Ayselin adı hallandığı ailə münaqişəsinin detalları

14 mart 2019
Ayselin adı hallandığı ailə münaqişəsinin detallarıMüğənni Aysel Əlizadənin adı keçən qalmaqallı ailə münaqişəsi ilə bağlı iş məhkəmə instansiyalarında həll edilir. Lakin qərarlar icra olunmadığı üçün iş adamı Nəcəfov Elçin Oruc oğlunun keçmiş həyat yoldaşı Turanə Nəcəfovanın ailəsi ölkə rəhbərliyinə müraciət edib.

E.Nəcəfovun arvadı Turanə Nəcəfovanın nənəsi Manya Nəcəfova “Qafqazinfo” ilə əlaqə saxlayaraq Ali Məhkəmənin qərarından 3 aydan artıq müddət keçsə də‚ icraçı məmurların yuxarı instansiyanın qərarına məhəl qoymadığını bildirib.

Azərbaycan SSRİ Ali Sovetinin keçmiş deputatı, Frunze kalxozunun sədri işləmiş M.Nəcəfova qeyd edib ki, 2 ildən çoxdur nəvəsi Turanə və kürəkəni Elçin ayrılıblar: “Bütün instansiya məhkəmələrində uşaqların qəyyumluğu anaya verilib, lakin atası Elçin 9 yaşlı Zeynəbi bizə verməyib. İndi çalışırlar ki, Zeynəbin 10 yaşı olana kimi prosesi uzatsınlar‚ sonra da uşağı öyrədib atasında saxlasınlar. Çünki biz 2 ildir Zeynəbi görmürük, onu öyrədirlər, qorxudurlar, amma biz bilmirik. Nəticəmin taleyindən narahatam. Lakin Nərimanov rayon məhkəmə icraçıları nəticəm Nəcəfova Zeynəbi atasından alıb anası Nəcəfov Turanə Mətləb qızına təqdim etmirlər, öz vəzifə borclarını yerinə yetirməkdən boyun qaçırırlar”.

Cütlük boşanma üçün 2 il əvvəl məhkəməyə müraciət etsə də, mülk məsələsinə görə proses uzanıb və hələ qərar verilməyib.

Məlumata görə, iş adamı Elçin Nəcəfov Bakıda maşın satışı ilə məşğuldur. E. Nəcəfov “Auto Gallery” avtomobil salonun və paytaxtın bir neçə yerində maşın salonlarının sahibdir. Onun biri Novxanı qəsəbəsində olmaqla 3 villasının olduğu bildirilir.

Qeyd edək ki, T. Nəcəfova dünən "Səni axtarıram" verilişində müğənni Aysel Əlizadənin həyat yoldaşı Elçinlə münasibəti olduğunu və ailəsini dağıtmaqda ittiham etmişdi.
Xəbəriniz olsun

20.03.2019 - Vergilər Nazirliyi “Veysəloğlu”nu 2 milyon cərimələdi

20.03.2019 - HAKİMİYYƏTDƏN KÖNÜLLÜ ƏL ÇƏKƏN İKİNCİ SOVET LİDERİ… - Qıpçaq bəyinin sultan nəvəsinin gözlənilməz gedişi

20.03.2019 - "Əli İnsanovdan təklif olarsa..." - Müsavat başqanı gözləyir

20.03.2019 - Qazaxıstanın paytaxtı Nursultan adlandırılacaq – Qərar verildi

19.03.2019 - “Bu il çempion “Neftçi” olacaq” – Ramin Musayev

19.03.2019 - Toyu olacaq 18 yaşlı qız özünü asdı – Zərdabda dəhşət

19.03.2019 - “Nar” abunəçiləri üçün Novruz kampaniyası!

19.03.2019 - İlham Əliyevin Trampa yanlış məlumat verməsi barədə iddialara RƏSMİ CAVAB

19.03.2019 - Bakının mərkəzində icazəsiz mitinq cəhdi: Saxlanılanlar var

19.03.2019 - Adı kürü qalmaqalında hallanan səfir geri çağrılıb – Şok iddia

19.03.2019 - Nazir Ziya Məmmədovun kadrına vəzifə verdi

19.03.2019 - Ramil Usubovdan daha bir təyinat - ƏMR

19.03.2019 - AZƏRBAYCAN SƏFİRİ 10 BANKA KÜRÜ OĞURLADI VƏ… – Yarım milyon mənimsəmədə ittiham edilir

Facebook