Yerevanın mərkəzində toqquşma: "Hanı Paşinyan?"

14 mart 2019
Yerevanın mərkəzində toqquşma: "Hanı Paşinyan?"
Ermənistan paytaxtının mərkəzindəki ticarət obyektlərinin sökülməsinə etiraz edən şəhər sakinləri mərkəzi yolu bağlayıblar. Yerevan Opera və Balet Teatrının qarşına toplaşanlarla polis arasında baş verən qarşıdurmada 16 paytaxt sakini həbs edilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, həbs edilən aksiya iştirakçılarına qarşı İnzibati Məcəlləyə uyğun olaraq polisin göstərişlərinə əməl etməmək və qanun keşikçilərinə müqavimət göstərmək maddəsi ilə minimum əməkhaqqının 50 mislinədək cərimə cəzası tətbiq olunub.

Etiraz aksiyasının iştirakçıları bildiriblər ki, ticarət obyektlərinin sökülməsi onlarla insanın işsiz qalmasına və buradakı kafelərə qoyulan vəsaitin batmasına səbəb olacaq.

Kafe əməkdaşları sonra yenidən obyektlərin söküldüyü Azadlıq meydanına qayıdıblar. Onlar “Siz kimsiniz? Siz əvvəlkilərdən nə ilə fərqlənirsiniz? Hanı hökumət başçısı?” deyə qışqırırlar.

Sökülən obyektlərin nümayəndələri merlə görüş tələb etsələr də, Yerevan meriyasından etirazçıların önünə heç kim çıxmayıb. Etirazçılarla görüşə yalnız rayon İH-nin təmsilçisi gəlib. O da az öncə...


* * *13:42

Ermənistanın paytaxtı Yerevanda polislə etiraz aksiyasının iştirakçıları arasında toqquşma olub.

“Report” xəbər verir ki, aksiya iştirkçıları Akademik Opera və Balet Teatrının ərazisində fəaliyyət göstərən kafenin söklüməsinə etirazlarını bildiriblər. Polis güc tətbiq edərək aksiyanı dağıdıb. Bu zaman asayiş keşikçiləri ilə etirazçılar arasında toqquşma olub. Bununla belə, kafenin əməkdaşları başqa ərazidə oturaq aksiya təşkil ediblər.

Qeyd edək ki, bu, 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra aksiya iştirakçıları ilə polis arasında baş verən ilk qarşıdurmadır.
Xəbəriniz olsun

20.03.2019 - Vergilər Nazirliyi “Veysəloğlu”nu 2 milyon cərimələdi

20.03.2019 - HAKİMİYYƏTDƏN KÖNÜLLÜ ƏL ÇƏKƏN İKİNCİ SOVET LİDERİ… - Qıpçaq bəyinin sultan nəvəsinin gözlənilməz gedişi

20.03.2019 - "Əli İnsanovdan təklif olarsa..." - Müsavat başqanı gözləyir

20.03.2019 - Qazaxıstanın paytaxtı Nursultan adlandırılacaq – Qərar verildi

19.03.2019 - “Bu il çempion “Neftçi” olacaq” – Ramin Musayev

19.03.2019 - Toyu olacaq 18 yaşlı qız özünü asdı – Zərdabda dəhşət

19.03.2019 - “Nar” abunəçiləri üçün Novruz kampaniyası!

19.03.2019 - İlham Əliyevin Trampa yanlış məlumat verməsi barədə iddialara RƏSMİ CAVAB

19.03.2019 - Bakının mərkəzində icazəsiz mitinq cəhdi: Saxlanılanlar var

19.03.2019 - Adı kürü qalmaqalında hallanan səfir geri çağrılıb – Şok iddia

19.03.2019 - Nazir Ziya Məmmədovun kadrına vəzifə verdi

19.03.2019 - Ramil Usubovdan daha bir təyinat - ƏMR

19.03.2019 - AZƏRBAYCAN SƏFİRİ 10 BANKA KÜRÜ OĞURLADI VƏ… – Yarım milyon mənimsəmədə ittiham edilir

Facebook