Məşhur terrorçu Ərdoğanı öldürməyə çağırdı

15 mart 2019
Məşhur terrorçu Ərdoğanı öldürməyə çağırdıYeni Zelandiyanın Kraystçeç şəhərində silahlı şəxslərin məscidə basqını nəticəsində ölənlərin sayı 40-a çatıb. Bu məlumatı baş nazir açıqlayıb.

Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, ilkin versiyaya görə terror aktı islamofobiya və ksenofobiya zəminində törədilib.

Şəhərin polis komissarı Mayk Buş bildirib ki, atışmadan sonra məscidin yaxınlığında park edilmiş maşınlarda bir neçə əldəqayırma partlayıcı maddə tapılıb, onlar zərərsizləşdirilib.

Silahlılar “Əl-Nur” və onunla qonşuluqda yerləşən Linvud məscidlərinə günorta namazından sonra basqın ediblər. Atəş açanlardan birinin kimliyi məlumdur. Bu, 28 yaşlı avtstraliyalı Brenton Tarrantdır, ultrasağçıdır. Hücum ərəfəsində o sosial şəbəkələrdə yaydığı manifestində Almaniyanın kansleri Angela Merkeli və Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanı da qətlə yetirməyə çağırır.

Həmin şəxs məsciddəkiləri necə gülləbaran etdiyini videoya çəkib, avtomatın qundağında isə “Avropa sivilizasiyasının formalaşmasının mühüm məqamlarının” tarixlərini yazıb. Bunlardan biri 1770-ci ildə rus-türk müharibəsi zamanı baş vermiş Kaqule döyüşüdür.

Qundaqda Miloş Obiliçin də adı göstərilir. O, 1389-cu il iyunun 15-də Kosovo çölündə serblərlə türklər arasında döyüşlər zamanı türk sultanı Muradı öldürən serbdir.

* * *09:12

Bu gün Bakı vaxtı ilə səhər satlarında dünyanın ən firəvan və nadir hallarda qətl törədilən ölkəsi Yeni Zelandiyada dəhşətli qətliam baş verib.

Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, Krraystçerç şəhərində silahlılar bir-birinin ardınca iki məscidə basqın edərək qarşılarına keçənlərə atəş açıblar. Nəticədə onlarla adam ölüb və yaralanıb.

Xəbər verilir ki, silahlılar atəş açmağa başlayanda məscidlərdən birində 300-ə yaxın adam olub. Həmin məsciddə azı 27 nəfər ölüb, 30-dan çox adam yaralanıb. Ölənlərin sayının artması istisna deyil.

Şəhərin polis komissarı Maykl Buş terror aktı ilə bağlı üç kişi və bir qadının tutulduğunu açıqlayıb.

Silahlılardan biri öz hərəkətlərini mobil telefonla çəkib və sosial şəbəkələr üzərindən internetə translasiya edib. Həmin şəxs ultrasağçı baxışlı Avstraliya vətəndaşı olduğu bildirilir.

“New Zealand Herald” bildirir ki, qətliamdan əvvəl həmin şəxs 37 səhifəlik manifest yayıb və öz hərəkətlərini terror aktı adlandırıb.

Bildirilir ki, azı iki silahlı məscidə günorta namazından sonra basqın edib və rast gələ atəş açıb. Yaralıların aparıldığı xəstəxananın ətrafında da atəş səsləri eşidilib. Hakimiyyət orqanları əhalini küçələrə çıxmamağa çağırır. Baş nazir Casinda Ardren baş verənləri ölkə tarixində ən qara günlərdən biri adlandırıb. Xəbər yenilənəcək.
Xəbəriniz olsun

20.03.2019 - Vergilər Nazirliyi “Veysəloğlu”nu 2 milyon cərimələdi

20.03.2019 - HAKİMİYYƏTDƏN KÖNÜLLÜ ƏL ÇƏKƏN İKİNCİ SOVET LİDERİ… - Qıpçaq bəyinin sultan nəvəsinin gözlənilməz gedişi

20.03.2019 - "Əli İnsanovdan təklif olarsa..." - Müsavat başqanı gözləyir

20.03.2019 - Qazaxıstanın paytaxtı Nursultan adlandırılacaq – Qərar verildi

19.03.2019 - “Bu il çempion “Neftçi” olacaq” – Ramin Musayev

19.03.2019 - Toyu olacaq 18 yaşlı qız özünü asdı – Zərdabda dəhşət

19.03.2019 - “Nar” abunəçiləri üçün Novruz kampaniyası!

19.03.2019 - İlham Əliyevin Trampa yanlış məlumat verməsi barədə iddialara RƏSMİ CAVAB

19.03.2019 - Bakının mərkəzində icazəsiz mitinq cəhdi: Saxlanılanlar var

19.03.2019 - Adı kürü qalmaqalında hallanan səfir geri çağrılıb – Şok iddia

19.03.2019 - Nazir Ziya Məmmədovun kadrına vəzifə verdi

19.03.2019 - Ramil Usubovdan daha bir təyinat - ƏMR

19.03.2019 - AZƏRBAYCAN SƏFİRİ 10 BANKA KÜRÜ OĞURLADI VƏ… – Yarım milyon mənimsəmədə ittiham edilir

Facebook