürəsi deyilik".
Xəbəriniz olsun

20.03.2019 - Vergilər Nazirliyi “Veysəloğlu”nu 2 milyon cərimələdi

20.03.2019 - HAKİMİYYƏTDƏN KÖNÜLLÜ ƏL ÇƏKƏN İKİNCİ SOVET LİDERİ… - Qıpçaq bəyinin sultan nəvəsinin gözlənilməz gedişi

20.03.2019 - "Əli İnsanovdan təklif olarsa..." - Müsavat başqanı gözləyir

20.03.2019 - Qazaxıstanın paytaxtı Nursultan adlandırılacaq – Qərar verildi

19.03.2019 - “Bu il çempion “Neftçi” olacaq” – Ramin Musayev

19.03.2019 - Toyu olacaq 18 yaşlı qız özünü asdı – Zərdabda dəhşət

19.03.2019 - “Nar” abunəçiləri üçün Novruz kampaniyası!

19.03.2019 - İlham Əliyevin Trampa yanlış məlumat verməsi barədə iddialara RƏSMİ CAVAB

19.03.2019 - Bakının mərkəzində icazəsiz mitinq cəhdi: Saxlanılanlar var

19.03.2019 - Adı kürü qalmaqalında hallanan səfir geri çağrılıb – Şok iddia

19.03.2019 - Nazir Ziya Məmmədovun kadrına vəzifə verdi

19.03.2019 - Ramil Usubovdan daha bir təyinat - ƏMR

19.03.2019 - AZƏRBAYCAN SƏFİRİ 10 BANKA KÜRÜ OĞURLADI VƏ… – Yarım milyon mənimsəmədə ittiham edilir

Facebook