Prezident əlil gənci Türkiyəyə müalicəyə göndərdi – Nənəsi xahiş etmişdi

14 mart 2019
Prezident əlil gənci Türkiyəyə müalicəyə göndərdi – Nənəsi xahiş etmişdiPrezident İlham Əliyevin göstərişi ilə Ağsu şəhər sakini, 1990-cı il təvəllüdlü Zaman Muradov gözlərindən əməliyyat olunmaq üçün Türkiyəyə salınıb.

Bu barədə “Report”a açıqlamasında Z.Muradov özü məlumat verib. O bildirib ki, əməliyyat İstanbul şəhərində xəstəxanalardan birində olacaq.

Onu səfərdə Heydər Əliyev Fondunun əməkdaşları müşayiət edir.

“Ümid edirəm ki, hər şey yaxşı olacaq”, – deyə, Z.Muradov əlavə edib.

M.Zamanov deyib ki, Prezident İlham Əliyevin onun gözlərindən əməliyyat olunması üçün verdiyi göstərişi televiziya vasitəsi ilə eşidib:

“Prezident bizim rayona səfərə gələn zaman nənəm dövlət başçısından xahiş etmişdi ki, müalicə üçün köməklik göstərsin. Mənim bundan xəbərim olmayıb. Mən bunu televiziyada gördüm. Həmin an nə hiss keçirdiyimi ifadə edə bilmirəm.

Prezident də elə həmin gün tapşırıq vermişdi və elə həmin gün də Heydər Əliyev Fondundan mənə zəng etdilər. Fondun əməkdaşları əvvəlcə məni müayinə üçün Bakıdakı xəstəxanalara apardılar. Sonda qərar verildi ki, İstanbulda əməliyyat olunum. Mən valideynlərimi itirmişəm, ailəliyəm və bir övladım var”.

Xatırladaq ki, Prezident İlham Əliyev Ağsuya səfəri zamanı şəhərin Firdovsi küçəsind Həcər Zamanovanın ailəsi üçün inşa edilən yeni üçotaqlı evdə görülən işlərlə tanış olub. Həmin vaxt H.Zamanova nəvəsi Zaman Muradovun gözlərinin əməliyyata ehtiyac olduğunu bildirib. Dövlət başçısı isə bununla bağlı Heydər Əliyev Fonduna göstəriş verəcəyini demişdi: “Siz narahat olmayın. Lazım olarsa, biz onu xaricə də göndərərik”.
Xəbəriniz olsun

20.03.2019 - Vergilər Nazirliyi “Veysəloğlu”nu 2 milyon cərimələdi

20.03.2019 - HAKİMİYYƏTDƏN KÖNÜLLÜ ƏL ÇƏKƏN İKİNCİ SOVET LİDERİ… - Qıpçaq bəyinin sultan nəvəsinin gözlənilməz gedişi

20.03.2019 - "Əli İnsanovdan təklif olarsa..." - Müsavat başqanı gözləyir

20.03.2019 - Qazaxıstanın paytaxtı Nursultan adlandırılacaq – Qərar verildi

19.03.2019 - “Bu il çempion “Neftçi” olacaq” – Ramin Musayev

19.03.2019 - Toyu olacaq 18 yaşlı qız özünü asdı – Zərdabda dəhşət

19.03.2019 - “Nar” abunəçiləri üçün Novruz kampaniyası!

19.03.2019 - İlham Əliyevin Trampa yanlış məlumat verməsi barədə iddialara RƏSMİ CAVAB

19.03.2019 - Bakının mərkəzində icazəsiz mitinq cəhdi: Saxlanılanlar var

19.03.2019 - Adı kürü qalmaqalında hallanan səfir geri çağrılıb – Şok iddia

19.03.2019 - Nazir Ziya Məmmədovun kadrına vəzifə verdi

19.03.2019 - Ramil Usubovdan daha bir təyinat - ƏMR

19.03.2019 - AZƏRBAYCAN SƏFİRİ 10 BANKA KÜRÜ OĞURLADI VƏ… – Yarım milyon mənimsəmədə ittiham edilir

Facebook